ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib

05.02.2020

Fevralın 5-də Milli Kitabxanada dahi Azərbaycan bəstəkarı, pedaqoq, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq dahi Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılığı haqqında geniş söhbət açaraq söyləyib ki, bu gün xalqımız öz istedadlı oğlu Qara Qarayevi fərəhlə və qürur hissi ilə anır. Bildirib ki, Qara Qarayev Azərbaycanı dünyaya tanıdan nadir şəxsiyyətlərdən biridir. O, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında, milli musiqi təfəkkürünün formalaşmasında, Azərbaycan musiqisinin dünya musiqi mədəniyyəti ilə əlaqəli inkişafında misilsiz xidmətlər göstərib. Bəstəkarın “İldırımlı yollarla” baletində, “Alban” rapsodiyasında, “Vyetnam” süitasında, “Don Kixot” simfonik lövhələrində, “Leyli və Məcnun” simfonik poemasında, “Ürək mahnısı” kantatasında, “Yeddi gözəl” baletində və bir sıra dram əsərlərində və kino filmlərinə yazdığı musiqilərdə millilik duyulur. Prof. Kərim Tahirov onu da qeyd edib ki, bəstəkarın musiqi əsərləri hələ onun sağlığında ikən dünyanın bir çox ölkəsində ABŞ-də, İngiltərədə, Fransada, Almaniyada, Misirdə, Türkiyədə, Rusiyada, Polşada, Çexiyada, Rumıniyada və başqa bir çox ölkələrin səhnələrində uğurla səslənmişdir.

Professor çıxışında bildirib ki, Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyli və Dmitri  Şostokoviç kimi dahi bəstəkarlardan dərs alan Qara Qarayev musiqi mədəniyyətimizin tarixində yeni çığır açıb və onlarla bəstəkarlar yetirib.

Sonra tədbir iştirakçıları görkəmli bəstəkarın not-musiqi əsərləri, Azərbaycan və xarici dillərdə haqqında yazılmış kitablar və dövri mətbuat materiallarıdan ibarət “Unudulmaz bəstəkar Qara Qarayev” adlı geniş kitab sərgisi ilə tanış olublar.

Share