ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada telekonfrans keçirildi

02.05.2020

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgahın 01 may 2020-ci il tarixli qərarına müvafiq olaraq xüsusi karantin rejiminin 31 may 2020-ci il tarixinədək uzadılması ilə əlaqədar Milli Kitabxananın bu dövrdə fəaliyyətinin təşkili məsələlərinə həsr olunmuş telekonfrans keçirildi. Kitabxananın müdiriyyətinin və şöbə müdirlərinin iştirakı ilə keçirilən telekonfransda Milli Kitabxananın koronovirus dövründə fəaliyyəti təhlil edildi və may ayının 5-dən sonra görüləcək işlərin əsas istiqamətləri və bu fəaliyyətdə iştirak edə biləcək işçi kontingentinin tərkibi müzakirə olundu.
Kitabxananın direktoru Kərim Tahirov qarşıdakı dövrdə kollektivin qarşısında duran vəzifələrlə bağlı iştirakçılara ətraflı məlumat verərək, əsas vəzifənin minimum sayda əməkdaşları işə cəlb etməklə Milli Kitabxananın işinin lazımi səviyyədə qurmaqdan ibarət olduğunu diqqətə çatdırdı. Sonda direktor bütün iştirakçıların qarşıdakı dövrdəki əmək fəaliyyətləri ilə bağlı suallarını virtual rejimdə cavablandırdı və onlara növbəti iş dövründə uğurlar arzuladı.

Share