![]() |
![]() |
![]() |
![]() |
Sentyabrın 18-i Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin 135 illiyi tamam olur. Dahi Azərbaycan bəstəkarı, Azərbaycan milli operasının banisi, böyük musiqişünas-alim, publisist və pedaqoq Üzeyir Hacıbəyovun Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətləri olmuşdur.
Oxucuların hüquqi informasiyaya olan tələbatlarının ödənilməsi, onların sorğularının tam və dolğun şəkildə yerinə yetirilməsi, yeni-yeni maraq sahələrinin yaradılması, eləcə də, mövcud marağın genişləndirilməsi kitabxanaların qarşısında mühüm vəzifələr qoyur. Bu məqsədlə kitabxanaçılar kütləvi işin müxtəlif formalarından istifadə etməlidirlər
Azərbaycanda 15 sentyabr tarixi Bilik günü kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün Bilik Günü kimi qeyd olunmağa başlayıb. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “15 Sentyabr Bilik Günü”adlı virtual sərgi hazırlanıb
Milli Musiqi Günü ərəfəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası istifadəçilərə “Musiqi kitabxanası” adlı yeni layihəsini virtual rejimdə təqdim edib. “Musiqi kitabxanası” adlı layihə “Musiqi ədəbiyyatı”, “Notlar” və “Səsyazıları” bölmələrini əhatə edir. “Musiqi ədəbiyyatı” və “Notlar” bölmələrində Milli Kitabxananın fondunda olan musiqi ədəbiyyatları əlifba sırası üzrə yerləşdirilib və bütün ədəbiyyatlar elektron resursları ilə istifadəçilərə təqdim olunur.
Bu il Böyük Vətən müharibəsində Qələbənin 75 illik yubileyi qeyd edilir. Düşmən üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük rolu olmuşdur. Xalqımızın yüz minlərlə oğul və qızı əlinə silah alıb, bütün cəbhələrdə düşmənə müqavimət göstərmiş, çox¬ları həyatını bu yolda qurban vermiş¬dir.