![]() |
![]() |
![]() |
![]() |
Sentyabrın 29-da Milli Kitabxanada Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda təşkil etdiyi hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.
Bu gün Azərbaycan xalqının sevimli yazıçısı, görkəmli pedaqoq, ədəbiyyatşünas alim və publisist Mir Cəlal Paşayevin xatirə günüdür. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim və istedadlı publisist olan Mir Cəlal Paşayev sovet rejimi dövründə yaşayıb yaratmış elə müdrik müəlliflər sırasına daxildir ki, bu gün onun ədəbi-tənqidi yazılarının altından yazıldığı tarixi götürsən, həmin materialların elə bu gün yazıldığını zənn etmək olar.
Sentyabr ayının 22-i Azərbaycan xalqının igid övladı, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Əhmədiyyə Cəbrayılov – 100” adlı Elektron məlumat bazası hazırlanıb
Sentyabr ayının 21-i Beynəlxalq Sülh Günüdür. SÜLH - hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir.
Videokonfransı giriş sözü ilə Rusiya Dövlət Kitabxanasının Mühafizə və xidmət işləri üzrə baş direktor müavini Serova Olqa Vasilyevna açıb. Konfransda “Kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması” sistemində kitabxana fəaliyyətinin vəziyyəti və problemləri, Pandemiya ilə əlaqəli məhdudiyyətlər və istifadəçilərə stasionar kitabxana və məlumat xidmətlərinin müvəqqəti dayandırılmasına səbəb olan digər amillər şəraitində kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması üzrə xidmətlərin göstərilməsi kimi məsələlər əsas diqqət mərkəzində olub.