|
|
|
|
|
|
|
|
|
18 yanvar
2012-ci il
tarixində Milli
Kitabxanada
20
Yanvar faciəsi
nə həsr edilmiş
“20
Yanvar şəhidlik
zirvəsi”
adlı kitab
sərgisinin
açılışı və Vahid
Məhərrəmovun
“Qanlı
gecə-Qanlı tarix”
kitabının
təqdimat
mərasimi
keçirilmişdir.
Tədbiri Milli
Kitabxananın
direktoru Kərim
Tahirov açaraq
20 Yanvar
şəhidlərini bir
dəqiqəlik
sükutla yad
etmişdir. Sonra
o, 20 Yanvar
müsibətindən
söhbət açaraq, o
ağrılı günü bir
daha yada salmış
və bu faciənin
heç vaxt
Azərbaycan
xalqının
yaddaşından
silinməyəcəyini
qeyd etmişdir.
Kərim Tahirov
bu faciəninn
gələcək
nəsillərə
Azərbaycan
xalqının
tarixini və
erməni
daşnakları
tərəfindən
xalqımızın
başına gələn
müsibətləri
olduğu kimi
çatdırılmasının
daha vacib
|
|
olduğunu qeyd
etmişdir.
Sonra söz
Mədəniyyət və
Turizm
Nazirliyinin
Kitabxana işi
sektorunun
müdiri Lətifə
Məmmədovaya
verilmişdir. O
20
Yanvar
– 1990 ilin
Azərbaycan
xalqının
tarixinə Qanlı
Yanvar faciəsi
kimi daxil
olmasından,
keçmiş sovet
dövlətinin hərb
maşınının həmin
gün Azərbaycan
xalqına qarşı
həyata keçirdiyi
vəhşi terror
aktından, bunun
insanlığa qarşı
törədilmiş ən
ağır
cinayətlərdən
biri kimi bəşər
tarixində qara
səhifə olaraq
qalacağından
danışmışdır.
“Qanlı
gecə-Qanlı tarix”
kitabının
müəllifi Vahid
Məhərrəmov
kitabının ərsəyə
gəlməsindən,
Azərbaycan
xalqının başına
gələn
müsibətlərdən
ürək ağrısı ilə
danışmışdır.
Sonda tədbir
iştirakçıları
“20
Yanvar şəhidlik
zirvəsi”
adlı geniş kitab
sərgisi və o
günlərin
dəhşətini özündə
əks etdirən foto
sərgi ilə tanış
olmuşlar. |

|
|
20 dekabr 2011-ci il
tarixində Milli
Kitabxanada görkəmli
jurnalist, ustad redaktor və
pedaqoq Nəsir
İmanquliyevin anadan
olmasının 100 illiyinə
həsr olunmuş sərgi və “Kütləvi
informasiya vasitələrində
obyektivlik və operativlik,
forma və məzmun vəhdəti
prinsiplərinin təmin
edilməsinin “Bakı” - “Baku”
təcrübəsi” mövzusunda
elmi konfrans keçirilmişdir.
Tədbiri Milli
Kitabxananın direktoru Kərim
Tahirov açaraq Nəsir
İmanquliyev yaradıcılığın-dan
danışmış, onun fəaliyyətini
yüksək
qiymətləndirmişdir.
Milli
Kitabxanada
Nəsir
İman- |
|
quliyev elektron məlumat
bazası yaradıldığını
söyləmişdir.
Tədbiri aparmaq üçün
söz Yazıçılar Birliyinin
katibi, 525-ci qəzetin baş
redaktoru Rəşad Məcidə
verilmişdir. O, Nəsir
İmanquliyevin 30 ildən artıq
müddətdə “Bakı” və “Baku”
qəzetlərinin baş redaktoru
kimi çalışdığından
danışmışdır.
Mədəniyyət və Turizm
Nazirinin birinci müavini
Vaqif Əliyev Nəsir
İmanquliyevin jurnalistika
sahəsində böyük uğurlara
nail olduğunu, böyük
jurnalistika məktəbi
yaratdığını söyləmişdir.
Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı Anar
öz xatirələrini tədbir
iştirakçıları ilə bölüşərək,
Nəsir müəllimin atasının
cəbhə dostu olduğundan,
onların “Ordu” qəzetində
birgə çalışdığından söz
açmışdır.
Mətbuat Şurasının
sədri Əflatun Amaşov Nəsir
İmanquliyevin Azərbaycanın
milli jurnalistikasında
xüsusi rolu olduğunu qeyd
etmişdir.
Millət vəkili Elmira
Axundova “Bakı” və “Baku”
qəzetlərinin indi çox böyük
maliyyə çətinlikləri ilə
üzləşdiyini, bu qəzetlərin
Nəsir İmanquliyevin
dövründəki kimi yaxşı
səviyyəyə çatdırmağın
vacibliyindən söz açmışdır.
“Azərbaycan”
qəzetinin baş redaktoru,
Nəsir İmanquliyevin tələbəsi
olmuş Bəxtiyar Sadıqov isə
müəllimini çox zəhmli,
məsuliyyətli və xeyirxah
insan kimi qiymətləndmişdir.
Sonda Nəsir
İmamquliyevin ailəsi adından
Azərbaycan Milli Aviasiya
Akademiyasının rektoru,
akademik Arif Paşayev çıxış
edərək tədbirin
təşkilatçılarına və
iştirakçılarına təşəkkürünü
bildirmiş və xatirələrini
danışmışdır.
|

|
|
16 dekabr 2011-ci il
tarixində Milli
Kitabxanada Azərbaycanda
kitabxanaçünaslıq elminin
banisi, professor Abuzər
Xələfovla rayon və şəhər
kitabxana direktorlarının
iştiraki ilə Milli
Kitabxananın kollektivilə
görüş keçirilmişdir.
Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov
açaraq çox möhtəşəm yubiley
tədbirlərinin keçirildiyini
qeyd etmişdir. Bu yubileylər
Azərbaycanda
kitabxanaşünaslıq elminin
əsasını qoymuş hörmətli
professor, Əməkdar elm
xadimi, Əməkdar mədəniyyət
işçisi, “Şöhrət” ordenli,
Prezident təqaüdçüsü Abuzər
Xələfovun 80 illiyi ilə
bağlıdır. 2 gün |
|
öncə bu salonda TÜRKSOY
təşkilatının iştirakı ilə
Abuzər Xələfova həsr olunmuş
beynəlxalq elmi konfrans
keçirilmişdir. Mən bu gün
Abuzər müəllimi Milli
Kitabxananın kollektivi
adından təbrik edir, ona
uzun ömür arzulayır,
qələminin hər zaman
işləməsini, yazmasını
diləyirəm -söyləmişdir.
Sonra söz BDU-nun
kitabxanaçılıq fakultəsinin
dekanı Xəlil İsmayılova
verilmişdir. O Abuzər
müəllimi yenilikçi alim
adlandırmışdır. Yeni texniki
imkanların tətbiq
olunmasında öndə gedən
alimlərdən olduğunu, hələ
1999-cu ildə BDU-nun
nəzdində kitabxana
proseslərinin
kompyuterləşdirilməsi adlı
elmi tədqiqat
laboratoriyasını yaratdığını
və ora rəhbərlik etdiyini
bildirmişdir. Ağsaqqal
alimin yubiley ərəfəsində 5
kitabının çap olunduğunu, bu
insanın yorulmadan
çalışdığını söyləmişdir.
Mədəniyyət işçilərinin
ixtisasartırma kursunun
direktoru Ramazan Şabanov
çıxış edərək Abuzər Xələfovu
təbrik etmişdir.
Milli Kitabxananın
kollektivi tərəfindən
hazırlanmış “Abuzər Xələfov”
adlı elektron məlumat bazası
Milli Kitabxananın direktor
müavini Mələk xanım Hacıyeva
tərəfindən təqdim olunmuşdur.
C.Cabbarlı adına Respublika
Gənclər kitabxanasının
direktoru Tahir Sadıqov, BDU-nun
Kitabxanaçılıq-informasiya
fakultəsinin dekan müavini
Mehmanəli Abuzər Xələfov
haqqında danışmış, ona xoş
arzularını bildirmişlər.
Astara rayon
Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin direktoru Nazim
Fərəməzov, Bərdə rayon
Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin direktoru Həvva
Məmmədova, Masallı rayon
Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin direktoru Ələddin
Nəzərov, Ağsu rayon
Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin direktoru
Cəbrayıl Bədəlov, Şabran
rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemlərinin
direktoru Səbirə Məcidova
Abuzər müəllim haqqında ürək
sözlərini söyləmiş, onu
ziyalıların önündə gedən
akademik, tələbələrin
“atası” adlandırmışlar.
Sonda söz Abuzər Xələfova
verilmişdir. O, alı təhsilin
insan həyatında əsas məsələ
olduğunu, onun gələcək
taleyində böyük rol
oynadığını qeyd etmişdir.
Təhsil almaq həm də ziyalı
olmaq deməkdir deyən
Xələfov ziyalını xalqı irəli
aparan, işıq saçan olduğunu,
bir millətin ziyalıları ilə
tanındığını qeyd etmişdir.
Abuzər müəllim bu gün bu
zala yığışan tələbələrinin
hər birinə təşəkkürünü
bildirmişdir.
Tədbir iştirakçıları Abuzər
Xələfovun bütün həyat və
yaradıcılığını əks etdirən
geniş kitab sərgisi ilə
tanış olmuşlar. |

