"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  H.Ə.Əliyev

Dekabrın 30-da Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibəti ilə 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günüdür adlı kitab sərgisi açılmışdır.

[1] [2] [3] [4]

Dekabr ayının 26-da Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayevin İraq-Türkman nağılları, Elçin haqqında düşüncələrim kitablarının və görkəmli alimə həsr olunmuş Mənalı ömrün dastanı kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış, Qəzənfər Paşayev yaradıcılığından söz açaraq, məhsuldar əməyindən danışmışdır.

Çıxışçılar: Xalq şairi, millət vəliki Sabir Rüstəmxanlı, müxbir üzv, millət vəkili Nizami Cəfərov, Nizami ad. Ədəbiyyat İnstitutunun şöbə müdiri, prof. Şirindil Alışanov, şairə, publisist Flora Xəlilzadə, şair, alim Ayaz Vəfalı, millət vəkili Qənirə Paşayeva, Xalq şairi Zəlimxan Yaqub.

Türkiyədən gəlmiş KİV nümayəndələri Zeynal Abidin Qıymaz, Hamit Özpolat, Fahrettin Çelik, Mustafa Saim Ayhan, Durdu Mehmet Taş, latif Şimşek, Halit Tunc

Sonda Qəzənfər Paşayev söz alaraq bu tədbirin keçirilməsində əməyi olan hər kəsə, onun ünvanına söylənən xoş sözlərə görə iştirakçılara öz təşəkkürünü bildirdi.

Tədbirin sonunda iştirakçılar alimin yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi ilə tanış oldular.

[1] [2] [3] [4] [5

Dekabr ayının 25-də Milli Kitabxanada Azərbaycanın Ukraynadakı Səfirliyinin təşəbbüsü ilə Dmitro Buraqo Nəşriyyat evi tərəfindən Ukrayna dilində çapdan çıxmış Y. Mahmudovun Heydər Əliyev ideyalarının zəfər yürüşü, V. Andriyanov və H. Mirələmovun İlham Əliyev: Azərbaycan Prezidentinin portreti, Ramiz Mehdiyevin Dağlıq Qarabağ: mənbələrdən oxunmuş tarix, A. Denisinko, V. Turkeviç, L. Şpakovskinin İki dövrün lideri. Azərbaycan-Ukrayna münasibətləri Heydər Əliyevin həyat və fəaliyyəti prizmasında, M. Qasımlı, O. Kupçik, Ə. Dəmirov Ukrayna - Azərbaycan siyasi münasibətləri və müasirlik (rus dilində), İ. Həbibbəyli XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatı Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin Yolumuz hayanadır? kitablarının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış, sonra sözü Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevə vermişdir. O öz çıxışında Ukraynada Azərbaycana aid Ukrayna, rus və ingilis dillərində çapdan çıxan kitabların əhəmiyyətindən danışmış, bu xeyirxah əməllərinə görə Azərbaycanın Ukraynadakı Səfirliyinə minnətdarlığını bildirmiş, onlara bu işlərində daha böyük uğurlar arzulamışdır.

Çıxışçılar Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Eynulla Mədətli, Səməd Vurğun adına Kiyev şəhər kütləvi kitabxananın direktoru Qalina Nikolayevna Çebotaryova, Nəşriyyat evinin direktoru Dmitro Buraqo, Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Aleksandr Mişenko kitabların Ukrayna xalqı, tədqiqatçıları, gənc oxucuları üçün əhəmiyyətindən danışdılar.

AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, yazıçı, ssenarist, professor, millət vəkili Hüseynbala Mirələmov, millət vəkili Qənirə Paşayeva, professor, millət vəkili Musa Qasımov, Bakı Slavyan Universiteti professoru Ramiz Novruzov, Əkrəm Qasımov kitabların ərsəyə gəlməsindən danışdılar, kitablara verilən yüksək qiymətə görə çıxışçılara minnətdarləqlarını bildirdilər.

Tədbirdə həmçinin Azərbaycanın Ukraynadakı Səfirliyinin təşəbbüsü ilə Ukrayna, rus və ingilis dilində nəşr olunmuş digər kitablar da oxucuların diqqətinə təqdim olunmuşdur :

Aida İmanquliyeva Seçilmiş məqalələr

Ramiz Mehdiyev Gorus-2010; absurd teatrı mövsümü,

R. İvanov Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər,

Mirzə Fətəli Axundzadə Seçilmiş əsərləri

 R. Novruzov, İ. Qasımov Azərbaycan dili. Ukraynalı tələbələr üçün dərs vəsaiti (rus dilində)

A. Merejko Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq (rus dilində və ingilis dillərində)

İ. Pavlıy. Ukrayna-Azərbaycan, Azərbaycan-Ukrayna lüğəti

O. Kupçik, A. Dəmirov Kiyev şəhərinin Azərbaycanlı tələbləri Ukraynanın ictimai-siyasi həyatında (1900-1917) (rus dilində)

Tədbirin sonunda iştirakçılar təqdimatı keçirilən kitabların sərgisi ilə tanış oldular.

[1] [2] [3] [4] [5

Milli Kitabxanaın direktoru Kərim Tahirov dekabr ayının 11-də V. İ. Vernadski adına Ukrayna Milli Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayevin Ukrayna dilində çapdan çıxmış (Yolumuz hayanadır?) kitabının təqdimat mərasimində iştirak etmişdir.

