Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxananın nəşrləri Tarix İnstituna təqdim edilib

Milli Kitabxananın nəşrləri Tarix İnstituna təqdim edilib

19.02.2020

Fevral ayının 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda M.F. Axundov adına Milli Kitabxananın son illərdə nəşr olunan kitablarının təqdimetmə mərasimi keçirilib.

Fevral ayının 14-də Milli Kitabxanada “Beynəlxalq kitab bağışlama günü” ilə bağlı tədbir keçirilib.

Fevral ayının 14-də Milli Kitabxanada “Beynəlxalq kitab bağışlama günü” ilə bağlı tədbir keçirilib.

14.02.2020

Tədbirin iştirakçıları general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbin 7a sinif şagirdləri olub. Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq məktəblilərə mütaliə mədəniyyətinin formalaşmasında kitabın rolundan, gələcək nəsillərin dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasından bəhs edib. Direktor həmçinin çıxışında qeyd etdib ki, bu əlamətdar gün, kitab bağışlayan və kitaba məhəbbətlə yanaşan bütün insanları öz ətrafında birləşdirir. Professor onu da söylədi ki, kitab bağışlamaq gələcəyi gözəlləşdirmək, yeni nəslin üfüqlərini açmaq, daha gözəl bir ölkədə yaşamaq deməkdir. Bu baxımdan kitaba böyük məhəbbət və qayğı ilə yanaşan gənclərimizin, oxucularımızın olması sevindirici haldır.

Suraxanı rayonu D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Milli Kitabxanasında

Suraxanı rayonu D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Milli Kitabxanasında

12.02.2020

12. 02. 2020-ci il Suraxanı rayonu D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin VII-VIII sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar. Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, elektron kataloq və elektron kitabxanadan istifadə qaydaları haqqında məlumat almış, iş prosesini izləmişlər.

Milli Kitabxanada “Əziz Mirəhmədov – 100” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Əziz Mirəhmədov – 100” adlı kitab sərgisi açılıb

11.02.2020

Fevralın 11-də Azərbaycan Milli Kitabxanasında milli ədəbiyyatımızın görkəmli tədqiqatçılarından biri, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, ədəbiyyatşünas, mətnşünas alim Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi münasibətilə “Əziz Mirəhmədov – 100” adlı kitab sərgisi açılıb.

Tarix İnstitutu son illərdə xarici dillərdə nəşr etdiyi Azərbaycanın tarixinə dair kitabların xarici ölkə milli kitabxanalarına göndərilmək məqsədilə Milli Kitabxanaya təqdim edib

Tarix İnstitutu son illərdə xarici dillərdə nəşr etdiyi Azərbaycanın tarixinə dair kitabların xarici ölkə milli kitabxanalarına göndərilmək məqsədilə Milli Kitabxanaya təqdim edib

07.02.2020

Fevralın 7-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanası birgə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun son illərdə xarici dillərdə nəşr etdiyi Azərbaycanın tarixinə dair kitabların xarici ölkə milli kitabxanalarına göndərilmək məqsədilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimini keçirib.