Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

ŞÖBƏLƏR

İNFORMASİYA RESURSLARININ KOMPLEKTLƏŞDİRİLMƏSİ ŞÖBƏSİ

Şöbə müdiri: İbrahimova Gülarə Aydın qızı
Tel.: (994 12) 493 06 35
E-mail: kitab_fond@anl.az

Şöbə haqqında ümumi məlumat

2020-ci ilin yanvar ayının 1-nə olan məlumata görə Milli Kitabxananın fondu 4 616 471 nüsxədən ibarət olmuşdur. Onlardan 2 394 993 nüsxəsi kitab və kitabçalar, 2 227 478 nüsxəsi isə digər sənədlərdir.

Şöbənin strukturu

  • Ədəbiyyatın ilkin qeydiyyatı bölməsi

  • Kitabxana fondunun uçotu bölməsi

  • Dövri mətbuat bölməsi

  • Nəşriyyatlarla iş bölməsi

Vəzifələri

  • Fondu yeni ədəbiyyatla və əvvəlki illərin nəşrləri ilə komplektləşdirmək, alınan ədəbiyyatın ümumi və fərdi uçotunu aparmaq.

  • Daxil olmuş ədəbiyyatın dərhal qısa biblioqrafik yazı ilə elektron kataloq vasitəsi ilə oxucuların nəzərinə çatdırmaq. Kitabxana saytının “Yeni ədəbiyyat” rubrikasında yeni ədəbiyyat haqqında məlumatın verilməsi. Daxil olmuş dərgilərin də elektron kataloqa daxil edilməsi.

  • Hər həftə “Yeni kitablar” sərgi zalını yeni ədəbiyyatla təmin edilməsi.

Fəaliyyət istiqamətləri

  • Çatışmayan ədəbiyyat müxtəlif kitabxanalardan, Respublika Əlyazmalar Fondundan, Rusiya Federasiyasının Milli Kitabxanasından və digər təşkilatlardan ümumi fondun və Azərbaycan ədəbiyyatının arxivi fondunun tamamlanması məqsədilə əldə edilir;

  • Komplektləşdirmə müxtəlif mənbələr vasitəsilə həyata keçirilir:

      • Məcburi (pulsuz) nüsxələr;

      • Mübadilə (respublika və beynəlxalq);

      • Hədiyyələr (ayrı-ayrı şəxslər, təşkilatlar, müəlliflər, səfirliklər);

      • Abunə;

      • Kitab ticarəti ilə məşğul olan təşkilatlar (kitab dükanları, kitabxana kollektoru və digər);

      • Elmi-tədqiqat institutları.

  • 1994-cü ildən kitabxana Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyyasından doktorluq və namizədlik dissertasiyalarını, habelə onların avtoreferatlarını alır;

Azərbaycan Respublikasının Prezidentinin 12 yanvar 2004-cü il tarixli 56 saylı sərəncamı ilə klassiklərin latın əlifbasında çap olunan və kitabxanaya hədiyyə edilən kitabları ehtiyat fondu vasitəsilə komplektləşdirir. 

Dövri mətbuat bölməsinə 2017-ci il yanvarı 1-nə olan məlumata görə 649 adda dövri nəşrlər daxil olunmuşdur. Bunlardan: 267 adda Azərbaycan dilində, 124 adda rus dilində jurnal; 197 adda Azərbaycan dilində, 33 adda rus dilində qəzet alınmışdır;

Dövri mətbuat bölməsi eyni zamanda respublikadan kənarda çap olunan dövri mətbuatı da komplektləşdirir.

Hüquqları

“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müvafiq olaraq dövlət və qeyri- dövlət nəşriyyatları, digər müəssisə və təşkilatlar tərəfindən nəşr olunan bütün kitab və kitabçalardan 4 pulsuz məcburi nüsxə, dövri nəşrlərdən isə 2 pulsuz məcburi nüsxə Milli Kitabxanaya göndərilməlidir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli Fərmanı ilə 01 mart 2016-cı il tarixindən qüvvəyə minən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin” 392-ci Maddəsinə müvafiq olaraq kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına görə cərimələr tətbiq edilmişdir (hər bir adda kitab, qəzet və jurnal üçün 700 manat).