Tədbirin təşkilatçıları Azərbaycanın Ukraynadakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və Ukrayna Milli Kitabxanasıdır.

Təqdimat mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Kiyevdə akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, Ukrayna Milli Kitabxanasının, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Hava Yolları şirkətinin Ukraynadakı nümayəndəliyinin, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu Ümumukrayna İctimai Təşkilatının, Azərbaycançılıq İnstitutu Beynəlxalq İctimai Təşkilatının, Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin, Ukraynada Azərbaycanlı Gənclər Birliyinin, Ümumukrayna Azərbaycan Gənclər Təşkilatının, digər diaspor təşkilatlarının rəhbər və üzvləri, Ukrayna ədəbi ictimaiyyətinin, Azərbaycan, Ukrayna və Türkiyə KİV-lərinin nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə İzdatelskiy dom Dmitriya Buraqo nəşriyyatında çap olunmuş kitabın tərtibçisi və redaktoru Azərbaycanın Ukraynadakı səfiri, dosent Eynulla Mədətlidir. Əsərləri Ukrayna dilinə İnna Sosnovçik tərcümə etmişdir.

Tədbirdə eyni zamanda ukrayna dilində nəşr edilmiş : V. Andriyanov, H. Mirələmov İlham Əliyev: Azərbaycan Prezidentinin portreti, Aida İmanquliyeva Seçilmiş məqalələr, C. Qasımlı, O. Kupçik, Ə. Dəmirov Ukrayna Azərbaycan siyasi münasibətləri və müasirlik, Ramiz Mehdiyev Gorus-2010; absurd teatrı mövsümü, Ramiz Mehdiyev Dağlıq Qarabağ: məxəzlər üzrə oxunmuş tarix, Y. Mahmudov Heydər Əliyev ideyalarının zəfər yürüşü, R. İvanovKəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər, İ. Həbibbəyli XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatı, Mirzə Fətəli Axundzadə Seçilmiş əsərləri, R. Novruzov, İ. Qasımov Azərbaycan dili. Ukraynalı tələbələr üçün dərs vəsaiti rus dilində Ə. Dəmirov Kiyev şəhərinin azərbaycanlı tələbələri Ukraynanın ictimai-siyasi həyatında (1900-1917), A. Merejko Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq və ingilis dilində kitablar da təqdim olundu.

Tədbirdə Ukrayna Mili Kitabxanasının direktoru Vladimir Popik çıxış edərək qardaş ölkənin nümayəndələrini, qonaqları salamlamış, bu gün təqdim olunan kitabların Azərbaycanı öyrənmək və tanıtmaq məqsədilə böyük rol oynayacağını qeyd etmişdir.

Azərbaycanın Ukraynadakı səfiri cənab Eynulla Mədətli, Yolumuz hayanadır? kitabını ukrayna dilinə tərcümə etmiş İnna Sosnovçik öz çıxışlarında illər keçsə də bu cür kitabların heç vaxt öz əhəmiyyətini itirməyəcəyini bildirdilər.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov ukrayna dilində çıxan kitabların əhəmiyyətindən, Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, Azərbaycan həqiqətlərini özündə əks etdirən, Dağlıq Qarabağ problemlərinə həsr olunmuş kitabların Ukrayna dilinə tərcümə olunmasından məmnunluq duyduğunu bildirdi.

Yüksək səviyyədə keçən tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və Azərbaycan Milli Kitabxanasının direktoru , professor Kərim Tahirov Qiymətlənditmə texnologiyaları və sosiologiya üzrə beynəlxalq akademiya tərəfindən Qızıl uğur Diplomu və Əmək şöhrəti medalı ilə təltif edildilər.

Tədbir Azərbaycan Milli Kitabxanası ilə Ukrayna Milli Kitabxanası arasında kitabxana sahəsində elmi informasiya əməkdaşlığı barəsində Müqavilənin imzalanma mərasimi ilə sona çatmışdır.

Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva 2014-cü il dekabr ayının 9-10 tarixində Sankt-Peterburq şəhərində III Beynəlxalq Sankt-Peterburq mədəniyyət forumu çərçivəsində Rusiya Milli Kitabxanasında keçirilən Milli Kitabxana və onun oxucusu: transformasiya problemləri adlı elmi-təcrübi konfransda iştirak etmişdir.

Konfransda Rusiyanın ayrı-ayrı vilayətlərinin kitabxanaları, Finlandiya, Çin, Latviya, Polşa, Belarus, Özbəkistan və s. ölkələrin Milli Kitabxanaları iştirak etmişdir. 2 gün davam edən konfransın ilk günü müasir oxucu və oxuculara xidmətin təkmilləşdirilməsi yolları, virtual oxuculara xidmətin təşkili, xidmət prosesində virtual oxu zallarının rolu, mütaliə problemi, mütaliə üzrə nəşrlərin bibliometrik təhlili və s. mövzularda çıxışlar olmuşdur. Konfransın ikinci günü Oxucu və Milli Kitabxana məkanı adlı dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada iştirakçılar öz təcrübələrini bölüşmüş, müasir oxucu və onların mütaliə problemi, oxuculara təqdim edilən məlumat bazaları, onlardan istifadə qaydaları və meydana çıxan problemlərdən danışılmış və onların həlli yolları müzakirə edilmişdir. Müzakirələrdə əməkdaşımız fəal iştirak etmiş Azərbaycan Milli Kitabxanasının təcrübəsindən danışmış, oxuculara təqdim edilmiş müasir xidmət növləri barədə məlumat vermişdir.