|
|
2011-ci il TÜRKSOY
təşkilat
14 dekabr 2011-ci il tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanası birgə görkəmli kitabxanaşünas alim, professor Abuzər Xələfovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransı kitabxananın direktoru Kərim Tahirov açaraq əvvəlcə bütün qonaqları salamlamışdır. O, 30 minlik Azərbaycan kitabxanaçılar ordusunun ağsaqqalını 80 illik yubileyi münasibtilə səmimi qəlbdən təbrik etmiş, ona uzun ömür, cansağlığı və daha böyük
müvəffəqiyyətlər |
|
arzulamışdır.
Kitabxananın direktoru Kərim Tahirov qeyd etmişdir ki, bu gün həm də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş iki kitabın - Abuzər Xələfov “Kitabxana və cəmiyyət” və “Abuzər Xələfov” biblioqrafik məlumat kitabının təqdimetmə mərasimi keçirilir.
Əvvəlcə qonaqlar Fəxri Xiyabanda
ulu ondər Heydər Əliyevin
məzarını, daha sonra
Şəhidlər Xiyabanını ziyarət
etmişlər.
Abuzər Xələfov haqqında ürək dolusu danışan Kərim Tahirov onu böyük kitabxanaçılar ordusunun müəllimi adlandırmış, hansı kitabxanaçını dindirsən mütləq onun tələbəsi olacağını qeyd etmişdir. 40-dan artıq dərsliyin müəllifi olan Abuzər müəllimin kitablarına dünən də, bu gün də, sabah da müraciət ediləcəyini bildirmişdir. Abuzər Xələfovun hər kəsə qismət olmayan tale yaşadığından danışan Kərim Tahirov onu müəllimlər müəllimi adlandırmış, onun layiq olduğu bütün titullara - Əməkdar Elm Xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordeninə sahib olduğunu bildirmişdir. Çıxışının sonunda o, Abuzər Xələfova qələminin heç vaxt korşalmamasını, qəlbinin qocalmamasını, enerjisinin tükənməməsini arzulamışdır. Sonra o konfransı açıq elan edərək sözü Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə vermişdir.
Cənab Nazir əvvəlcə nazirliyin bütün kollektivi adından Abuzər Xələfovu təbrik etmiş, ona cansağlığı arzulamışdır. O, Abuzər Xələfov üçün bu salonun yetərli olmadığıını, Azərbaycanda 30 minlik kitabxanaçı ordusunun olduğunu, hamısının da müəllimi Xələfovin olduğunu, onun yetirmələri olduğunu qeyd etmişdir. Cənab nazir həm də kitabxanaçılar adından onu təbrik etmişdir.
“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın işlənməsində Abuzər Xələfovun çox böyük xidmətlərindən danışan Əbülfəs Qarayev onun yenilikçi olduğunu söyləmişdir. Nazir əvvəlcə Milli Kitabxananın rəhbərliyinə, onun bütün əməkdaşlarına və TÜRKSOY təşkilatına belə beynəlxalq konfransı keçirdiyinə görə minnətdarlığını bildirmişdir.
Tatarıstan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini İradə Ayupova Abuzər Xələfovu həm Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi adından, həm də Tatarıstan Milli Kitabxanası adından təbrik etmişdir. Bu gün Azərbaycan Respublikasında kitabxanaçılıq sahəsinə ayrılan diqqətin və verilən qiymətin Abuzər Xələfovun xidməti olduğunu vurğulamışdır.
Millət vəkili, Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov Türk dünyasının kitabının 1500 il, yazılı kitabın 200 ildən artıq yaşı olduğunu qeyd etmişdir. Azərbaycanda kitabxanaların açılmasının XX əsrin əvvəllərinə təsadüf etməsinə baxmayaraq, kitabxnaçılıq elminin tarixinin xeyli sonraya təsadüf etdiyindən və bunun Abuzər Xələfovun adı ilə bağlı olduğundan danışmışdır. O, ali kitabxanaçılıq təhsilinin əsasının Abuzər müəllim tərəfindən qoyulduğunu, bu peşəyə nüfuz gətirdiyini diqqətə çəkmişdir.
Sonra məruzə üçün söz BDU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslana verilmişdir. Professor Abuzər Xələfovun yaradıcılığı haqqında geniş və ətraflı məruzə edən K.Aslan onun şəxsi keyfiyyətlərindən də danışmışdır. Görkəmli alimin kitabxanaşünaslıq-biblioqrafiya elmi sahəsində əvəzsiz xidmətlərindən danışmışdır. O, Abuzər müəllimin alimliklə müəllimliyini, insanlıqla ziyalılığını, müdrikliklə aqilliyini qoşalaşdıran, birləşdirən, zirvələşdirən şəxsiyyətlərdən olduğunu qeyd etmişdir. O, Xələfovun yüksək səviyyəli alim, səriştəli pedaqoq-müəllim, təcrübəli rəhbər işçi, fəal ictimai xadim olmasından, onun səmərəli elmi fəaliyyətinin həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanmasından danışmışdır.
Azərbaycan Respublikasının TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təbrikini Abuzər Xələfova çatdırmışdır.
Türkiyə Milli Kitabxanasının şöbə müdiri Demet Aktaş Türkiyə Milli Kitabxanasının direktoru Tuncel Acar və bütün kollektiv adından Abuzər Xələfovu təbrik etmiş, ona cansağlığı arzulamışdır.
Qazaxıstan Milli Akademiya kitabxanasının şöbə müdiri Nurqayşa Asubek də kitabxana rəhbərliyi və kollektivi adından Xələfov üçün təbrik nitqi söyləmişdir.
Sonda söz yubilyara verilmişdir. O bu qədər insanın bu gün beynəlxalq elmi konfransa yığılması üçün təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, insanı mənsub olduğu xalq, millət qiymətləndirəndə məşhur olur və bu gün o belə insanlardan biridir. İnsanın xoşbəxtliyi onun uzun ömür yaşamasındadır, yaşlı adama verilən qiymət onun ömrünün üzadılmasına səbəb olur. O, bu tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına, Mədəniyyət və Turizm Nazirliyinə, Milli Kitabxanaya dərin minnətdarlığını bildirmişdir. Türk xalqlarının nümayəndələrinə - Türkiyə, Tatarıstan, Qazaxıstan, Başqırdıstandan gəlmiş qonaqlara minnətdarlığını bildırmışdir.
Tədbir iştirakçıları Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Abuzər Xələfov” adlı elektron məlumat bazası ilə tanış olmuşlar.
|

|
|
2011-ci il TÜRKSOY
təşkilatı
tərəfindən Tatarıstanın
görkəmli şairi
Abdulla Tuqay ili
elan olunmuşdur.
Bu məqsədlə Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi, TÜRKSOY
təşkilatı və Azərbaycan
Milli Kitabxanası birgə 13
dekabr 2011-ci il tarixində
Abdulla Tuqayın 125 illiyinə
həsr olunmuş beynəlxalq elmi
konfrans keçirmişdir.
Konfranda Tatarıstan
Respublikasının Mədəniyyət
Nazirinin birinci müavini
İradə Ayupova, Tatarıstan
Respublikasının TÜRKSOY-dakı
təmsilçisi Liliya Səttarova,
Tatarıstanın Əməkdar Elm
Xadimi, professor Rezeda
Qəniyeva, Tatarıstan
Yazıçılar Birliyinin üzvü,
şair |
|
Rəhim Gəray, Türkiyə Milli
Kitabxanasının şöbə
müdirləri Nərmin Avşar,
Demet Aktaş, Başqırdıstan
Milli Kitabxanasının
direktor müavini Razil
Bikbulatov, Qazaxıstan Milli
Akademiya kitabxanasının
şöbə müdiri Nurqayşa Asubek
və Azərbaycan
Respublikasının TÜRKSOY-dakı
təmsilçisi Elçin Qafarlı
iştirak edirdi.
Əvvəlcə qonaqlar Fəxri Xiyabanda
ulu ondər Heydər Əliyevin
məzarını, daha sonra
Şəhidlər Xiyabanını ziyarət
etmişlər.
Səhər saat 10:00-da beynəlxalq
konfrans işənə başlamışdır.
Konfransı Azərbaycan Milli
Kitabxanasının direktoru
Kərim Tahirov açaraq
iştirakçıları salamlamışdır.
TÜRKSOY təşkilatının hələ
bir neçə il əvvəl belə gözəl
ənənəyə başlamasını, hər ili
bir türk şairi ili elan
etməsini alqışlamış,
Azərbaycan Milli
Kitabxanasında artıq
Ə.Z.Validi, Məxdimqulu
Fəraqiyə həsr olunmuş
beynəlxalq konfransların
keçirildiyini bildirmişdir.
Kərim Tahirov 2012-ci ilin
TÜRKSOY tərəfindən
M.F.Axundzadə ili elan
olunmasını tədbir
iştirakçılarının diqqətinə
çatdırmışdır. Belə
tədbirlərdə Mədəniyyət və
Turizm Nazirliyinin maliyyə
dəstəyi ilə çapdan çıxmış
kitabların da təqdimat
mərasiminin keçirildiyini
qeyd etmişdir. Təsadüfü
deyil ki, bu gün belə
kitablardan biri Ramiz
Əskərin tərcümə etdiyi
“Abdulla Tuqay. Seçilmiş
əsərləri” kitabının da
təqdimat mərasimi keçirilir.
Sonra o sözü Mədəniyyət və Turizm
nazirinin birinci müavini
Vaqif Əliyevə vermişdir. O,
öz çıxışında TÜRKSOY
təşkilatı vasitəsilə
türkdilli xalqların
bir-birinin mədəniyyətini,
incəsənətini daha yaxından
öyrəndiyini qeyd etmişdir.
Tuqay yaradıcılığından
danışan nazir müavini onun
uşaqlıqdan yetim qalmasına,
çox qısa ömür sürməsinə
baxmayaraq, yaradıcılığının
onu türk dünyasına
tanıtmasından danışmışdır.
TÜRKSOY kitabxanası
çərçıvəsində nəfis şəkildə
çapdan çıxmış “Abdulla Tuqay.
Seçilmiş əsərləri” kitabının
tərcüməçısı Ramiz Əskərə
belə mükəmməl tərcüməyə görə
təşəkkürünü bildirmişdir.
Çıxışının sonunda o,
konfransın işinə uğurlar
arzulamışdır.
Tatarıstan Respublikası
tərəfindən dörd nəfərdən
ibarət nümayəndə heyətinin
iştirak etdiyini bildirən
Kərim Tahirov sözü
Tatarıstan Respublikasının
Mədəniyyət Nazirinin birinci
müavini İradə Ayupovaya
vermişdir. O, əvvəlcə Tuqay
ili elan olunmasını
dəstəkləyən TÜRKSOY
təşkilatına, Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinə və
Milli Kitabxanaya öz
təşəkkürünü bildirmişdir. O
tərcüməçi Ramiz Əskəri
Tatarıstan Respublikasının
"Mədəniyyət sahəsindəki
xidmətlərinə görə" medalı
ilə təltif etmişdir.
Tatarıstan Respublikasının
TÜRKSOY-dakı təmsilcisi
Liliya Səttarova silsilə
tədbirlərin Azərbaycanda
beynəlxalq səviyyədə
keçirilməsinə görə
Mədəniyyət və Turizm
Nazirliyinə və Azərbaycan
Milli Kitabxanasına öz
təşəkkürünü bildirmişdir.
Sonra Abdulla Tuqay haqqında
məruzə üçün söz alim,
professor, f.e.d., BDU-nun
Türk xalqları kafedrasının
müdiri Pənah Xəlilova
verilmişdir. Pənah Xəlilov
onun şəxsi kitabxanasında
Tuqayın 15 kitabı olduğunu,
lakin hamısının rus dilində
olduğunu qeyd edərək belə
gözəl kitab üçün Ramiz
Əskərə minnətdarlığını
bildirmişdir. Pənah Xəlilov
Abdulla Tuqayın həyat və
yaradıcılığı barədə konfrans
iştirakçılarına geniş
məlumat verərək, onun azacıq
ömründə zəngin irs qoyub
getdiyini qeyd etmişdir.
Sonra söz Azərbaycan Milli
Akademik Dram Teatrının
aktyorları Əli Nur və
Solmaz Amanovaya
verilmişdir. Onlar Tuqay
yaradıcılığından şeirlər
oxumuşlar.
Tatarıstanın Əməkdar Elm Xadimi,
professor Rezeda Qəniyeva
ömrünün 50 ilini Tatarıstan
universitetində Azərbaycan
ədəbiyyatının tədrisinə həsr
etdiyini, Azərbaycan
ədəbiyyatı qarşısında,
xüsusilə Nizami Gəncəvinin
qarşısında baş əydiyini
söyləmişdir. O, Ramiz Əskərə
Nəriman Nərimanovun arzusunu
yerinə yetirdiyinə görə
təşəkkürünü bildirmişdir. O,
çıxıçında Tuqay
yaradıcılığını Azərbaycan
şairlərinin yaradıcılığı ilə
əlaqələndirmiş, Tuqay
yaradıcılığını təhlil
etmişdir.
Tatarıstan Respublikasının
A.Tuqay mükafatı laureatı,
şair Rəhim Gəray Ramiz
Əskərin bu kitabının Kazanda
təqdimetmə mərasiminin
keçirilməsini arzulamışdır.
Tuqay yaradıcılığından
danışan şair onu
Azərbaycanın Nizamisi,
Rusiyanın Puşkini,
Özbəkistanın Nəvaisi
adlandırmışdır.
Türkiyə Milli Kitabxanasının şöbə
müdiri Nərmin Avşar
çıxışında Tuqayın həm də bir
könül şairi olduğunu qeyd
etmiş, Tuqay
yaradıcılığından misralar
səsləndirmişdir.
Başqırdıstan Milli Kitabxanasının
direktor müavini Razil
Bikbulatov Abdulla Tuqayın
Başqırdıstan Milli
Kitabxanasında qorunan
irsindən, Qazaxıstan Milli
Akademiya kitabxanasının
şöbə müdiri Nurqayşa Asubek
Tuqayın həm də qazax
xalqının şairi olduğundan
danışmışlar.
Azərbaycan Respublikasının
TÜRKSOY-dakı təmsilçisi
Elçin Qafarlı TÜRKSOY
kitabxanası çərçivəsində
çapdan çıxan Ramiz Əskərin
bu kitabının iki il ərzində
19-cu kitab olduğunu qeyd
etmiş, belə məhsuldar əməyə
görə tərcüməçiyə
minnətdarlığını
bildirmişdir.
Türkiyə Respublikasının
Azərbaycandakı Səfirliyinin
İnkişaf müşaviri Ferruh
Tığılı
söz alaraq bizi
bir araya gətirən
köklərimizin olduğunu,
tarixin içindən süzülüb
gələn ortaq mədəniyyətimizin
bura yığışmağımıza səbəb
olduğunu qeyd etmişdir. O,
belə nəşrlərin çapına görə
TÜRKSOY təşkilatına, növbəti
kitabına görə Ramiz Əskərə
minnətdarlığını
bildirmişdir.
Sonda söz “Abdulla Tuqay.
Seçilmiş əsərləri” kitabının
müəllifi Ramiz Əskərə
verilmişdir. O, türk
xalqlarının ərazisinin 17
mln kv m, türk dünyası
əhalisinin 300 mln yaxın
olduğunu, 26 türk
ləhcəsinin olduğunu, lakin
talenin, qismətin, bəxtin,
həyatın bu türk xalqlarını
parçaladığını, ayırdığını
qeyd etmişdir. Lakin indi
tarixin qismət etdiyi
şansdan faydalanmalı, türk
dünyasının birləşməli
olduğunu qeyd
etmişdir.Türklərin
birləşməsinə imkanın yalnız
20 il öncə yarandığını,
zamanla ortaq əlifbanın
qəbul ediləcəyini
söyləmişdir. Tuqaydan
danışan müəllif onun 27
illik ömrünün yalnız 7-8
ilini yaradıcılığa həsr
edildiyini söyləmişdir.
Konfransın sonunda “Abdulla Tuqay.
Seçilmiş əsərləri” kitabının
kazan şəhərində təqdimetmə
mərasiminin keçirilməsi
qərara alınmışdır.
Konfrans öz işinə yekun
vurmuşdur. |

