Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim etdi

Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim etdi

17.05.2020

Bu il görkəmli yazıçı-dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi xadim, teatr xadimi, publisist, tənqidçi, Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi qeyd edilir. Təqdim olunan daycestdə görkəmli dramaturqun həyatı, ədəbi-ictimai, pedaqoji və diplomatik fəaliyyətindən bəhs edən, 2010-2020-ci illərdə ölkə ərazisində müxtəlif dövri nəşrlərdə dərc edilən məqalələr araşdırılmış və seçmə yolu ilə diqqətə çatdırılmışdır.

Milli Kitabxana “Kitabxanalar Qələbənin şahidləri: Gələcəyə baxış” – mövzusunda keçirilən Beynəlxalq telekonfransda iştirak etmişdir

Milli Kitabxana “Kitabxanalar Qələbənin şahidləri: Gələcəyə baxış” – mövzusunda keçirilən Beynəlxalq telekonfransda iştirak etmişdir

15.05.2020

15 may tarixində Milli Kitabxana “Kitabxanalar Qələbənin şahidləri: Gələcəyə baxış” – mövzusunda keçirilən Beynəlxalq telekonfransda iştirak etmişdir. Onlayn görüşdə İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının direktoru S.Qoroxova, Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov, Belarus Milli Kitabxanasının baş direktoru prof. Roman Motulski, Qazaxıstan Milli və Qazaxıstan Akademik Milli Kitabxanalarının direktorları, Rusiya Prezident Kitabxanasının biblioqrafı, Rusiya Milli Kitabxanası Arxiv sənədləri şöbəsinin müdiri, Qırğızıstan, Özbəkistan Milli Kitabxanalarının direktorları və digər kitabxanalar iştirak etdilər.

Milli Kitabxana “Əbdürrəhim bəy Haqverdiyev-150” adlı  Elektron məlumat bazasını virtual rejimdə təqdim etdi

Milli Kitabxana “Əbdürrəhim bəy Haqverdiyev-150” adlı Elektron məlumat bazasını virtual rejimdə təqdim etdi

15.05.2020

2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur.

Milli Kitabxana “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev” adlı Elektron məlumat bazasını virtual rejimdə təqdim etdi

Milli Kitabxana “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev” adlı Elektron məlumat bazasını virtual rejimdə təqdim etdi

10.05.2020

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Elektron məlumat bazası Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq Prezidenti, Azərbaycan xalqının ümummilli lideri, Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əlirza oğlu Əliyevə həsr edilmişdir.

Milli Kitabxana “Şanlı zəfər tariximiz - 75” adlı  virtual sərgini onlayn rejimdə istifadəçilərə təqdim etdi

Milli Kitabxana “Şanlı zəfər tariximiz - 75” adlı virtual sərgini onlayn rejimdə istifadəçilərə təqdim etdi

09.05.2020

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Şanlı zəfər tariximiz - 75” adlı virtual sərgidə İkinci dünya müharibəsinə dair kitab və məqalələr, fotolar, videolar və digər sənədlər təqdim olunur. Virtual sərgidə nümayiş olunan materiallar tam mətnləri ilə verilmişdir.