ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxananın kollektivinin oxuculara müraciəti! Milli Kitabxana Respublikada yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir

22.03.2020

Koronavirus təhlükəsi ilə əlaqədar Respublikada həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində 2020-ci il martın 11-dən bilavasitə Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılmışdır. Lakin buna baxmayaraq  Milli Kitabxananın əməkdaşları onlayn formada oxuculara kitabxana-informasiya xidmətini davam etdirir. Kitabxananın onlayn xidmətlərinin fəaliyyəti əməkdaşlar tərəfindən gücləndirilib və bu barədə oxuculara məlumat verilib. Bu gün Milli Kitabxananın aşağıdakı onlayn xidmətləri tam qüvvəsi ilə oxucular üçün aktivdir:

Biblioqrafik sorğu

Sənədlərin sifarişi və elektron çatdırılması

Virtual Sərgi

Metodiki xidmət (kitabxanalarüçün)

Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışırlar. İstifadəçilərimiz onlara lazım olan resursları Milli Kitabxananın onlayn xidmətlərinə yazırlar və onların sorğusu qısa zamanda cavablandırılır. Martın 11-dən 21-nədək 200-ə yaxın istifadəçilərə 1000 - ə yaxın elektron resurs çatdırılmışdır.
Eyni zamanda Milli Kitabxananın virtual oxucuları hər gün bizim elektron kitabxanamıza daxil olaraq minlərlə elektron resurslardan bəhrələnirlər və bu gün onların sayı 1 milyon 200 mini keçmişdir.
Bu gün Milli Kitabxana öz istifadəçilərini dəstəkləyir və onlarladır!
Kitabxanamızın kollektivi tamamilə əmindir ki, tezliklə hörmətli cənab Prezidentimizin və Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü qabaqlayıcı tədbirlər sayəsində Respublikada koronavirus təhlükəsi sovuşacaq, xalqımız yenidən normal həyat tərzinə qayıdacaq və dəyərli oxucularımızı yenidən oxu zallarımızda qəbul edəcəyik.
Respublikada fəaliyyət göstərən digər kitabxanalar da istifadəçilərin sorğularını ödəmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə müraciət edə bilərlər.
Biz Milli Kitabxana olaraq Nazirlər Kabinetinin məlum qərarına əsasən müvəqqəti olaraq iş yerlərindən ayrılaraq öz evlərində oturan insanlara müraciət edirik: asudə vaxtınızı boş keçirməyin, işlədiyiniz müddətdə vaxt qıtlığı səbəbindən mütaliə edə bilmədiyiniz kitabları oxuyun, tariximiz, milli mənəvi dəyərlərimiz, görkəmli şəxsiyyətlərimiz haqqında kitabları oxumağa cəhd göstərin. Bu işdə Milli Kitabxananın Elektron kitabxanası, onlayn xidmətlərimiz və kollektivimizin üzvləri sizlərin fəal yardımçınız olacaqlar. Yetər ki, hər hansı sorğu ilə onlayn xidmətlərimizə və email ünvanımıza (contact@anl.az) müraciət edin!
Asudə keçirdiyiniz vaxtda kitablar, onlayn mütaliə Sizin ən yaxın dostunuz ola bilər!

Share