Azərbaycan mİllİ kİtabxanası

 

ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş videokonfrans keçiriləcəkdir

Görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş videokonfrans keçiriləcəkdir

07.08.2020

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq təşkilatı, Qazaxıstanın Azərbaycandakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və Dövlət Pedaqoji Universiteti birgə nəşr etdikləri görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə "TÜRKSOY Kitabxanası" seriyasından prof. Elman Quliyevin "Abay Kunanbayev" kitabının təqdimatına həsr olunmuş videokonfrans keçirəcəkdir.

Milli Kitabxanada “Azərbaycan Milli Kino Günü” adlı virtual sərgi təqdim olunub

Milli Kitabxanada “Azərbaycan Milli Kino Günü” adlı virtual sərgi təqdim olunub

30.07.2020

Avqustun 2-si Azərbaycan kinosu günüdür. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan Milli Kino Günü” adlı sərgi virtual rejimdə təqdim olunub. Sərgidə mövzuya dair təqdim olunan resurslar tam mətnləri ilə yer almışdır.

Milli Kitabxanada “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü” adlı sərgi virtual rejimdə təqdim olundu

Milli Kitabxanada “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü” adlı sərgi virtual rejimdə təqdim olundu

30.07.2020

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü” adlı sərgi virtual rejimdə təqdim olunmuşdur.

Milli Kitabxana “İnsan alverinə qarşı mübarizə” adlı Elektron məlumat bazasını təqdim etdi

Milli Kitabxana “İnsan alverinə qarşı mübarizə” adlı Elektron məlumat bazasını təqdim etdi

29.07.2020

Milli Kitabxana ümumbəşəri problem olan insan alverinə qarşı mübarizədə maarifləndirmə məqsədilə “İnsan alverinə qarşı mübarizə” adlı Elektron məlumat bazasını virtual rejimdə təqdim etmişdir. Elektron məlumat bazasında təqdim olunan resurslar tam mətnləri ilə verilmişdir.

Milli Kitabxana “Milli Musiqi xəzinəmizdən” layihəsi ilə  nəşr etdiyi not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim etmişdir

Milli Kitabxana “Milli Musiqi xəzinəmizdən” layihəsi ilə nəşr etdiyi not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim etmişdir

27.07.2020

Milli Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə 2019-cu ildən həyata keçirməyə başladığı “Milli Musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” adlı layihə üzrə nəşr etdiyi Azərbaycan bəstəkarlarının not məcmuələrini onlayn “Musiqi kitabxanası” olaraq oxuculara təqdim etmişdir.