|
|
12
dekabr 2011-ci il tarixində ulu
öndər, ümummilli lider
Heydər Əliyevin xatirəsinə
həsr olunmuş “Heydər
Əliyev. Yaddaşlarda yaşayan
lider” adlı sərginin
açılış mərasimi olmuşdur.
Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov
açaraq Heydər Əliyevin
Azərbaycan xalqı qarşısında
əvəzsiz xidmətlərindən, onun
Azərbaycanı dünyaya
tanıtmasından, Milli
Kitabxanaya gəlişlərindən
danışmışdır.
|
|
Tədbir
iştirakçıları sonda “Heydər
Əliyev Milli Kitabxanamızda”
adlı stend və liderin bütün
həyat və fəaliyyətini özündə
əks etdirən Azərbaycan, rus,
ingilis, türk və fars
dillərində olan 250-yə yaxın
kitabı əhatə edən geniş
sərgi ilə tanış olmuşlar.
|

|
Milli Kitabxananın direktor
müavini Gülbəniz
Səfərəliyeva
23-25
noyabr 2011-ci il
tarixində Başqırdıstanın
paytaxtı Ufa şəhərində
keçirilən Əhməd Zəki Validi
adına Başqırdıstan Milli
Kitabxanasının yaranmasının
175 illik yubiley tədbirində
və tədbir çərçivəsində
keçirilən “Milli
Kitabxanaların
mədəni-sosioloji məkanda
yeri və rolu” adlı
regionlararası elmi-praktik
konfransda iştirak etmişdir.
“Milli Kitabxanaların
mədəni-sosioloji məkanda
yeri və rolu” adlı
regionlararası elmi-praktik
konfrans 3 sektorda işə
başlamışdır.
Azərbaycan Milli
Kitabxanasını təmsil edən
G.Səfərəliyeva “Milli
Kitabxanaların etno-mədəni
müxtəlifliklərin inkişafında
və qorunub saxlanmasında
rolu və mədəni dialoq”
sektorunun işində iştirak
etmişdir. |

|
Milli Kitabxananın direktor
müavini Mələk xanım Hacıyeva
15-17 noyabr 2011-ci il
tarixində Almatı şəhərində
Qazaxıstan Respublikasının
müstəqilliyinin 20 illik və
Qazaxıstan Milli
Kitabxanasının 80 illik
yubiley tədbirlərində
iştirak etmişdir.
Tədbirlər çərçivəsində
Qazaxıstan Milli
Kitabxanası tərəfindən
təşkil olunan “Avrasiya
kitabxanaları yeni formatda”
adlı beynəlxalq konfrans
keçirilmişdir. Konfransın
əsas məqsədi MDB ölkələri
kitabxanalarının E-resurslar
və E-kitabxanalar sahəsində
əməkdaşlıgının yeni
strategiyasının işlənib
hazırlanmasından, bu sahədə
olan qabaqcıl təcrübənin geniş
yayılmasından ibarət idi.
Konfrans “MDB ölkələrinin
humanitar əməkdaşlıq uzrə
ölkələrarası fondu”nun (MFSQ)
dəstəyi ilə kecirilmişdir.
Konfransda MDB ölkələrinin
Mədəniyyət Nazirliyinin
nümayəndələri, milli və
dövlət kitabxanalarının
rəhbərləri, Qazaxıstan
Respublikasının respublika
və vilayət kitabxanalarının,
eyni zamanda elm, təhsil və
mədəniyyət idarələrinin
nümayəndələri iştirak edirdi. |

|
M.F.Axundov
adına Azərbaycan Milli
Kitabxanasında
13
noyabr 2011-ci
il tarixində Azərbaycanda
Mərakeş Krallığının
Mədəniyyət Günləri
çərçivəsində Mərakeş
Krallığının Mədəniyyət
naziri cənab Binsalim
Himmişin “Mədəniyyət və
bəşəri inkişafa ümidlər”
mövzusunda mühazirəsi
keçirilmişdir.
Milli Kitabxananın direktoru
Kərim Tahirov qonaqları
salamlayaraq tədbiri açıq
elan etmiş və sözü cənab
Binsalim Himmişə vermişdir.
Cənab Himmiş “Mədəniyyət
və bəşəri inkişafa ümidlər”
adlı mühazirəsi ilə çıxış
etmiş və ardından verilən
sualları cavablandırmışdır.
Tədbirdə Mərakeşin
Azərbaycandakı səfiri,
Azərbaycanın Mərakeşdəki
səfiri və digər qonaqlar
iştirak edirdilər.
Tədbirin sonunda
iştirakçılar Mərakeş və
digər ərəb ölkələrinin
mədəniyyət, tarix, incəsənət
və s. əhatə edən sərgi ilə
tanış olmuşlar. |

|
4 noyabr 2011-ci il
tarixində
Azərbaycan Milli
Kitabxanasında OCLC
(Onlayn Kompyuter
Kitabxana Mərkəzi)
qeyri-kommersiya
təşkilatının MDB
ölkələri üzrə
koordinatoru Reyn
van Haldrop və satış
üzrə baş mütəxəssis
Vivien Kuk
tərəfindən
respublikanın
aparıcı
kitabxanaların
mütəxəssisləri üçün
“OCLC: üzvülük və
servislər yeni erada”
adlı beynəlxalq
seminar
keçirilmişdir.
Tədbiri Milli Kitabxananın
direktoru, fəlsəfə doktoru
Kərim Tahirov açaraq
qonaqları salamlamış və
sözü Azərbaycan Respublikası
Mədəniyyət və Turizm
Nazirliyi Aparatının rəhbəri
Firudin Qurbanova vermişdir.
Firudin müəllim öz çıxışında
OCLC-in məqsəd və
vəzifələrindən söhbət açaraq
avtomatlaşdırılmış kitabxana
şəbəkəsinin yaradılması,
saxlanılması, və idarə
olunması, bu təşkilatın
kitabxanalara, kitabxana
işinin və kitabxana
xidmətinin inkişafına yardım
etməsi kimi məsələlərin həll
olunmasında böyük rolu
olduğunu qeyd etmişdir.
Dr.
Reyn van Çarldrop “OCLC-yə
giriş və OCLC-də təşəbbüslər
və inkişaf”, xanım Viven Kuk
isə “World Cat: inteqral
məhsul və xidmətlər toplusu”
mövzunda məruzə edərək
hazırladıqları təqdimatı
nümayiş etdirmişlər.
Günortadan sonra mövzu
ətrafında çıxış və
diskussiyalar aparılmışdır.
Proqrama uyğun olaraq
seminarın ikinci günü
qonaqların Azərbaycan Milli
Kitabxanası, AMEA
Kitabxanası, Prezident
Kitabxanası və Azərbaycan
Diplomatik Akademiya
Kitabxanasında görüşləri
keçiriləcəkdir.
|