[1] [2] [3] [4] [5] [6] [7]

Dekabr ayının 9-da Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə qırğız şairi, ozan və bəstəkarı Toktakul Satılqanovun 150 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və Toktakulun TÜRKSOY tərəfindən türk dilinə tərcümə olunmuş Toktokul Satılqanov Seçilmiş əsərləri və Türkiyə Əskişehir valiliyi tərəfindən Toktakulun 6 dildə (Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən) nəşr edilmiş Şeirə, nəğməyə çevrilən ömür kitablarının təqdimat mərasimi keçirildi.

Tədbiri Milli Kitabxanın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamladı, giriş üçün sözü Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə verdi. Nazir öz çıxışında TÜRKSOY tərəfindən belə tədbirlərin keçirilməsini alqışlamış, hər bir türk xalqının tarixində olan ölməz dahilərinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədi ilə keçirilən belə tədbirlərin davamlı olmasını arzuladı.

Sonra Toktakul haqqında 5 dəqiqəlik film nümayiş olundu. Filmin nümayişindən sonra Qırğızıstanın komuz sənətçisi öz çıxışı ilə tədbirə ovqat qatdı.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Şurasının Baş katibinin müavini Adaxan Madumarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin müsteşar yardımcısı Nihat Gül, Qırğızıstan Toktoqul ili Dövlət Təşkilat Komitəsinin sədr müavini Osmanbek Artıkbayev, Türkiyənin Əskişəhir valisi Güngör Asim Tuna çıxışlarında TÜRKSOY təşkilatı tərəfindən keçirilən tədbirlərdən, bu tədbirlərin əhəmiyyətindən danışdılar.

Məruzəçi Ankara Universitetinin professoru Gülzura Cumakunova Toktakulun həyat və yaradıcılığı haqqında geniş danışdı.

Çıxışçılar Azərbaycan Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərov, Abay adına Qazaxıstan Dövlət Pedaqoji Universitetinin professoru Temirhan Tebegenov, Bakı Dövlət Universitetinin Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Ramiz Əsgər, Özbəkistan Elmlər Akademiyasının dosenti Zuhriddin İsomuddinov, Qırğızıstanın TÜRKSOY-dakı nümayəndəsi Kocagəldi Kuluyev Toktakul yaradıcılığından, onun əsərlərindən, bu gün təqdimatı keçirilən əsərlərinin 5 dilə tərcümə olunmasından bəhs etdilər.

Sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Qırğızıstan Toktoqul ili Dövlət Təşkilat Komitəsinin sədr müavini Osmanbek Artıkbayev tərəfindən Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə, Türk Şurasının Baş katibinin müavini Adaxan Madumarova, Azərbaycan Yazıçılar Birliyinin sədri Anara, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin müsteşar yardımcısı Nihat Gülə, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova, Türkiyənin Əskişəhir valisi Güngör Asim Tuna, Azərbaycan Atatürk Mərkəzinin direktoru, Nizami Cəfərova və kitabın tərcüməçilərinə Toktakul medalları təqdim edildi.

Tədbirin sonunda iştirakçılar Toktakul Saltıkanovun Milli Kitabxanaın fondunda mühafizə olunun kitablarından ibarət sərgi ilə tanış oldular.

[1] [2]

Bu ilin noyabr ayının 14-dən dekabr ayının 1-ə kimi Astana şəhərində Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin və Akademik Milli Kitabxananın təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Birinci Prezidenti gününə və Akademik Milli Kitabxananın 10 illiyinə həsr olunmuş Prezident və millətin mənəvi dirçəlişi adlı beynəlxalq forum keçirilmişdir. Forumda dövlət idarələrinin rəhbərləri və rəsmi nümayəndələr, Qazaxıstan Respublikası Parlamentinin deputatları, mədəniyyət, təhsil, elm xadimləri, yazıçılar, naşirlər, jurnalistlər, dini icma nümayəndələri, kitabxana və muzey işçiləri iştirak edirdilər.

Noyabr ayının 14-dən başlayan forum çərçivəsində müxtəlif mövzularda dəyirmi masalar, kitab təqdimatları, poeziya gecələri, dialoq meydançaları, konsert proqramları və digər tədbirlər keçirilmişdir.

Noyabr ayının 30-da Qazaxıstan Respublikası Akademik Milli Kitabxananın 10 illiyinə həsr olunmuş yubiley tədbirinin rəsmi açılışı başlanmışdır. Tədbirə Azərbaycan və Türkiyə Milli Kitabxanası, B. N. Yeltsin adına Prezident Kitabxanası, Avrasiya Kitabxanalar Birliyi () də qatılmışdır. Tədbiri giriş sözü ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri Arıstanbek Muxamediulı açmışdır. Sonra təbrik üçün söz dövlət və içtimai xadim, Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi Oljas Suleymenova, Dövlət Mükafatı Laureatı, Qazaxıstan Respublikası Parlamentinin deputatı yazıçı Aldan Smaila, sonra isə Türkiyədən, Azərbaycandan və Rusiyadan gələn qonaqlara verilmişdir. Azərbaycan Milli Kitabxanasının adından kitabxananın direktor müavini Mələk Xanım Hacıyeva qazax xalqına öz təbriklərini çatdırmışdır.

