Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: “Salam Qədirzadə - 95”

Sərgi: “Salam Qədirzadə - 95”

10.04.2018

10 aprel 2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı- dramaturq Salam Dadaş oğlu Qədirzadənin (Salam Qədirzadə) anadan olmasının 95 illiyi münasibətilə “Salam Qədirzadə - 95” adlı kitab sərgisi açılmışdır. Sərgidə yazıçının əsərləri, sözlərinə yazılmış mahnılar, haqqında olan kitablar və qəzet-jurnal materialları sərgilənmişdir.

Sərgi:  “Aşıq Şəmşir-125”

Sərgi: “Aşıq Şəmşir-125”

04.04.2018

4 Aprel 2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarından biri, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi ilə əlaqədar olaraq “Aşıq Şəmşir-125” başlıqlı kitab sərgisi açılmışdır.

Sərgi: "Aqil Abbas – 65"

Sərgi: "Aqil Abbas – 65"

01.04.2018

1 aprel 2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Şöhrət" ordenli, Azərbaycanın Əməkdar jurnalisti, yazıçı Aqil Məhəmməd oğlu Abbasovun (Aqil Abbas) anadan olmasının 65 illiyi münasibətilə "Aqil Abbas – 65" adlı kitab sərgisi açılmışdır.

1918-ci il Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisinin açılış mərasimi

1918-ci il Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisinin açılış mərasimi

30.03.2018

30 mart 2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə 1918-ci il Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisinin açılış mərasimini keçirmişdir.

Mart ayının 19-da VI Bakı Qlobal Forumunun iştirakçısı olan kitabxana işçiləri Milli Kitabxanada olmuşlar.

Mart ayının 19-da VI Bakı Qlobal Forumunun iştirakçısı olan kitabxana işçiləri Milli Kitabxanada olmuşlar.

19.03.2018

Mart ayının 19-da VI Bakı Qlobal Forumunun iştirakçısı olan kitabxana işçiləri - IFLA-nın sabiq prezidentləri Klaudiya Lyuks və Parent İnqrid, ABŞ-ın Konqres Kitabxanasının Afrika və Orta Şərq bölməsinin müdiri Meri-Ceyn Dib, Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova, Bolqarıstan Milli Kitabxanasının Beynəlxalq əməkdaşlıq üzrə eksperti Mariya Karşiyska, İngiltərənin Lafboro Universitetinin əməkdar professoru Paul Sturges, Fransa Milli Kitabxanasından Gerald Qrunberq, Misirin İskəndəriyyə Kitabxanasının kitabxana sektorunun müdiri Lamiyə Abdülfəttah, İskəndəriyyə Kitabxansının əməkdaşı Raniya Kalavi, Afrika Kitabxana və İnformasiya Assosiasiyasının direktoru Joel Sam və digərləri Milli Kitabxanada olmuşlar.