|
|
Bakıda keçirilən
Beynəlxalq Humanitar Forum
çərçivəsində
10 oktyabr
2011-ci il tarixində Milli
Kitabxanada
“XXI
əsrin humanitar çağırışları”
adlı kitabın təqdimat
mərasimi keçirilib.
Təqdimat mərasimində
Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev və Rusiya
Prezidenti
Administrasiyasının rəhbəri
Sergey Narışkin iştirak edib.
Tədbiri Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Naziri Əbülfəs
Qarayev açaraq qonaqları
salamlamış,Beynəlxalq Humanitar Forum ərəfəsində
işıq üzü görmüş
kitab
|
|
haqqında qonaqlara məlumat
vemişdir.
Akademik Ramiz
Mehdiyev və Sergey Narışkin
çıxış edərək Azərbaycan, rus
və ingilis dillərində nəşr
olunmuş kitabın əhəmiyyəti,
eləcə də ölkələrimiz
arasındakı dostluq
münasibətləri haqqında
danışmışlar. Kitabda
Azərbaycan Prezidenti İlham
Əliyevin və Rusiya
Prezidenti Dmitri Medvedevin
humanitar məsələlərlə bağlı
nitqləri, çıxışları,
məqalələri, müsahibələri
əksini tapmışdır.
Sonda
Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Naziri
Əbülfəs Qarayev bu kitabın
hazırlanmasında və nəşrində
iştirak edənlərin hamısına –
Rusiyanın İTAR-TASS
informasiya agentliyinin,
Azərbaycan Dövlət Teleqraf
Agentliyinin və “Terra”
nəşriyyatının kollektivinə
və rəhbərliyinə bir daha
təşəkkür etmişdir. |

7 oktyabr 2011-ci il tarixində Milli Êitabõanada Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası birgə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş kitab sərgisi və “Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20 illiyi” adlı elektron biblioqrafik göstəricinin təqdimat mərasimi keçirilmişdir. Tədbiri M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bu böyük bayram münasibətilə Azərbaycan xalqını, bütün Azərbaycansevərləri təbrik etmiş və son 20 ildə Azərbaycanın qazandığı uğurlardan danışmışdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixi nailiyyəti kimi qiymətləndirmiş, bu işdə ümummilli liderimiz Heydər Əliyev cənablarının uzaqgörən siyasətindən danışmışdır. Bu gün onun davamçısı prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti alqışlamış, Azərbaycanı dünya arenasında inkişaf etmiş ölkələrdən birinə çevirdiyindən danışmışdır. Milli Məclisin deputatları Aydın Mirzəzadə və Tahir Rzayev, Azər Badamov da hamını təbrik etmiş, Azərbaycanın müstəqillik tarixində ümummilli liderin əvəzsiz xidmətlərindən, müstəqilliyin hər bir xalqın neməti olduğundan, bu neməti qazanmağın olduqca çətin proses olduğundan, müstəqilliyi qoruyub gələcək nəsillərə çatdırmağa borclu olduğumuzdan danışmışlar. Çıxışçılar müstəqilliyin mədəniyyətin, təhsilin, səhiyyənin, kənd təsərrüfatının və s. inkişafına təsirindən söz açmışlar.
Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20 illiyi” adlı elektron biblioqrafik göstəricinin təqdimat mərasimi keçirilmişdir. Sonda tədbir iştirakçıları Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş geniş kitab sərgisi ilə tanış olmuşlar.

|
|
4 oktyabr 2011-ci il tarixində
Milli Êitabõanada Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə birgə İran İslam Respublikasının Mədəniyyət günləri çərçivəsində “Nizami hikməti, Şəhriyar sözü” adlı dəyirmi masa keçirmişdir. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq iki böyük mütəfəkkir şairin işığına toplaşanları salamlamışdır. Sonra tədbir iştirakçıları Nizami Gəncəviyə həsr olunmuş 12 dəqiqəlik filmə tamaşa etmişlər. Çıxış üçün söz Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənliyə verilmişdir. O, İran İslam
Respublikasının
Mədəniyyət |
|
günlərini ürəkdən təbrik etmiş, bu iki xalqın qardaşlıq tarixi,
oxşar mədəniyyətlərinin olmasında islam dininin köklərinin olduğunu vurğulamışdır.
O Nizaminin tək şair olduğunu deyil, həm də alim, müəllim, böyük filosof olduğunu qeyd etmişdir. Vaqif müəllim hər bir Azərbaycanlının Nizami əsərlərinin işığında böyüb tərbiyə aldığından, hamımızın şəxsiyyət kimi formalaşmasında Nizami Gəncəvi yaradıcılığının böyük rolu olduğundan, Nizami əsərlərinin xalçaçılıq, rəssamlıq sənətinə, muğamlarımıza və s. təsir göstərdiyindən danışmışdır. İran Mədəniyyət Mərkəzinin müdiri Ağayi Nuri tədbirə gələnləri salamlamış, bu dəyirmi masanın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir. Dəyirmi masanın Mədəniyyət günləri çərçivəsində keçirilməsini qeyd etmiş, mədəniyyət günlərinin iki xalq arasında münasibətlərin möhkəmləndirilməsini, belə konfransların vaxtaşırı keçirilməsini arzulamışdır. Hörmətli akademikimiz, Vasim Məmmədəliyev Nizamisevər, Şəhriyarsevərləri salamlamışdır. O Azərbaycan və fars xalqlarının tarixən eyni adət-ənənələrini, musiqini, şeir, poeziya, geyim, mətbəx mədəniyyətini paylaşdığını söyləmişdir. Nə qədər ki, şeir, sənət var, Nizami var deyən Vasim müəllim Nizami Gəncəvini şeir sənətinin Allahı adlandırmışdır. Nizami yaradıcılığında elmlə şeirin bir-birini tamamladığını, onun yaradıcılığının əlçatmaz yüksək zirvə olduğunu qeyd etmişdir. Nizami Gəncəvi yaradıcılığında nəinki anatomiya, fizika, riyaziyyat elminin, hətta musiqinin də öz əksini tapdığını, Nizami əsərlərində Azərbaycan muğamlarının, qədim musiqi alətlərimizin də öz əksini tapdığını görürük. Farsların özünün çox böyük şairləri olduğu halda, Şəhriyarı XX ərsin Hafizi adlandırırlar- deyən Vasim müəllim Şəhriyar taradıcılığında ictimai məzmun, motivliyin, vətən birliyi arzusunun olduğunu demişdir. Şəhriyarın Azərbaycan dilində, adı danışıq, xalq dilində, hətta şivələrlə çox böyük epopeya yazmağın mümkünlüyünü sübut etdiyini qeyd etmişdir. Nizaminin də ana dilində yazdığını, lakin bizə gəlib çatmadığını təəssüflə qeyd etmişdir. O çıxışının sonunda hər iki Azərbaycan oğluna ədəbi məktəb yaratmaq qismət olduğunu qeyd etmişdir. Şair Əsgər Şahi Şəhriyar əsərlərindəki qeyrəti, mədəniyyəti, hörməti təqib etməyə və tamamlamağa dəvət etmişdir. Nizamişümas alim Teymur Kərimli Nizaminin bir xalqın deyil, bütün dünyanın şairi olduğunu qeyd etmişdir. O Nizami bulağının Azərbaycandan başladığını söyləmişdir. Şəhriyarşünas alim Esmira Fuad Şəhriyarın hələ 7 yaşında Qurani-Kərimi oxuduğundan, onun Nizamidən, Fizulidən, Sədidən, Nəsimidən bəhrələndiyini söyləmişdir. Professor Şahin Fazil Şəhriyar şeirlərinə həsr etdiyi nəzirələrini oxumuşdur. “Ədəbiyyat” qəzetinin şöbə müdiri Adil Cəmil Nizaminin dünya şairi olduğunu, belə dahilərin işığından hər kəsin bəhrələndiyini qeyd etmişdir. Sonda şair Ağacəgər Həsənli Şəhriyarın “Heydərbabaya salam” şeirini söyləmişdir. |

29 sentyabr 2011-ci
il tarixində Milli Kitabxanada
Azərbaycan Respublikasının
Dövlət Müstəqilliyinin
bərpasının 20 illiyinə həsr
olunmuş II Bakı
Beynəlxalq Kitab
Sərgi-yarmarkası
tədbirləri çərçivəsində “Azərbaycan
Respublikasının müstəqilliyi və
kitab nəşrinin perspektivləri”
adlı elmi-təcrübi konfrans
keçirilmişdir. Tədbiri millət vəkili, akademik
Nizami Cəfərov açaraq əvvəlcə
sərgi-yarmakada iştirak edən
xarici ölkə kitabxanalarının
nümayəndələrini salamlamışdır.
Sonra o, “Azərbaycan
Respublikasının müstəqilliyi və
kitab nəşrinin perspektivləri”
adlı elmi-təcrübi konfransı açıq
elan etmişdir. Çıxış üçün söz
Mədəniyyət və Turizm Nazirinini
birinci müavini Vaqif Əliyevə
verilmişdir. Nazir müavini
çıxışına qonaqları salamlamaqla
başlamışdır. O, Azərbaycan
klassiklərinin əlyazmalarının
xariçi ölkələrdə qorunub
saxlanmasından, Azərbaycanda
ümumilikdə kitab nəşri və son 20
ildə kitab nəşrində baş verən
yeniliklərdən, Azərbaycan
dilində latin qrafikasi ilə
kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında sərəncamdan
və respublika kitabxanalarına
pulsuz paylanmasından
danışmışdır. Çıxışçılar Əməkdar
jurnalist Aqil Abbas, kitabşünas
alım, professor Bayram
Allahverdiyev, professor Abuzər
Xələfov kitab çapının müasir
vəziyyəti, tərtibatı, son bir
ildə Azərbaycanda 4 min nüsxə
kitabın çap olunması və s.
məsələlrdən söz açmışlar. Sonda
söz Azərbaycan Milli
Kitabxanasının direktoru Kərim
Tahirova verilmişdir. O,
fürsətdən istifadə edib, II Bakı
Beynəlxalq Kitab
Sərgi-yarmarkasına gəlmiş
həmkarlarına öz təşəkkürünü
etmiş, belə bir imkanı yaratdığı
üçün Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyinə
minnətdarlığını bildirmişdir.
Elmi təcrübi konfransdan sonra
qonaqlar Milli Kitabxananı
gəzmiş, onun şöbələri, elektron
kataloq, elektron kitabxana ilə
yaxından tanış olmuşlar.