Çıxışlar bitdikdən sonra müxtəlif müsabiqələrin, o cümlədən, Qazaxıstanın ən yaxşı kitabxanası, İlin ən yaxşı kitabxanaçısı, İlin ən fəal oxucusu, Kitabxana şəbəkəsi üzrə ən yaxşı İT mütəxəssisi, Ən yaxşı naşir, Ən yaxşı kitabxana memarı, və dıgər müsabiqələrin qaliblərinə mükafatlar təqdim olunmuşdur. Tədbir geniş konsert proqramı ilə sona çatmışdır.

 Səhəri günü qədim türk mədəniyyətinə həsr olumuş dəyirmi masa keçirilmişdir. Bununla da forum öz işini bitirmişdir.

Dekabr ayının 1-də İtaliya Sandro Teti Editore nəşriyyat evinin direktoru cənab Sandro Teti Azərbaycan Milli Kitabxanasında olmudur. Görüşdə məqsəd Azərbaycan Milli Kitabxanasını hər il İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab sərgi yarmarkasına dəvət etmək idi.

 Sərgi yarmarka haqqında məlumat verən cənab Teti hər il keçirilən bu beynəlxalq kitab sərgisinin əhəmiyyətindən geniş bəhs etmiş və bu sərgidə Azərbaycan Milli Kitabxanasının iştirak etmək təşəbbüsünün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullaya aid olduğunu qeyd etmişdir. Söhbət zamanı Milli Kitabxananın direktoru K. Tahirov Azərbaycanı tanıtmaq məqsədilə Azərbaycan Milli Kitabxanasının sərgi yarmarkaya dəvət olunmasını yüksək qiymətləndirmiş və imkan daxilində ilk dəfə olduğu üçün xüsusi qonaq qismində iştirak edə bilmələri haqqında düşünəcəklərini qeyd etmişdir.

Cənab Teti rəhbərlik etdiyi nəşriyyat tərəfindən 3 adda italiyan dilində Azərbaycana aid çap edilən kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə etmişdir. Frappi Carlo Azerbaigian crocevia del Caucaso(Azərbaycan Qafqazın yol ayrıcında), Abdulla Kamal Il manoscrıtto incomplete(Tamamlanmamış əlyazma), Talay Mikhail Dal Caucaso aglı Appennını gli azerbaigiani nella resistenza italiana (Qafqazdan Apenninə qədər Azərbaycanlıların İtalyanlara qarşı müqavimət hərəkatı) və daha 2 kitabın çap olunacağını bildirmiş, həmin kitabların da Turin beynəlxalq kitab sərgi yarmarkasında nümayiş olunacağını və kitabların təqdimatının keçiriləcəyini bildirmişdir.

Görüşün sonunda Kərim Tahirov Azərbaycan muğamları (disk), Azərbaycan Milli Kitabxanası. Fotoalbom və Azərbaycan Milli Kİtabxanası haqqında filmi qonağa hədiyyə etmişdir.

[1] [2] [3] [4] [5] [6] [7]

Azərbaycan Respublikasının respublika Dövlət mükafatı laureatı, XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə noyabr ayının 25-də Ankarada Türkiyə Milli Kitabxanasında tədbir keçirilmişdir. TÜRKSOY, Azərbaycan Milli Kitabxanası və Türkiyə Milli Kitabxanasının birgə təşkil etdiyi tədbir əbibin bütün yaradıcılığını özündə əks etdirən kitab və fotosərgi ilə başlamış, konfrans ilə öz işinə yekun vurmuşdur. Tədbiri Türkiyə Milli Kitabxansnın direktoru Zülfi Toman açaraq tədbir iştirakçılarını salamladı. Çıxış edənlər TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyə Cümhuriyyətinin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyə Cümhuriyyətinin Mədəniyyət və turizm nazirinin müavini Abdurəhman Arıcı, Azərbaycanın Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinin Türkiyədə qeyd olunmasını türk dünyasının ədiblərinə verilən yüksək dəyər kimi qiymətləndirdilər.

Kitab və fotolardan ibarət sərginin qırmızı lenti TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyə Cümhuriyyətinin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının I katibi, Günay Əfəndiyeva tərəfindən kəsildi. Kitab sərgisində dramaturqun nəşr olunmuş əsərləri, seçilmiş əsərləri, onun haqqında və xarici dillərə tərcümə olunmuş əsərləri nümayiş olunmuşdur. Foto sərgisində ədibin bütün dram əsərlərindən şəkillər verilmişdir. İlyas Əfəndiyevin zəngin irsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbir zamanı türk dünyası qarşısında səmərəli fəaliyyətinə görə Türkiyə Respublikası Xarici İşlər Naziri Mövlud Çavuşoğluna TÜRKSOY-un yubiley medalı təqdim olunmuşdur.

Konfrans zalında Azərbaycan və Türkiyə Dövlət Himnlərinin səsləndirilməsi ilə konfrans öz işinə başlamışdır. Sonra İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən 14 dəqiqəlik film nümayiş olunmuşdur. Türkiyə Milli Kitabxansnın direktoru Zülfi Toman, Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Ankaradakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Bağırov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Dövlət mükafatı laureatı professor Nizaməddin Şəmsizadə, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Ərzurum Atatürk Universiteti Öğretim Üyesi professor, doktor Adıgözəl Sedat, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Azərbaycan Respublikasının Xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Amalya Pənahova, İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidenti Tural Əfəndiyev ədibin çətin həyatından və zəngin yaradıcılığından, insani keyfiyyətlərindən geniş söhbət açmış, onun ədəbiyyat məktəbi, teatr məktəbi yaratdığından, yaradıcılığının ayrı-ayrı istiqamətlərindən danışmışlar.

