Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

“Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri” adlı fərdi jurnalist yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi

“Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri” adlı fərdi jurnalist yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi

25.07.2018

İyulun 25-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri” adlı fərdi jurnalist yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev Azərbaycan kinosunun nailiyyətlərindən və müsabiqənin əhəmiyyətindən danışmış, mətbuat işçilərinin milli kinomuzun tədqiqi, təbliği istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirmişdir.

Sərgi: “22 iyul – Milli Mətbuat və Jurnalistika günü”

Sərgi: “22 iyul – Milli Mətbuat və Jurnalistika günü”

20.07.2018

Azərbaycan Milli Kitabxanasında “22 iyul – Milli Mətbuat və Jurnalistika günü” adlı kitab sərgisi açılmışdır. Sərgidə Azərbaycan və xarici dillərdə mövzuya uyğun olaraq kitablar sərgilənmişdir.

Görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun  90 illiyi ilə əlaqədar olaraq elmi konfrans və kitab sərgisinin təqdimat

Görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi ilə əlaqədar olaraq elmi konfrans və kitab sərgisinin təqdimat

13.07.2018

İyul ayının 13-də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Qır­ğız yazıçısı Çin­giz Ayt­ma­tovun 90 illiyi ilə əlaqədar olaraq “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” adlı beynəlxalq elmi konfrans və kitab sərgisinin təqdimatı keçirilmişdir. Tədbirdən öncə M.F.Axundov adına Milli Kitabxananın təşkil etdiyi kitab sərgisinə baxış keçirilmişdir.

Eleonora Borisovna Kantemirin“Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi

Eleonora Borisovna Kantemirin“Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi

11.07.2018

İyul ayının 11-də Milli Kitabxanada Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları və tədbir iştirakçılarını salamlamışdır. Direktor Kərim Tahirov Dimitr Kantemir haqqında qısa məlumat verərək onun böyük yazıçı, dövlət xadimi, alim olduğunu bildirmiş və qədim Türk, Osmanlı musiqisinə böyük töhfələr verən bir bəstəkar olduğunu qeyd etmişdir. Həmçinin direktor onu da qeyd etmişdir ki, Dimitri Kantemirin İstanbulda olarkən yaşadığı evlərdən biri 2007-ci ildə restovrasiya edilərək muzey olaraq fəaliyyət göstərməyə başlamışdır.

Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin yeni təyin olunmuş baş direktoru cənab Jean Louis Roy və kitabxananın digər əməkdaşı Milli Kitabxanada olmuşdur.

Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin yeni təyin olunmuş baş direktoru cənab Jean Louis Roy və kitabxananın digər əməkdaşı Milli Kitabxanada olmuşdur.

09.07.2018

İyul ayının 9-da Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin yeni təyin olunmuş baş direktoru cənab Jean Louis Roy və kitabxananın digər əməkdaşı Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru cənab Kərim Tahirov qarşılamışdır.