|
|
Milli Kitabxananın
Xidmət işləri üzrə
direktor müavini
Gülbəniz
Səfərəliyeva
və Kitabxanaların
metodik təminatı
şöbəsinin müdiri
Adilə
Abdullayeva
sentyabr
ayının 23-dən 25-dək
Türkmənistan
Respublikasında
təşkil olunan
“Kitab
-əməkdaşlıq və
inkişaf yolu”
adlı VI
Beynəlxalq kitab
sərgi-yarmarkada
iştirak
etmişlər. Tədbirdə
həmçinin “Şirvannəşr”
nəşriyyatının müdiri,
yazıçı
Qəşəm
İsabəyli də
iştirak edirdi.
Türkmənistan
Respublikasının
müstəqilliyinin
20-ci il dönümünə
həsr olunmuş sərgiyə
10-dan çox xarici
ölkə dəvət
olunmuşdur.Azərbaycanın
tarixi, milli qəhrəmanları,
beynəlxalq
|
əlaqələri, ədəbiyyatı,
folkloru, mədəniyyəti,
incəsənəti, turizmi və digər
sahələri əhatə edən
250-dən çox
kitab tədbir iştirakçıları və
yerli sakinlər tərəfindən böyük
maraqla qarşılanmışdır. Tədbirdə həm M.F. Axundov adına
Azərbaycan Milli Kitabxanası,
həm də “Şirvannəşr” nəşriyyatı
diplomla təltif edilmişlər.
|
|
20 sentyabr 2011-ci
il tarixində
Milli Êitabõanada
Mədəniyyət
və Turizm Nazirliyi M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası ilə
birgə Azərbaycanın
görkəmli
şəxsiyyətləri
seriyasından çapdan
çıxan
“Müslüm
Maqomayev:Biblioqrafiya”
və
Azərbaycanın səs xəzinəsi seriyasından çapdan çıxmış
“Milli
Kitabxananın Not
Nəşrləri və
Səsyazmaları
şöbəsinin fondunda
saxlanılan qrammofon
vallarından kompakt
disklərə (CD)
köçürülmüş əsərlər”
kitablarının
təqdimat mərasimi
keçirilmişdir. |
Tədbiri M.F.Axundov
adına Milli Kitabxananın
direktoru Kərim Tahirov
açaraq Azərbaycan
musiqisinə ümumdünya
şöhrəti gətirmiş
sənətkarlar arasında
Müslüm Maqomayevin
xüsusi yer
tutduğunu qeyd etmiş,
Azərbaycanın görkəmli
bəstəkarı, ilk
professional opera
dirijoru Maqomayevin
sənətdə daim yeni
axtarışlar sorağında
olduğundan danışmışdır.
Sonra söz
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm
Naziriliyinin Elm və təhsil
şöbəsinin müdiri Yaşar Əliyevə
verilmişdir. Yaşar müəllim bu ikiqat
bayram münasibətilə - Üzeyir Musiqi
günü və belə bir kitabların çap
olunması - kitabxana işçilərini
təbrik etmişdir.
O bu kitabların ərsəyə
gəlməsində əməyi keçən hər kəsə
təşəkkürünü bildirmişdir.
Bəstəkarlar
İttifaqının katibi bəstəkar
Eldar Mansurov da digər çıxışçılara
qoşularaq bu bayram münasibətilə
hamını təbrik etmiş, kitabxana
kollektivinə bu gözəl işə görə
minnətdarlığını bildirmişdir. Musiqi
Mədəniyyəti Muzeyinin direktoru Alla
Bayramova
kitabxana kollektivi
tərəfindən
Ü.Hacıbəyov,
Q.Qarayev, F.Əmirov bə s. bu kimi
biblioqrafiyaların yazıldığını
alqışlamış və bu işin davam etməsini
arzulamışdır. “Müslüm Maqomayev:Biblioqrafiya” kitabına ön söz
yazmış sənətşünas alım,
professor İmruz Əfəndiyeva da
kitabxana kollektivinə təşəkkürünü
bildirmişdir.
“Milli
Kitabxananın Not Nəşrləri və
Səsyazmaları şöbəsinin fondunda
saxlanılan qrammofon vallarından
kompakt disklərə (CD) köçürülmüş
əsərlər I hissə”
adlı kataloqun tərtibçisi Marat
İbrahimov Milli Kitabxananın
fondunda 30 min qrammofon valının
qorunduğunu, bu kitabda yalnız min
valın öz əksini tapdığını qeyd
etmişdir. O 90- ci illərdə
yeni
valların kitabxanaya daxil
olmasında fasilə yarandığını qeyd
etmişdir. Tanınmış bəstəkar Tofiq
Bakıxanovun öz əsərlərini təmənnasız
olaraq Milli Kitabxanaya hədiyyə
etdiyini bildirmişdir. Tədbirdə
bəstəkar Eldar Mansurov da öz
əsərlərini kitabxanaya hədiyyə
edəcəyinə söz vermişdir. Fürsətdən
istifadə edən M.İbrahimov bütün
bəstəkarları bu gözəl təşəbbüsə
qoşulmağa dəvət etmişdir.
Sonda tədbir iştirakçıları Milli
Musiqi günü ilə bağlı Üzeyir bəy
Hacıbəyovun həyat və yaradıcılığına
həsr olunmuş kitab, dövrü mətbuat
materialları, CD disklərdən ibarət
sərgi ilə tanış olmuşlar.

Milli Kitabxananın
Kitabxanaşünaslıq Elmi -Tədqiqat
şöbəsinin müdiri
Sədaqət Əhmədli sentyabr ayının 18-
dən 24- dək Moskva şəhərində MDB
ölkələrinin gənc ixtisasçıları üçün
təşkil olunan ixtisas artırma
tədbirində iştirak etmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd
MDB ölkələrində çalışan gənç
ixtisasçıları Moskva şəhərində
yerləşən kitabxanalarının işi ilə
yaxından tanış etmək idi. İxtisas
artırma Qeyri Kommersiya Əməkdaşlıq
Təşkilatı Avrasiya Kitabxanalar
Assambleyası ilə birgə MDB
Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondu tərəfindən təşkil olunmuşdur.
11 ölkənin (Rusiya, Azərbaycan,
Belarus, Ukrayna, Qazaxıstan,
Qırğızıstan, Moldova, Ermənistan,
Türkmənistan, Tacikistan) iştirak
etdiyi tədbirdə Milli Kitabxanaları
20 kitabxanaçı təmsil edirdi. Beş gün davam edən ixtisasartırma
tədbirində ölkənin 7 qabaqcıl
kitabxanasına - Rusiya Dövlət
Kitabxanasında, Rusiya Dövlət
kütləvi tarixi kitabxanasına,
M.İ.Rudomino adına Ümumrusiya xarici
ədəbiyyat kitabxanasına,
M.V.Lomonosov adına MDU-nun elmi
kitabxanasına, Rusiya Dövlət Gənclər
kitabxanasına, Losevin ev
kitabxanasına və Qoqolun ev
kitabxanasına və altı mədəniyyət
ocagına (muzey, qalereya, qoruq və
s.) turlar təşkil olunmuşdur.