Azərbaycanın Xalq artıstı Məleykə Əsədova və Əməkdar artist Elşən Rüstəmov müəllifin Mənim günahım əsərindən bir parça ifa etmişlər.

Sonda YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının I katibi Günay Əfəndiyeva ailəsi adından bu tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.

Günün ikinci yarıcında TÜRKSOY-un qərargahında cənab Düsen Kaseinov Azərbaycandan gəlmiş nümayəndə heyətini qəbul etmiş, İlyas Əfəndiyevin 100 illik yubiley təbirlərində iştirak etdiklərinə görə təşəkkürnamələr təqdim etmiş və medallarla təltif etmişdir.

[1] [2] [3] [4] [5]

Noyabrın 21-də Heydər Əliyev adına Sarayda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Xalq yazıçısı, Respublika Dövlət mükafatı laureatı , XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Yubiley gecəsində Milli Kitabxana tərəfindən İlyas Əfəndiyev-100 adlı kitab sərgisi təşkil olunmuşdur. Sərgidə görkəmli dramaturqun Azərbaycan və xarici dillərdə olan əsərləri, haqqında yazılmış kitablar , mətbuat səhifələrində dərc olunmuş məqalələr öz əksini tapmışdır.

[1] [2]

II Beynəlxalq Aşıq Festivalı çərçivəsində noyabr ayının 11-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr olunmuş Aşıq Pəri kitabının təqdimatı keçirilmişdir. Təqdimatı Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev açaraq tədbir iştirakçılarını salamlamış və aşıq yaradıcılığından ətraflı şəkildə danışmışdır.

Sonra söz Azərbaycan ədəbiyyatşünası, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi, professor Qəzənfər Paşayevə verilmişdir. Q, Aşıq Pəri Məclisi haqqında, Azərbaycanda aşıq məktəbləri, aşıq sənəti haqqında danışmışdır.

Çıxışcılar Açıqlar Birliyinin Katibi Musa Nəbioğlu, Cəbrayıl rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Tarıyel Abbaslı, Türkiyə Aşıqlar Birliyinin Sədri, yazıçı Aşiq Maksud Fəryadi, Çeçenistan və Azərbaycanın Milli Qəhrəmanı və respublika Vətənpərvərlər Cəmiyyətinin sədri Arif Məhərrəmov, Milli Kitabxananın əməkdaşı Fəridə Hacıyeva və b. aşıq sənətindən danışdılar.

Kitabın müəllifi Əlisahib Əroğul kitabın çap olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Sonda tədbir iştirakçıları aşıq sənətini özündə geniş əks etdirən kitab sərgisi ilə tanış oldular.

[1] [2]

3 noyabr 2014-cü il tarixində Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydy Azərbaycan Milli Kitabxanasında olmuşdur. Milli Kitabxananın direktoru Kərim Tahirovla görüşdə qonaq 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərən Mərkəz haqqında məlumat vermiş, onun fəaliyyətindən, alimlərlə keçrdiyi görüşlərdən bəhs etmişdir.

Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığı genişləndirmək məqsədilə Sami Elaydy alimlərin kitabxanada keçirilən tədbirlərə dəvət edilməsini, səyyar sərgilərin keçirilməsini, eləcə də kitabxana oxucularının Mərkəzdə pulsuz təşkil olunan ərəb dili kurslarında iştirak etməsini təklif etmişdir.

 Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da bu görüşdən məmnunluğunu ifadə edərək bu Mərkəzlə birlikdə təşkil olunmuş tədbirlərdən, Azərbaycan və Misir Milli Kitabxanaları arasında olan əməkdaşlıqdan danışmış, Qahirə və İskəndəriyyə kitabxanalarında olduğunu söyləmişdir. O, hər ölkənin Milli Kitabxanaları arasında olan əməkdaşlığın daha genişləndirilməsində Misir Mədəniyyət Mərkəzinin vasitəçi rol oynamasını təklif etmişdir.

Sonda isə tərəflər bir birlərinə kitab hədiyyə etmişlər.

Azərbaycan Milli Kitabxnasının Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsinin müdiri Aygün Hacıyeva oktyabr ayının 21-dən 24-dək Minsk şəhərində ezamiyyədə olmuşdur.

Belorus Milli Kitabxanasında respublikada ali kitabxanaçılıq təhsilinin 70 illiyinə və Belorusun alman faşist işğalçılarından azad edilməsinin 70 illiyinə həsr olunmuş adlı II Beynəlxalq konqres keçirilmişdir.

Tədbirdə Rusiya, Ukrayna, Polşa, Böyük Britaniya, Litva, Almaniya və b. ölkələrin Milli Kitabxanalarından nümayəndələr iştirak etmişdir.

