![]() |
![]() |
![]() |
![]() |
Qarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın ən mühüm özəlliklərindən biri özünəməxsus xalçaçılıq məktəbinin formalaşmasıdır. Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təsvirinin orijinallığına görə bənzərsizdir.
Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov 45 ölkədən ümumilikdə 49 Milli Kitabxananın üzv olduğu CENL-in onlayn İllik İclasında iştirak etmişdir. Bu il Belçika Kral Kitabxanasında keçirilməsi nəzərdə tutulan konfrans koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış və onlayn şəkildə keçirilmişdir. Konfransa 33 Milli Kitabxananın direktorları və digər beynəlxalq təşkilatların nümayəndələri qoşulmuşdu.
Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir.
Bu gün Azərbaycan xalqının Müstəqillik Günüdür. Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi böyük tarixi nailiyyət, xalqımızın əvəzsiz sərvətidir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək, işğal altında olan torpaqları düşmən tapdağından tam azad edəcək, respublikamız dünyanın qüdrətli diyarlarından birinə çevriləcək.
Bu il İkinci Dünya Müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, Fransanın orden və medalları ilə, o cümlədən “Hərbi medal” ilə təltif olunmuş, xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi tamam olur. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Əhmədiyyə Cəbrayılov – 100” adlı daycest istifadəçilərə təqdim olunub.