|
|
13 sentyabr
2011-ci il
tarixində Çexiya
Respublikasının Milli Kitabxanasının
baş direktoru cənab Tomaş Born
Azərbaycan Milli Kitabxanasında
rəsmi səfərdə olmuşdur.
Çexiya
Respublikasının Milli
Kitabxanasının baş direktoru
cənab
Tomas Böhm ilə bərabər
Çexiya Milli Muzeyinin baş
direktoru Mixail Lukeş, Azərbaycan
Milli Kitabxanasının
direktoru Kərim Tahirov və
AMEA-nın vitse prezidenti,
Milli Azərbaycan Tarixi
Muzeyinin direktoru Nailə
Vəlixanlı ulu öndər Heydər
Əliyevin məzarına əklil və
Şəhidlər Xiyabanına gül
qoymuşlar.
|
|
Sonra
qonaq Azərbaycan Milli
Kitabxanasında olmuş, kitabxana və
onun kollektivi ilə görüşmüş,
kitabxananın şöbələri, iş mexanizmi
ilə yaxından tanış olmuşdur.
Milli
Kitabxanada Çexiya Respublikasının
Milli Kitabxanasının baş direktoru
cənab Tomas Böhm ilə respublikanın
aparıcı kitabxanalarının
direktorları ilə dəyirmi masa
keçirilmişdir. Görüş zamanı
Mədəniyyət və Turizm Nazirliyinin
Kitabxana işi sektorunun müdiri
Lətifə Məmmədova, Prezident
Kitabxanasının direktoru Mayıl
Əhmədov, Milli Elmlər Akademiyasının
Mərkəzi elmi kitabxanasının
direktoru Aybəniz Əliyeva-Kəngərli,
Respublika Elmi Pedaqoji
kitabxanasının direktoru Tamilla
İsmixanova və b. çıxış etmiş, fikir
mübadiləsi aparmışlar.
Daha sonra
kitabxananın rəhbərliyi ilə
Azərbaycan Milli Kitabxanası ilə
Çexiya Milli Kitabxanası arasında
ikitərəfli qarşılıqlı əməkdaşlıq
haqqında Memorandum layihəsi
ətrafında geniş söhbət aparılmış,
Memorandumun şərtləri, bəndləri və
ayrı-ayrı maddələri müzakirə
olunmuşdur.
|
|
İyul
ayının
7-də
Azərbaycan
Milli
Kitabxanasında
Türkmənistanın
Azərbaycan
Respublikasındakı
Səfirliyi
tərəfindən
Türkmənistanın
mədəniyyət,
incəsənət
və
tarixinə
aid
kitabların
təqdimat
mərasimi
keçirilmişdir.
Qeyd
etmək
lazımdır
ki,
artıq
2010-ci
ilin
dekabr
ayında
“TÜRKSOY
kitabxanası”
seriyasından
çap
olunmuş
“Məxdimqulu
Fəraqi.
Seçilmiş
əsərləri”
kitabının
təqdimat
mərasimi,
daha
sonra
2011-ci
ilin
mart
ayında
məşhur
türkmən
şairi
Nurməhəmməd
Əndəlibin
350
illiyi
münasibətilə
Milli
Kitabxanada
Əndəlibin
yeni
nəşr
edilmiş
əsərlərinin
təqdimat
mərasimi
də
keçirilmişdir.
Bugünki
tədbir
türkmən
xalqı
ilə
Azərbaycan
xalqı
arasında
ikitərəfli
mədəni
münasibətlərin
inkişafı
və
möhkəmləndirilməsi
uğrunda
atılan
bir
addımdır.
Tədbiri
Milli
Kitabxananın
direktoru
Kərim
Tahirov
açaraq
Türkmənistanın
Azərbaycan
Respublikasıdnakı
Fövqəladə
və
Səlahiyyətli
səfiri
Toylı
Komekovu
və
gələn
qonaqları
salamlayaraq
iki
ölkə
arasında
belə
tədbirlərin
keçirilməsinin
əhəmiyyətini
qeyd
etdi
və
bildirdi
ki,
hər
iki
xalqın
mədəniyyətini,
adət
və
ənənəsini,
müasir
dövrdə
inkişafını
belə
gözəl
kitabların
nəşri
daha
tez
nəzərə
çarpdırır
və
indiki
zamanda
Milli
Kitabxanaya
təqdim
edilən
bu
kitablar
Azərbaycan
oxucuları
üçün
Türkmənistanı
tanımaqda
ən
yaxın
vasitəçi
olacaqlar.
Daha
sonra
çıxış
edən
Türkmənistanın
Azərbaycan
Respublikasıdnakı
Fövqəladə
və
Səlahiyyətli
səfiri
Toylı
Komekov
öz
çıxışında
Azərbaycan
Milli
Kitabxanasının
iki
qardaş
ölkələri
arasında
mədəni
əməkdaşlığın
inkişafı
yolunda
gördüyü
işləri
yüksək
qiymətləndirdi,
Türkmənistan
haqqında
biliklərinin
artırılması
və
Türkmənistan
tarixi,
ədəbiyyatı,
mədəniyyəti
və
incəsənəti
ilə
tanış
olmaq
məqsədilə
50-ə
yaxın
gözəl
tərtibatlı
kitabların
şəxsən
özünün
Milli
Kitabxanaya
təqdim
etdiyi
üçün
qürur
duyduğunu
bildirdi.
Tədbirdə
həmçinin
Rusiya
Federasiyasının
Azərbaycandakı
səfiri
cənab
Doroxin,
Tacikistan
Respublikasının
Azərbaycandakı
səfiri,
Qana
Respublikasının
Azərbaycandakı
səfiri
və
Qazaxıstan
Respublikasının
Azərbaycandakı
səfir
müşaviri
iştirak
etmişlər.
Tədbirin
sonunda
iştirakçılar
təqdim
olunan
kitabları
və
Milli
Kitabxananın
fondunda
olan
Türkmənistana
aid
kitabların
sərgisi
ilə
tanış
oldular.
|
|
İyun
ayının 22-də
M.F.Axundov adına Milli
Kitabxanada Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım
Əliyevanın mədəniyyət
sahəsində fəaliyyətini əks
etdirən
“Mədəniyyətimizin
və mədəni incilərimizin
hamisi” kitabının
ingilis və ərəb dillərində
çap olunmuş nəşrlərinin
təqdimat mərasimi
keçirilmışdir.
Tədbiri Milli Kitabxananın direktoru
Kərim Tahirov açaraq tədbirə
gələnləri salamlamış, giriş üçün
sözü Mədəniyyət və Turizm Nazirinin
birinci müavini Vaqif Əliyevə
vermişdir. |
|
Nazir
müavini
Mehriban
xanım
Əliyevanın
mədəniyyət
və
incəsənət
sahəsinə
qayğı
ilə
bağlı
fəaliyyətinin
bu
kitabda
geniş
əks
olunduğunu
söyləyib.
Nazir
müavini
bu
kitabın
ingilis
və ərəb
dilində
çap
olunmasını
Mədəniyyət
və
Turizm
Nazirliyinin
növbəti
layihəsi
olduğunu
bildirib.
Təqdimat
mərasimində
Xalq
yazıçısı
Çingiz
Abdullayev,
millət
vəkili,
AMEA-nın
müxbir
üzvü
Nizami
Cəfərov,
millət
vəkili,
akademik
Ziyad
Səmədzadə,
millət
vəkili
Aydın
Mirzəzadə
və b.
çıxış
edərək
“Mədəniyyətimizin
və
mədəni
incilərimizin
hamisi”
kitabının
ingilis
və ərəb
dillərinə
tərcümə
olunub
çap
olunmasını
Azərbaycan
mədəniyyətinin
dünyada
təbliği
istiqamətində
fəaliyyətini
əks
etdirdiyini,
Mehriban
Əliyevanın
Azərbaycan
mədəniyyətinə
böyük
qayğı
göstərdiyini
qeyd
etmişlər.
Səkkiz
fəsildən
ibarət
olan bu
kitabda
Mehriban
xanım
Əliyevanın
1995-2010-cu
illərdə
mədəniyyətin
inkişafı
naminə
ardıcıl
fəaliyyəti
öz
əksini
tapıb.
Kitabın
ərəb
dilində
olan
variantı
Mədəniyyət
və
Turizm
Nazirliyinin
maliyyə,
Azərbaycanın
Suriyadakı
səfirliyinin
təşkilatı
dəstəyi
ilə
Suriya
Ərəb
Respublikasında
ərəb
dilində
nəşr
edilib.
Kitabın
ərəb
dili
variantında
İslam
Konfransı
Təşkilatına
üzv
dövlətlərlə
mədəniyyət
sahəsində
əməkdaşlıq
sahəsində
Mehriban
xanım
Əliyevanın
yorulmaz
fəaliyyəti,
ərəb
dövlətləri
ilə
ikitərəfli
görüşlərdə
iştirakı
öz
əksini
tapıb.
Bu kitab
Azərbaycan
mədəniyyətinin
bütün
ərəb
dünyasında
təbliği
istiqamətində
böyük
imkanlar
açacaq.
|

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında
Azərbaycan Respublikasının müstəqillik əldə etməsinin 20 illik yubileyi ilə
əlaqədar olaraq silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində
05
iyun 2011-ci il tarixində Milli Kitabxananın direktoru Kərim Tahirov,
direktor müavini Gülbəniz Səfərəliyeva və şöbə müdiri Adilə Abdullayeva N saylı
hərbi hissədə olmuş, əsgərlər üçün
kitab icmalı
keçirmişlər.
Tədbiri giriş sözü ilə N saylı hərbi hissənin
kapitanı
Əmirbəy
Baxşıyev
açmışdır.
O tədbir
iştirakçılarını
salamlamış
və belə
bir
xeyirxah
işə görə
Milli
Kitabxananın
rəhbərliyinə,
kollektivinə
öz
təşəkkürünü
bildirmişdir.
Sonra
çıxış
üçün söz
Milli
Kitabxananın
direktoru
Kərim
Tahirova
verilmişdir.
O, hərbi
xidmətdə
göstərdiyi
şücaətə
görə 15
nəfər
əsgəri
kitabla
mükafatlandırmışdır.
Milli Kitabxananın hərbi hissə üçün ayırdığı
ictimai-siyasi,
tarixi,
hərbi
vətənpərvərlik
mövzusunda,
eləcə də
müasir
yazarların
qələmə
aldığı
bədii
ədəbiyyat
nümunələri
şöbə
müdiri
Adilə
Abdullayeva
tərəfindən
icmal
formasında
əsgərlərə
təqdim
edilmiş,
50 ədəd
kitab
hərbi
hissənin
kitabxanasına
təhvil
verilmişdir.
Tədbirin sonunda
əsgərlər
Milli
Kitabxana
haqqında
Salnamə
kinostudiyası
tərəfindən
lentə
alınmış
kinofilmə
tamaşa
etmişlər.

|
|
May ayının 27-də
Milli Kitabxanada
Mədəniyyət və Turizm
Nazirliyi, Yeni Yazarlar və
Sənətçilər Qurumu və Milli
Kitabxananın birgə təşkil
etdiyi
XI
Bakı
Kitab
Bayramı keçirilmişdir.
Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov açaraq
təbrik nitqi söyləmişdir. Sonra
Yeni Yazarlar və Sənətçilər Qurumunin
sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov),
Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyinin,
Mədəniyyət və Turizm Nazirliyinin,
Azərbaycan Yazıçılar
Birliyinin
və b. qurumlarının
nümayəndələrinin çıxışlar etmişlər.
|
|
İlin Milli Kulturoloji Mükafati
Sənət Müsabiqəsində nominatlara
müxtəlif
nominasiyalar
(ilin bədii, nəsr, poeziya,
publisistika, elm, tərcümə, roman
kitabı, qadın yazarı, gənc şairi,
nasiri, mütərcimi, eləcə də dərgisi,
qəzeti, TV-si, saytı, ədəbiyyat
xeyriyyəçisi və s.)
üzrə
İllik Milli Kulturoloji Mükafatlar
təqdim olunmuş, sərgi təşkil
olunmuşdur.
2010-cu ilin
ayrı-ayrı nominasiyaları
arasında dəyərli mədəniyyət,
ədəbiyyat, kitab-nəşr məhsulları
sahiblərinin - Milli Kulturoloji
Mükafat qaliblərinin adı açıqlanmış,
fərqlənənlərə XI Bakı Kitab
Bayramının qiymətli planşteti və
hədiyyələri verilmişdir.
M.F.Axundov adına Milli Kitabxana
"2010-cu ilin Kitabxanası"
nominasiyasına layiq görülmüşdür.
|

Azərbaycan Milli
Kitabxanasının direktoru
Kərim Tahirov 1-6
may
tarixində
İsveçrədə
rəsmi
səfərdə
olmuşdur. Səfər
çərçivəsində
4 may
2011-ci il
tarixində
M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanası
ilə İsveçrə Milli
Kitabxanası arasında
qarşılıqlı əməkdaşlıq
haqqında Memorandum
imzalanmışdır. Memorandumu
Azərbaycan Respublikası
tərəfindən Azərbaycan Milli
Kitabxanasının direktoru
Kərim Tahirov İsveçrə
Konfederasiyası tərəfindən
İsveçrə Milli Kitabxanasının
direktoru xanım Mari-Kristin
Doffi imzalamışdır.
Memorandumda yaxın 5 il ərzində
Azərbaycan Milli Kitabxanası ilə
İsveçrə Milli Kitabxanası arasında
qarşılıqlı əməkdaşlıq perspektivləri,
beynəlxalq kitab mübadiləsi,
sistemli olaraq yeni ədəbiyyat
mübadiləsi, təcrübə, biblioqrafik
yazıların mübadiləsi, beynəlxalq
sərgi, konfrans və
seminarların keçirilməsi və s.
məsələlər öz əksini tapmışdır.
Memorandumun imzalanma mərasimində
Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsi
Prezident Kitabxanasının direktoru
Mayıl Əhmədov, Prezident
Kitabxanasının bölmə müdiri Kəmalə
Sarıcalinskaya, Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin Kitabxana işi
sektorunun işçisi Əfsun Əhmədov
iştirak etmişlər.
Mərasim zamanı Azərbaycan Milli
Kitabxanasını direktoru Kərim
Tahirov İsveçrə Milli Kitabxanasının
direktoru xanım Mari-Kristin Doffini
cari ilin sentyabr ayınını 25-30
tarixlərində Bakı şəhərində
keçiriləcək II Beynəlxalq kitab
sərgi-yarmarkasına dəvət etmişdir.