Konqres çərçivəsində iki beynəlxalq konfrans keçirilmişdir. Belorus Milli Kitabxanasında İnformasiya və elm cəmiyyəti: kitabxanaların yeri və rolu və Belorus Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kitabxana təhsili: ənənələr və yeniliklər adlı elmi-praktik konfrans keçirilmişdir. Konqres çərçivəsində həmçinin master-klasslar, plenar iclaslar, dəyirmi masalar, mühazirə-təqdimatlar, sərgilər, kitabxanaya ekskursiyalar da təşkil edilmişdir.

Azərbaycan Milli Kitabxanasının şöbə müdiri Aygün Hacıyeva Belorus Milli Kitabxanasında keçirilən İnformasiya və elm cəmiyyəti: kitabxanaların yeri və rolu adlı beynəlxalq konfransın Kitabxana ölkənin informasiya və sosiomədəni mühitinin elementi kimi adlı bölməsində adlı məruzə ilə çıxış etmişdir.

[1] [2] [3] [4]

Oktyabr ayının 22-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş Naxçıvan-90 kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamladı. Sonra söz Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə verildi. O, Naxçıvanın tarixi haqqında geniş danışdı.

Çıxışçılar Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Təhsil Nazirinin müavini Firudin Qurbanov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, MM-nin üzvləri Eldar İbrahimov, Elmira Axundova Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının milli dövlətçilik tariximizin elmi, ədəbi-mədəni irsimizin formalaşmasında, zənginləşməsində mühüm rol oynadığından, şəhərsalma mədəniyyətinin 5 min il yaşının faktlarla sübut edildiyindən və s. məsələlərdən danışdılar.

Tədbirin sonunda iştirakçılar Naxçıvan-90 adlı geniş kitab sərgisi ilə tanış oldular. Sərgidə Naxçıvanın tarixi, mədəniyyəti, incəsənəti, təbiəti, təhsili, səhiyyəsi, arxeologiyası, ədəbi mühiti, görkəmli şəxsiyyətləri, ümummilli lider heydər Əliyev cənablarının Naxçıvanın ictimai siyasi həyatında, inkişafında rolu haqqında 150-dən artıq kitab öz əksini tapmışdır.

[1] [2]

20 oktyabr 2014-cü il tarixində Azərbaycan Dövlət Flarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Respublika Dövlət mükafatı laureatı, Xalq şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseynzadə) anadan olmasının 90 illik yubiley tədbiri keçirilmişdir.

Tədbirdə Milli Kitabxana tərəfindən Hüseyn Arif-90 adlı kitab sərgisi açılmışdır. Sərgi dörd bölmədən ibarət idi: əsərləri, redaktə, tərtib və tərcümə etdiyi əsərlər, sözlərinə bəstələnmiş mahnılar və haqqında. Sərgidə xalq şairinin mətbuat səhifələrində çap olunmuş məqalələri də öz əksini tapmışdır. Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

[1] [2] [3]

17 oktyabr 2014-cü il tarixində Milli Kitabxanada Dövlət Müstəqilliyi günü münasibətilə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günüdür adlı kitab sərgisinin açılışı olmuşdur.

Sərgidə müstəqilliyimizin tarixini özündə əks etdirən nəşrlər, Azərbaycanı dünyaya tanıdan ümummilli lider Heydər Əliyev cənablarının müstəqilliyimiz uğrunda əvəzsiz xidmətlərini özündə əks etdirən kitablar sərgilənmişdir.

[1] [2]

Azərbaycan Milli kitabxanası Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutu ilə birgə oktyabr ayının 14-də Sahibə Budaqovanın Naxçıvan diyarının siyasi tarixi adlı kitabının təqdimat mərasimini keçirmişdir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış və sözü əsas çıxışçı AMEA-nın müxbir üzvü Nərgiz Axundovaya vermişdir. O, Sahibə Budaqovanın yaradıcılığından geniş söhbət açmışdır.

Daha sonra tarix elmləri doktoru, professor İradə Bağırova, tarix elmləri doktoru, profesor Şahin Fərzəli, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, professor Camal Mustafayev çıxış edərək Azərbaycan xalqının tarixində özünəməxsus mövqeyi olan Naxçıvandan, Naxçıvan xanlığının ərazisinin dəyişməsinə təsir edən siyasi hadisələrdən, xanlığın təşəkkül tarixindən, əhalisi, kənd təsərrüfatı və s. məsələlərdən geniş bəhs etdilər.

Tədbirin sonunda müəllif, tarix elmıəri üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutunun elmi işçisi Sahibə Budaqova çıxış edərək tədbir iştirakçılarına və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdir.

Bu il şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 75 illiyi xalqımız tərəfindən geniş qeyd edilir. Azərbaycanda Şərq-Qərb probematikasının sistemli tədqiqinin əsasını qoymuş görkəmli alimin elmi tədqiqatları, gərgin əməyi nəticəsində Azərbaycan oxucuları ərəb ədəbiyyatının vətənpərvər şairləri, böyük mütəfəkkirləri Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymə yaradıcılığı ilə tanış oldular, Aida xanımın tərcüməsində onların əsərlərini oxudular.

9 oktyabr 2014-cü il tarixində Milli Kitabxanada şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş Aida İmanquliyeva-75 adlı geniş kitab sərgisi açılmışdır. Sərgi üç bölmədən ibarətdir: əsərləri, tərcümələri, redaktoru olduğu kitablar və onun həyat və yaradıcılığına həsr edilmiş kitablar. Kitablarla yanaşı sərgidə gökəmli alimin dövri mətbuatda, elmi əsərlərdə, məcmuələrdə çap olunan elmi əsərlərinə də geniş yer ayrılıb.

