Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Beynəlxalq Kitabxana Assosiasiyaları Fedarasiyasının (İFLA) Biblioqrafiya bölməsinin  “IFLA Metadata Newsletter” 2020-ci il iyun buraxılışında  Azərbaycan Milli Kitabxanasının COVID-19 pandemiyası dövründə fəaliyyəti haqqında məqalə verilmişdir.

08.07.2020

Milli Kitabxana “Görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılov” adlı sərgini virtual rejimdə  təqdim etdi

Milli Kitabxana “Görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılov” adlı sərgini virtual rejimdə təqdim etdi

01.07.2020

İyul ayının 1-i görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılovun doğum günüdür. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən alimin həyat və fəaliyyətinə dair hazırlanan “Görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılov” adlı sərgi virtual rejimdə təqdim olunmuşdur. Sərgidə rəsmi sənədlər, alimin fəaliyyətini əks etdirən fotolar, elmi məqalələri, kitabları, elmi redaktoru olduğu və haqqında kitabların elektron versiyaları təqdim olunur.

Milli Kitabxana “26 iyun Azərbaycanın Milli Ordu Günüdür” adlı Elektron məlumat bazasını virtual rejimdə təqdim edir.

Milli Kitabxana “26 iyun Azərbaycanın Milli Ordu Günüdür” adlı Elektron məlumat bazasını virtual rejimdə təqdim edir.

25.06.2020

26 iyun ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi bayram edilir. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “26 iyun Azərbaycanın Milli Ordu Günüdür” adlı Elektron məlumat bazasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü haqqında rəsmi sənədlər, Azərbaycan Respublikasının dövlət rəmzləri, ulu öndər Heydər Əliyevin Azərbaycanın ordu quruculuğundakı yorulmaz tarixi fəaliyyətindən, müstəqilliyimizin, dövlətçiliyimizin əsas təminatçısı olan Milli ordumuzun uğur və nailiyyətlərindən, onun tarixindən bəhs edən kitablar, Milli qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş nəşrlər və Azərbaycan əsgərinə dair mahnı və şeirlər təqdim olunur.

Milli Kitabxana “Gələcəyimizi birlikdə düşünək - Narkomaniyaya yox deyək” adlı Elektron məlumat bazasını virtual rejimdə təqdim etdi.

Milli Kitabxana “Gələcəyimizi birlikdə düşünək - Narkomaniyaya yox deyək” adlı Elektron məlumat bazasını virtual rejimdə təqdim etdi.

25.06.2020

26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. Milli Kitabxana tərəfindən təqdim olunan “Gələcəyimizi birlikdə düşünək-Narkomaniyaya yox deyək” adlı Elektron məlumat bazası Rəsmi sənədlər, Beynəlxalq konvensiyalar, Kitablar, Məqalələr toplusu, Nəşrlərin fotoqalereyası, Videoqalereya və Faydalı linklər bölmələrindən ibarətdir.

Milli Kitabxana “Akademik Ziyad Səmədzadə” adlı sərgini virtual rejimdə  təqdim etdi

Milli Kitabxana “Akademik Ziyad Səmədzadə” adlı sərgini virtual rejimdə təqdim etdi

25.06.2020

İyun ayının 25-i akademik Ziyad Səmədzadənin doğum günüdür. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Akademik Ziyad Səmədzadə” adlı sərgi virtual rejimdə təqdim olunmuşdur. Sərgidə rəsmi sənədlər, akademikin fəaliyyətini əks etdirən fotolar, dövri-mətbuat resursları və alimin azərbaycan, rus dillərində müəllifi, redaktoru, layihə rəhbəri olduğu kitabların elektron versiyaları təqdim olunur.