|
|
Mart
ayının 29-da
M.F.Axundov
adına Milli Kitabxanada müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi
Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 80 illik yubileyi ilə
əlaqədar şairin yeni çapdan çıxmış “Seçilmiş əsərləri”nin (7 cilddə) və Milli
Kitabxana tərəfindən hazırlanmış “Nəriman Həsənzadə” adlı elektron məlumat
bazasının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov açaraq
tədbirə gələnləri salamlamış,
müasir Azərbaycan poeziyasında
şair Nəriman Həsənzadənin xüsusi
xidmətləri olduğundan
|
|
danışmış,
həm vətənpərvər, həm də sevgi
şairi kimi tanındığını qeyd
etmişdir. Şairinyaradıcılığı
haqqında daha geniş
mütəxəssislərin, qələm
yoldaşlarının danışacağını
bildirmişdir. Sonra o, giriş
üçün
sözü
Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə vermişdir. Nazir
müavini Xalq şairi Nəriman Həsənzadə yaradıcılığından bəhs etmiş, şairə
uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulamışdır.
Şairin həyat və yaradıcılığı barədə
daha geniş şəkildə AMEA-nın müxbir
üzvü, Millət vəkili, MM-in
Mədəniyyət Komitəsinin sədri,
professor Nizami Cəfərov danışmışdır.
“Nəriman Həsənzadə haqqında danışmaq
ümumən müasir Azərbaycan poeziyası
haqqında danışmaq deməkdir”.-deyən
Nizami Cəfərov Nəriman Həsənzadənin
müasir Azərbaycan poeziyasında
özünəməxsus yeri olduğunu qeyd
etmişdir.
Akademik Budaq Budaqov, Aşıqlar
Birliyinin sədri, Xalq şairi
Zəlimxan Yaqub, Yazıçılar Birliyinin
nümayəndəsi, şair, professor Ənvər
Əhməd, şair Vaqif Bəhmənli,
tənqidçilər Rüstəm Kamal və
Südabə xanim Nəriman Həsənzadə
yaradıcılığından danışmış, Nəriman
müəllimin öz gözəl, nəcib şeirləri
ilə insanın qəlbinə rahatlıqla yol
tapa bildiyini, şeirlərində həyatın
hər üzünə toxunduğunu qeyd etmişlər.
Nəriman Həsənzadənin həm
vətənpərvər, həm dövrünün
ictimai-siyasi mövzularını qələmə
alan, həm də sevgi mövzusunu
səmimiliklə qələmə alan lirik şair
kimi tanındığından, şairin şeirlərinin
axıcı, səlist, mənalı olduğundan
danışmış, şairlə bağlı xatirələrdən
söhbət açılmışlar.
Sonra Milli Kitabxana əməkdaşlarının
hazırladığı elektron məlumat bazası tədbir iştirakçılarına təqdim olunmuşdur.
Təqdim olunan elektron məlumat bazasında Xalq şairinin həyat və yaradıcılığı
haqqında məlumat, şairin öz əsərləri (kitablar, məqalələr) və haqqında yazılmış
əsərlər (kitablar, məqalələr), görkəmli şəxslərin şair haqqında söylədikləri,
şeirlərinə bəstələnmiş musiqilər, şairin fotoşəkillərindən ibarət fotoqalereya
öz əksini tapmışdır.
Azərbaycanın Xalq artistləri
Laləzər Mustafayeva və İlham
Əsgərovun Nəriman
Həsənzadə yaradıcılığından
söylədikləri şeirlər tədbir
iştirakçıları tərəfindən
maraqla dinlənilərək ürəkdən
alqışlanmışdır.
Sonra söz yubilyara verilmişdir. O,
yaradıcılığına verilən bu yüksək qiymətə görə hər kəsə, elektron məlumat
bazasının hazırlanmasına görə isə Milli Kitabxanaya təşəkkürünü bildirmişdir.
Tədbirin sonunda iştirakçılar
Nəriman Həsənzadə yaradıcılığını
əhatə edən geniş kitab sərgisi ilə
tanış olmuşlar. |
|

|
|
|
9 mart
2011-ci il tarixində
M.F.Aõundîv adına Milli
Êitabõanada Mədəniyyət və
Turizm Nazirliyi,
Türkmənistan Respublikasının
Azərbaycandakı Səfirliyi və
Azərbaycan Milli
Kitabxanasının birgə tədbiri
olan böyük türkmən şairi və
mütəfəkkiri, ümumtürk
ədəbiyyatının görkəmli
nümayəndəsi Nurməhəmməd
Əndəlibin “Şeirlər,
poemalar, dastanlar”
kitabının təqdimetmə
mərasimi keçirilmişdir.
Tədbiri M.F.Axundov adına
Milli Kitabxananın direktoru
Kərim Tahirov açaraq
Nurməhəmməd Əndəlibin
yaradıcılığından söhbət
açmışdır. Sonra giriş üçün
sözü Azərbaycan Respublikası
|
|
|
Mədəniyyət və Turizm
Nazirinin birinci müavini
Vaqif Əliyevə vermişdir. O,
Nurməhəmməd
Əndəlibin türkmən
ədəbiyyatında xüsusi yeri
olduğunu vurğulamış və bu
barədə daha ətraflı
danışmağı mütəxəssislərin
öhdəsinə buraxmışdır.
Türkmənistan Respublikasının
Azərbaycandakı Fövqəladə və
Səlahiyyətli səfiri cənab
Toyly Komekov öz çıxışında
son bir il ərzində
Azərbaycanlı türkoloq Ramiz
Əskər tərəfindən üçüncü
türkmən şairinin əsərlərinin
Azərbaycan dilinə tərcümə
olunub, çap olunduğunu qeyd
etmişdir.
Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar,
Qazaxıstanın, Türkiyənin
Azərbaycandakı səfirləri və
b. öz çıxışlarında
Nurməhəmməd Əndəlib
yaradıcılığından danışmışlar.
Tədbir iştirakçıları
Əndəlibin həyat və
yaradıcılığına həsr olunmuş
kitab və dövrü mətbuat
materiallarını əhatə edən
sərgi ilə tanış olmuşlar.
Tədbirdə Türkiyə, Qazaxıstan,
Özbəkistan, Tacikistan və b.
ölkələrin Azərbaycandakı
səfirləri iştirak edirdilər. |
|

|
|
25 fevral
2011-ci il
tarixində Milli
Kitabxanada
Xocalı
faciəsinin 19-cu
ildönümünə
həsr olunmuş
“Xocalı – şəhid
şəhər” adlı
kitab
sərgisinin
açılışı, Milli
Kitabxananın
əməkdaşları
tərəfindən
hazırlamış
“Xocalı” adlı
elektron məlumat
bazasının,
habelə
“Soyqırım
cinayəti” və
S.Məmmədovun
“Xocalı
soyqırımı”
kitablarının
təqdimat
mərasimi
keçirilmişdir.
Tədbir Milli
Kitabxananın
hazırladığı
“Xocalı” adlı
elektron məulmat
bazasını
təqdimatı ilə
başladı. Bu
məlumat bazasına
“Soyqırım”,
“Xocalı rayonu”,
“Ermənilər
tərəfindən
dağıdılmış |
|
abidələr”,
“Hadisələrin
şahidlərini
söylədikləri”, “Kitablar”,
“Məqalələr”,
“Ermənilərdən
etiraflar”,
“Xocalı
qətliyamı”
bölmələri
yerləşdirilmişdir
ki, artıq neçə
gündür ki, dünya
oxucuları bu
bazadan istifadə
edirlər.
Tədbiri
Milli Kitabxananın direktoru Kərim Tahirov açdı. İştirakçılar Xocalı şəhərində
şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra söz
Mədəniyyət və Turizm Nazirinin I müavini Vaqif Əliyeva verildi. O, öz çıxışında
Xocalı müsibətlərini, o ağrılı günləri bir daha yada saldı və bu genosidin heç
vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd etdi.
Daha
sonra çıxış edən Bakı Slavyan Universitetinin müəllimi, tarix elmləri namizədi
Əsgər Əhməd, Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov,
AMEA-nın Tarix Fəlsəfəsi İnstitutunun tarix elmləri namizədi Habil Həmidov,
milli qəhrəman Ehtiram Əliyev, “Qarabağ” qəzetinin baş redaktoru Çingiz
Tofiqoğlu 1992-ci ilin 25-26 fevral tarixində Ermənistan təcavüzkar ordusu
tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı hərbi təcavüz edilməsi,
yüzlərlə günahsız insanların qətlə yetirilməsindən ürək ağrısı ilə danışaraq
Xocalı faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğuladılar.
Tədbirin
sonunda təqdimatı keçirilən “Xocalı soyqırımı” kitabının müəllifi, Bakı Slavyan
universitetinin böyük elmi işçisi, Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini,
istefada olan polis polkovniki Sadir Məmmədov və “Soyqırım cinayəti” (Beynəlxalq
aktlar, normativ sənədlər, müraciətlər və şərhlər toplusu) kitabının tərtibçisi
Natiq Abdullayev də çıxış edərək belə tədbirlərin keçirilməsinin vacib olduğunu
qeyd etdilər.
Tədbir
iştirakçılarının Milli Kitabxananın hazırladığı 200-dən artıq kitab, jurnal və
qəzet materiallarından ibarət “Xocalı – şəhid şəhər” sərgisi böyük marağa səbəb
oldu |

|
|
|
Milli Kitabxananın direktor müavini
Mələk xanım Hacıyeva, Elektron
resursların yaradılması şöbəsinin
böyük kitabxanaçısı
İlahə Quliyeva
və Avtomatlaşdırma və proqram
təminatı şöbəsinin aparıcı proqramçı
mühəndisi İlqar Cəfərov Azərbaycan Milli Kitabxanası ilə Slovakiya
Milli Kitabxanası arasında bağlanmış
birgə əməkdaşlıq barədə Memorandumun
şərtlərinə uyğun olaraq 07-10 fevral
2011-ci il tarixində
Slovakiya
Respublikasına ezam olunmuş,
Slovakiya kitabxanalarında olmuşlar.
Ezamiyyənin əsas
məqsədi Slovakiya
kitabxanaları
ilə yaxından
tanış olmaq,
onların
|
|
|
|
avtomatlaşdırma,
idarəetmə sistemi
VİRTUA-nın
tətbiqini
öyrənmək və
təcrübə
mübadiləsi
aparmaq idi.
Slovakiya
Milli Kitabxanasında olarkən onların
iş strukturları ilə tanışlıq olmuş,
problemlər birgə müzakirə olunmuş və
onların həlli yolları
aydınıaşdırılmışdır.
Ezamiyyə
müddətində
əməkdaşlarımız
Vranov şəhərində
Hornozemplinska
kitabxanasında,
Presov şəhərində
P.O. Hviezdoslav
adına Regional
Kitabxanada,
Liptovskiy-Mikulas
şəhərində
General Milan
Rastislav
Stefanikin
Silahlı Qüvvələr
Akademiyasının
kitabxanasında,
Ruzemberok
şəhərində
Katolik
Universitetinin
kitabxanasında
olmuş, onların
iş təcrübələri
ilə
maraqlanmışlar.
|
|
|