Sərgidə əks olunan materiallar Azərbaycan, rus və ingilis dillərindədir.

Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov sentyabr ayının 15-dən 19-dək Qırğızıstanın Bişkek şəhərində keçirilən Qırğızıstan Milli Kitabxanasının 80 illik yubiley tədbirlərində, Avrasiya Kitabxanalar Assambleyası (BAE) əməkdaşlıq təşkilatının XVI ümumi iclasında, Avrasiya mədəni-humanitar məkanının möhkəmləndirilməsi və genişləndirilməsində Milli Kitabxanaların rolu mövzusunda dəyirmi masada və Türkdilli Ölkələrin Milli Kitabxanaları direktorları şurasının iclasında iştirak etmişdir.

Tədbirdə Azərbaycan Milli Kitabxanası ilə yanaşı Türkiyə Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, B. Yeltsin adına Rusiya Prezident Kitabxanası, Belarus Milli Kitabxanası, Qazaxıstan Milli Kitabxanası, Qazaxıstan Milli Akademik Kitabxanası, Qırğızıstan Respublikasından nümayəndələr iştirak edirdi.

Sentyabr ayının 16-da Qırğızıstan Milli Filarmoniyasında Qırğızıstan Milli Kitabxanasının 80 illik yubiley tədbiri keçirilmişdir. Əvvəlcə Qırğızıstan Milli Kitabxanasının direktoru Jıldız Bakaşova Qırğızıstan Milli Kitabxanasının fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir. Daha sonra Prezident Aparatının rəsmi nümayəndəsi prezidentin tədbir iştirakçılarına təbrik məktubunu oxumuşdur. Mədəniyyət, informasiya və turizm naziri, Avrasiya Kitabxanalar Assambleyasının prezidenti Aleksandr Vislıy, Türkdilli Ölkələrin Milli Kitabxanaları direktorları şurasının vitse prezidenti Kərim Tahirov çıxış edərək Qırğızıstan Milli Kitabxanasına xoş arzularını bildirmiş, kollektivə gələcək işlərində uğurlar arzulamışlar. Tədbirdə qonaqlar öz hədiyyələrini Qırğızıstan Milli Kitabxanasının direktoruna təqdim etmişlər.

Sentyabr ayının 17-də İssık-Kulda Avrasiya Kitabxanalar Assambleyası (BAE) əməkdaşlıq təşkilatının XVI ümumi iclası keçirilmişdir. İclası BAE-nin prezidenti A. Vislıy açaraq Avrasiya Kitabxanalar Assambleyasının 2013-2014-cü il fəaliyyəti haqqında informasiya vermişdir. BAE-nin baş direktoru Qalina Raykova maliyyə hesabatı ilə çıxış etmişdir.

2015-ci il üçün Vestnik BAE nəşrlərinin tematik planı, Vestnik BAE jurnalının Əsasnaməsi, AE-nin inkişafı üçün (AE-nin Elektron kitabxana Layihəsi üzrə) Rusiya Dövlət Kitabxanasının təklifləri, müəllif hüquqları haqqında qanunvericilik aktlarının icmalı (MDB ölkələri, Baltik respublikaları və Gürcüstan üzrə) və müqayisəli təhlili, MDB ölkələri üzvləri üçün Kitabxana Kodeksinin modelinin layihəsi müzakirə edilmişdir.

Türkdilli Ölkələrin Milli Kitabxanaları direktorları şurasının iclasını vitse prezident Kərim Tahirov açaraq şuranın 2012-2014-cü illər fəaliyyəti haqqında məlumat verilmişdir. İkitərəfli və çoxtərəfli əməkdaşlıq haqqında protokolun məqsədlərinə nail olmaq işçi proqramın hazırlanması, türkdilli ölkələrin milli kitabxana direktorları şurasının strukturunun yaradılması (Avropa Milli Kitabxana direktorları konfransının (CENL ) strukturuna uygun), latın əlifbasında UNİCOD standartına əsaslanan resursların toplu kataloqunun inkişafı, informasiya texnologiyalarının tətbiqi məsələləri üzrə nəşrlərin mübadiləsi, türkdilli ölkələrin tarixi şəxsiyyətləri haqqında biblioqrafiyaların tərtibi və nəşri, türk tematikasına uyğun ədəbiyyatın mübadiləsi və aşqa məsələlər geniş müzakirə olunmuşdur.

Sentyabrın 18-də Avrasiya mədəni-humanitar məkanının möhkəmləndirilməsi və genişləndirilməsində Milli Kitabxanaların rolu mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Kərim Tahirov Respublikada vahid informasiya məkanının yaradılması və informasiya resurslarından səmərəli istifadənin təşkilində Milli Kitabxanaların rolu mövzusunda məruzə ilə çıxış etmişdir.

[1] [2] [3] [4]

18 sentyabr 2014-cü il tarixində Milli Kitabxanada Üzeyir Hacıbəyli VI Beynəlxalq musiqi festivalı çərçivəsində Üzeyir Hacıbəyli irsi mövzusunda kitab sərgisinin və Elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Uzeyir Hacıbəyliyə həsr olunmuş 10 dəqiqəlik filmlə tanış oldular.

