![]() |
![]() |
![]() |
![]() |
Haqq savaşında tam qələbəmiz uzaqda deyil!
Kitabxanaçı əməyi – vətənpərvərlik ruhu
XX əsr Azərbaycan klassiklərindən, dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi ədəbiyyatımız tarixində şərəfli yer tutur. O, milli romantizmin ideya-estetik prinsiplərini zəngin bədii yaradıcılıq təcrübəsində və ədəbi tənqidi əsərlərində əsaslandırmışdır.
Bu il Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan xalqı Tarixini yaradan şəxsiyyətlərə, Vətənin azadlığı naminə canını fəda edən oğul və qızlarımızla haqlı olaraq həmişə öyünmüşdür. Bu gün Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğullarımız Vətənin müdafiəsinə qalxmışdır. Bu gün Azərbaycan əsgəri Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycanın şanlı tarixini yazır. Qəhrəmanlar heç vaxt unudulmur. Dövlətimiz və xalqımız ana Vətənin azadlığı, müqəddəs torpağın şərəfi yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Son dövrlərin Qarabağ savaşı bir daha göstərdi ki, Müstəqil Azərbaycan doğrudan da, qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir.