Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Azərbaycan Milli Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, BDU-nun doktorantı, gənc yazar Ülvi Aydının “Eşqin səsi” adlı kitabının təqdimatı və imza mərasimi keçirilmişdir

Azərbaycan Milli Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, BDU-nun doktorantı, gənc yazar Ülvi Aydının “Eşqin səsi” adlı kitabının təqdimatı və imza mərasimi keçirilmişdir

14.08.2019

14 avqust 2019-cu il tarixində Azərbaycan Milli Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, BDU-nun doktorantı, gənc yazar Ülvi Aydının “Eşqin səsi” adlı adlı kitabının təqdimatı və imza mərasimi keçirilmişdir.

Sərgi:  “12 avqust - Beynəlxalq Gənclər günüdür”

Sərgi: “12 avqust - Beynəlxalq Gənclər günüdür”

10.08.2019

10 avqust 2019 - cü il tarixində Milli kitabxanada “12 avqust - Beynəlxalq Gənclər günüdür” adlı kitab və dövri mətbuat nümunələrindən ibarət geniş sərgi açılmışdır. Qeyd edək ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır.

Sərgi: "Rafael Hüseynov - 65"

Sərgi: "Rafael Hüseynov - 65"

10.08.2019

Milli Kitabxanada 10 avqust 2019-cu il tarixində görkəmli ədəbiyyatşünas,tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü, Millət Vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Rafael Baba oğlu Hüseynovun yaradıcılığına həsr olunmuş kitab və dövri-mətbuat sərgisi açılmışdır. Sərgidə müəllifin azərbaycan və xarici dillərdə əsərləri, elmi məqalələri, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, ön söz yazdığı kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi:  “Axundova Nərgiz – 60”

Sərgi: “Axundova Nərgiz – 60”

07.08.2019

Avqustun 7-də Azərbaycan Milli Kitabxanasında ölkəmizdə bütün sahələr üzrə azərbaycanşünaslığın inkişafı yollarında səy və bacarığını əsirgəməyən, Azərbaycan elminin inkişaf etdirilməsində çox böyük xidmətləri olan AMEA-nın həqiqi üzvü, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, tarix üzrə elmlər doktoru Axundova Nərgiz Çingiz qızının anadan olmasının 60 illik yubileyi münasibətilə “Axundova Nərgiz – 60” adlı kitab sərgisi açılmışdır. Sərgidə akademikin Azərbaycan və rus dilində müəllifi olduğu əsərləri, elmi məqalələri, redaktoru olduğu əsərlər və akademik haqqında yazılan materiallar, qəzet, jurnal məqalələri nümayiş olunur.

Sərgi: “2 avqust Azərbaycan Kinosu Günüdür”

Sərgi: “2 avqust Azərbaycan Kinosu Günüdür”

02.08.2019

Avqust ayının 2-də Milli Kitabxanada milli kino günü ilə bağlı olaraq “2 avqust Azərbaycan Kinosu Günüdür” adlı geniş sərgi açılmışdır. Qeyd edək ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və bir bədii kinosüjetdən – “İlişdin”dən ibarətdir.