|

Tarix
elmləri
doktoru,
professor, İradə
xanım
Hüseynovanın
Azərbaycan Milli
Kitabxanasının
fondunda
mühafizə olunan
və elektron
kitabxanasında
mövcud olan
kitabları
çoxminli və
virtual
oxucularımız
tərəfindən
həmişə böyük
maraqla
qarşılanır.
Hüseynova
“Èñòîðè÷åñêàÿ
ýíöèêëîïåäèÿ
Êàâêàçà” adlı
sonuncu
kitabından xeyli
miqdarda
kitabxanamızın
mübadilə fonduna
hədiyyə verdiyi
üçün İradə
xanıma
təşəkkürümüzü
bildiririk.
Həmin kitablar
bizim
tərəfimizdən
dünyanın 64
ölkəsinin Milli
Kitabxanasına
göndərilmişdir.
Milli
Kitabxananın
ünvanına
müxtəlif
ölkələrdən (Çexiya,
Səudiyyə
Ərəbistanı,
Malaziya,
Lüksemburq və b.)
daxil olan
məktublar
bir daha
göstərir ki, bu
kitab Qafqaz
xalqlarının
tarixi,
mədəniyyəti,
ənənələri,
iqtisadi
inkişafı,
məişəti, dünya
baxışları,
mədəni irsi və
folklorunu
öyrənmək üçün
ən gözəl
vasitədir və
əhəmiyyətli rol
oynayacaqdır.
Göstərdiyi
dəstəyə görə
İradə xanım
Hüseynovaya
oxucularımız və
kollektivimiz
adından
təşəkkürümüzü
bildirir, ona
yeni-yeni
yaradıcılıq
uğurları
arzulayırıq. |

|
|
4 fevral
2011-ci
il
tarixində Milli Êitabõanada
Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi, Heydər Əliyev
Fondu və M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanası
birgə Qara Qarayevə həsr olunmuş
tədbir keçirilmişdir. Tədbirdə
Heydər Əliyev Fondu və
Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə çap
olunmuş “Qara Qarayev. Həyat
və yaradıcılığı Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin materiallarında”
kitabının və Milli Kitabxananın
əməkdaşları tərəfindən
hazırlanmış “Qara Qarayevin
əsərləri"; və “Qara Qarayev.
Elektron məlumat bazası";
disklərinin təqdimat mərasimi
keçirilmişdir.
|
|
Tədbiri M.F.Axundov adına Milli
Kitabxananın direktoru Kərim
Tahirov açaraq Azərbaycan
musiqisinə ümumdünya şöhrəti
gətirən sənətkarlar arasında
Qara Qarayevin xüsusi yer
tutduğunu qeyd etmiş, böyük
bəstəkar, pedaqoq və ictimai
xadim Qarayevin sənətdə daim
yeni axtarışlar sorağında
olduğundan danışmışdır. Sonra
giriş üçün sözü Azərbaycan
Respublikası Mədəniyyət və
Turizm Nazirinin müavini Sevda
xanım Məmmədliyevaya vermişdir.
Sevda xanım Qarayev
yaradıcılığından söhbət açaraq
görkəmli bəst əkarın
Azərbaycan klassik musiqisinin
inkişafındaəvəzsiz xidmətlərindən, klassik
və müasir musiqinin sintezini
yaratmasından danışmışdır.
O belə
bir kitabın çap olunmasında Heydər
Əliyev Fonduna dəstəyə görə
təşəkkürünü bidirmişdir. Kitabın
elmi redaktoru Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət Muzeyinin
direktoru, sənətşünaslıq namizədi
Alla Bayramova böyük Azərbaycan
bəstəkarı Qara Əbülfəz oğlu
Qarayevin (1918-1982) həyat və
yaradıcılığına həsr olunmuş bu
kitabın Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət Muzeyində
saxlanılan materiallar əsasında
ərsəyə gəlməsindən, muzeyin
kolleksiyalarında 50 mindən artıq
əşyanın mövcudluğundan,
kolleksiyada Qara Qarayevə və ona
yaxın olanların fotoşəkilləri, not
və mətnlərin əlyazmaları, afişalar,
proqramlar, təsviri sənət nümunələri,
bəstəkarın şəxsi kitabları və
əşyalarından ibarət olmasından
danışmışdır. Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, xalq artisti
Firəngiz Əlizadə, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü,
sənətşünaslıq doktoru, professor,
əməkdar elm xadimi Zemfira
Səfərova, Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, millət vəkili
Rafael Hüseynov və başqaları
çıxış edərək bəstəkarın
yaradıcılığından, onun gözəl müəllim
olmasından, neçə-neçə gözəl
bəstəkarlar yetişdirməsindən
danışmışlar.
Sonra Milli Kitabxananın əməkdaşları
tərəfindən hazırlanmış “Qara
Qarayevin əsərləri"; və “Qara Qarayev.
Elektron məlumat bazası"; adlı
disklər tədbir iştirakçılarına
təqdim olunmuş və əyani şəkildə
nümayiş olunmuşdur. “Qara
Qarayevin əsərləri"; adlı diskdə
bəstəkarın əsərləri, “Qara
Qarayev. Elektron məlumat bazası";
adlı diskdə isə bəstəkarın həyat və
yaradıcılıığı, fəaliyyətinin əsas
tarixləri, görkəmli şəxslərin
Qarayev haqqında dediyi fikirlər,
bəstəkarın musiqi və nəşr əsərləri,
Qara Qarayevə həsr olunmuş musiqi
əsərləri, nəşr əsərləri,
dissertasiyalar və fotoqlereya əks
olunur. Kitab və disklər tədbir
iştirakçılarına paylanmışdır.
Tədbirdə Qara Qarayevin əsərlərindən
nümunələr Azərbaycan Dövlət Simli
Kvarteti, Şekspirin “Hamlet”
tamaşasına yazdığı musiqidən
fraqment - Pantomima, fleyta
improvizasiyası Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının
solisti Elnur Qurbanov tərəfindən
ifa olunmuşdur.Sonda tədbir iştirakçıları Qara
Qarayevin həyat və yaradıcılığına
həsr olunmuş kitab, dövrü mətbuat
materialları, CD disklər,
dissertasiyalardan ibarət sərgi ilə
tanış olmuşlar.
|
|

|
|
28
yanvar
2011-ci il
tarixində Milli Kitabxanada
Mədəniyyət və Turizm
Nazirliyinin 5 illik fəaliyyətı
(2006-2011-ci illər) dövründə
nəşr etdirdiyi çap məhsullarının
sərgisi və 3 dildə nəşr olunan
“Mədəniyyət” kataloqunun 4-cü
sayının və “Bizim nəşrlər”
kataloqunun təqdimat mərasimi
keçirilmişdir.
Sərgidə təqdim olunan kitabların
əksəriyyəti mədəniyyət,
incəsənət, ədəbiyyat,
kulturologiya, mədəni irsin
qorunması və turizm sahələrini
əhatə edir.
Tədbiri Milli Kitabxananın
direktoru K. Tahirov açaraq
tədbir iştirakçılarını
salamlamış və təbdiri aparmaq
üçün sözü Mədəniyyət və Turizm
Nazirliyinin Nəşriyyat, reklamın
təşkili və informasiya
|
|
şöbəsinin işçisi Hüsniyyə
Səmədovaya vermişdir. Hüsniyyə
xanım öz çıxışında Mədəniyyət və
Turizm Nazirliyinin beş il
müddətində çap etdirdiyi kitablardan, həmin kitabların Paris, London, Tehran,
Minsk və b. beynəlxalq sərgi
yarmarkalarda
nümayiş olunmasından
danışmışdır. Tədbir zamanı
iştirakçılar sonuncu Paris sərgi
yarmarkasından görüntülər
izləmişlər. Sonra söz Mədəniyyət və
Turizm Naziri cənab Əbülfəs Qarayevə
verilmişdir. Cənab nazir çıxışında
bu müddət ərzində çap olunmuş
kitabların əhəmiyyətindən,
rəngarəngliyindən, nəfis
tərtibatından, respublikanın
kitabxanalarına və bütün dünyaya
paylanmasından, kitabların bərpa
layihəsindən danışmışdır. Tədbirdə
Mədəniyyət və Turizm Nazirliyinin
Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif
Bəhmənli, sənətşünas Ziyadxan
Əliyev, 525-ci qəzetin baş redaktoru
Rəşad Məcid, Təhsil nəşriyyatının
direktoru Bəhruz Abdullayev,
Qobustan Milli Tarix Bədii Qoruğunun
direktoru Məlahət Fərəcova çıxış
etmişlər. Sonra söz Milli
Kitabxananın direktoru Kərim
Tahirova verilmişdir. O, tədbirə
gələn hər kəsi, xüsusilə
kitabsevərləri bu mədəniyyət
bayramı münasibətilə təbrik etmiş,
tədbir iştirakçılarını sərgiyə
baxmağa dəvət etmişdir.
Sərgi tədbir iştirakşıları
tərəfindən böyük maraqla
qarşılanmışdır.
|
|

|
|
19 yanvar
2011-ci il tarixində saat
12.00-da Milli Kitabxanada 20
yanvar faciəsinin 21-ci
ildönümünə həsr olunmuş kitab
sərgisi və 20 yanvar faciəsi
şahidlərinin iştirakı ilə “20
yanvar: Güllələnmiş qəzet”
kitabının müəllifi Məzahir
Süleymanzadə ilə görüş
keçirildi.
Tədbirdə Milli Məclisin deputatı
T.Rzayev, Azərbaycan
Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin şöbə
müdirləri
F.Babayev,V.Bəhmənoğlu, Əməkdar
mədəniyyət işçisi, “Səhər”
qəzetinin redaktoru Məzahir
Süleymanzadə, 20 Yanvar
Cəmiyyətinin Nəsimi rayon
şöbəsinin sədri, II qrup əlili
Tofiq Allahverdiyev, 20 Yanvar
Cəmiyyətinin üzvləri II qrup
əlil Valeh Hüseynov, 20, II qrup
əlil Gülxaz Rzaxanov, II qrup
əlil Oktay Əhlimanov çıxış
edərək, xalqımınız həyatında
kədərli və şərəfli tarixə
çevrilmiş o günlər haqqında ürək
sözlərini söylədilər. |
|
|
|
|
| | |