Azərbaycan mİllİ kİtabxanası

 

ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: “13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günüdür”

Sərgi: “13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günüdür”

13.11.2019

Noyabr ayının 13-də Milli Kitabxanada “13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günüdür” adlı geniş kitab sərgisi açılıb. Sərgidə fiziki qüsurlu insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən, gözdən əlillərə dövlət tərəfindən göstərilən qayğıdan, əlillərin cəmiyyətə inteqrasiya olunmasından bəhs edən Azərbaycan və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi: “12 noyabr – Konstitusiya  Günüdür”

Sərgi: “12 noyabr – Konstitusiya Günüdür”

12.11.2019

Noyabr ayının 12-də Milli Kitabxanada “12 noyabr- Konstitusiya Günüdür” adlı geniş kitab sərgisi açılıb. Qeyd edək ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə Konstitusiya Komissiyası fəaliyyətə başlayıb və 1995-ci il noyabr ayının 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilib.

Sərgi: “9 noyabr – Azərbaycan bayrağı günüdür"

Sərgi: “9 noyabr – Azərbaycan bayrağı günüdür"

08.11.2019

Noyabr ayının 8-də Milli Kitabxanada “9 noyabr – Azərbaycan bayrağı günüdür” adlı geniş kitab sərgisi açılıb. Qeyd edək ki, dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilmişdir. Dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabr ayının 17-də Naxçıvanda ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı.

Milli Kitabxanada “Bakı Dövlət Universitetinin 100 illik yubileyi”nə həsr olunmuş tədbir keçirilib

Milli Kitabxanada “Bakı Dövlət Universitetinin 100 illik yubileyi”nə həsr olunmuş tədbir keçirilib

07.11.2019

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti və Milli Kitabxana birgə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı, ölkədə ali təhsilin və elmin Noyabrın 7-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti və Milli Kitabxana birgə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı, ölkədə ali təhsilin və elmin inkişafında mühüm xidmətləri olan Azərbaycan xalqının milli sərvəti “Bakı Dövlət Universitetinin 100 illik yubileyi”nə həsr olunmuş tədbir keçirilib

Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının və “Aida İmanquliyeva – 80” adlı Elektron məlumat bazasının  təqdimat mərasimi

Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının və “Aida İmanquliyeva – 80” adlı Elektron məlumat bazasının təqdimat mərasimi

05.11.2019

Noyabrın 5-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli şərqşünas alimi, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının və “Aida İmanquliyeva – 80” adlı Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib