Azərbaycan mİllİ kİtabxanası

 

ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: “İlyas Tapdıq – 85”

Sərgi: “İlyas Tapdıq – 85”

30.11.2019

Noyabrın 30-da Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, müasir uşaq ədəbiyyatında öz dəsti xətti ilə tanınan, şair, tərcüməçi İlyas Oruc oğlu Tapdıqovun (İlyas Tapdıq) anadan olmasının 85 illiyi münasibətilə “İlyas Tapdıq - 85” adlı geniş kitab sərgisi açılıb.

Milli Kitabxanada Görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib

Milli Kitabxanada Görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib

28.11.2019

Noyabrın 28-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Milli Kitabxanada Xalq yazıçısı Elçinin kitablarının təqdimatı keçirilib

Milli Kitabxanada Xalq yazıçısı Elçinin kitablarının təqdimatı keçirilib

22.11.2019

Noyabrın 22-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Xalq yazıçısı Elçinin “Baş” romanının, “Qırx Beş. Seçilmiş hekayələr”, “Daha dərin qatlara. Seçilmiş məqalə və esselər”, “Mənə niyə gülürlər” kitablarının təqdimat mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq çağdaş Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan görkəmli Xalq yazıçı Elçin Əfəndiyevin yaradıcılığı haqqında geniş söhbət açıb.

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada  görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

19.11.2019

19 noyabr 2019-cu il tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Aytam” uşaqların mədəni maarifləndirilməsi İctimai Birliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Milli Kitabxanada böyük Azərbaycan yazıçısı və görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilib

Milli Kitabxanada böyük Azərbaycan yazıçısı və görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilib

18.11.2019

Noyabrın 18-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TURKSOY Beynəlxalq təşkilatı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşirinin iştirakı ilə böyük Azərbaycan yazıçısı və görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans və Milli Kitabxanının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabının və “Cəlil Məmmədquluzadə - 150” Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.