Tədbiri Milli Kitabxananın direktor müavini Mələkxanım Hacıyeva açaraq tədbir iştirakçılarını salamladı. O, öz çıxışında Azərbaycan Respublikasının Prezidentinin Üzeyir Musiqi gununun kecirilməsi haqqında 1995-ci il 18 sentyabr tarixli fərmanına uygun olaraq hər il sentyabrın 18-də ölkəmizdə milli musiqi bayramı kimi qeyd olunduğunu, bu münasibətlə müxtəlif tədbirlər, konsertlər, sərgilər təşkil edildiyini söyləmişdir.

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2014-cü il 18-28 sentyabr tarixində Bakıda Uzeyir Hacıbəyli VI beynəlxalq Musiqi festivalının keçiriləcəyini qeyd etmişdir.

Sonra Üzeyir Hacıbəyli Müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi adlı Elektron məlumat bazasının təqdimat mərasimi olmuşdur.

Musiqi kollecinin direktoru, professor Nazim Kazımov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla xanım Bayramova Üzeyir Hacıbəyli haqqında, onun irsi, Azərbaycan xalqına bəxş etdiyi operalar, operettalar barədə danışmış, onun gənc musiqiçilər üçün örnək olduğunu qeyd etmişlər.

Tədbirin sonunda iştirakçılar Üzeyir Hacıbəyli irsi adlı geniş kitab sərgisi ilə tanış oldular. Sərgidə Uzeyir Hacıbəylinin əsərləri, haqqında yazılmış əsərlər, eyni zamanda xarici dilə tərşümə edilmiş əsərləri, not əcərləri, elmi tədqiqat işləri və vallar nümayiş olunmuşdur.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyindən nümayəndələr, görkəmli musiqiçilər, bəstəkarlar, Bakının aparıcı kitabxanaları, Ü. Hacıbəyli ev muzeyi, musiqi məktəblərinin nümayəndələri - bir sozlə Üzeyirsevənlər toplaşmışdılar.

[1] [2]

Sentyabr ayının 10-da Mərakeş Krallığının səfiri cənab Həsən Hami Azərbaycan Milli Kitabxanasında qonaq olmuşdur. Görüş zamanı Azərbaycan-Mərakəş mədəni əlaqələrindən, Milli Kitabxanalar arasında qarşılıqlı əməkdaşlıqdan söhbət açılmışdır. Cənab səfir öz söhbətində bildirmişdir ki, onların fondlarında qədim Azərbaycan əlyazmaları mövcuddur. Güman edirəm ki, Azərbaycanda da müvafiq fondlarda ərəb əlyazmalarına rast gəlmək olar. Hər iki tərəf üçün bu ədəbiyyatlar böyük maraq doğuracaqdır - deyə səfir bildirmişdir.

Milli Kitabxananın direktoru Kərim Tahirov da öz növbəsində görüşdən məmnunluğunu ifadə edərək Milli Kitabxanada Mərakeşlə bağlı keçirilmiş bir sıra tədbirlərdən, sərgilərdən bəhs etmişdir. Orta əsrlər ərəb tibb əlyazmalar adlı sərginın keçirilməsindən danışmışdır. Əminəm ki, sizin bayaq dediyiniz kimi bizim fondlarda mühafizə olunan ərəb ədəbiyyatı Sizin tərəfinizdən maraq doğuracaqdır- deyə Tahirov söyləmişdir.

Qarşılıqlı əməkdaşlığı daha da genişləndirmək məqsədilə hər iki ölkənin Milli Kitabxanaları arasında Memorandumun yaxın gələcəkdə imzalanması təklif olunmuşdur. Rəsmi imzalama mərasiminin oktyabr-noyabr aylarında Bakıda keçirilməsi nəzərdə tutulmuşdur.

[1] [2]

8 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lerik rayonunda uzunömürlülərin yaradıcılıq festivalı keçirildi. Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Balakən və İsmayıllı rayonlarının folklor kollektivləri, xalq tətbiqi sənətinin ustaları, respublikanın mədəniyyət və incəsənət ustalarının iştirak etdiyi festivalda Milli Kitabxana kitab sərgisi ilə təmsil olunurdu. Hər kəs 100 il yaşamasa adlı sərgidə Milli Kitabxananın fondunda Azərbaycan, türk, rus və ingilis dillərində mühafizə olunan Azərbaycanın uzunömürlü sakinləri, onların həyat tərzi, uzunömürlülüyün sirləri və təşkili, sağlam qidalanma barədə dəyərli kitablar, qəzet və jurnal materialları öz əksini tapmışdır. Sərgidə əsas məqsəd respublikamızı uzunömürlülər diyarı kimi tanıtmaq, ahıl insanların uzunömürlülük sirlərini və sağlam həyat tərzi barədə tövsiyələri təbliğ etmək, geniş ictimaiyyəti uzunömürlü sakinlərimizlə tanış etməkdən ibarət idi.

[1] [2] [3] [4]

26 avqust 2014-cü il tarixində Milli Kitabxananın direktoru Kərim Tahirov İsrailin Azərbaycandakı səlahiyyətli səfiri cənab Rafael Harpazı, səfirliyin missiya rəhbərinin müavini Ronen Krauszu və mətbuat departamentinin direktoru siyasi məsələlər üzrə köməkçi Sevda Əmirovanı qəbul etmişdir.
Görüş zamanı Azərbaycan-İsrail əlaqələrindən və beynəlxalq əməkdaşlıqdan söhbət açılmışdır. İsrail səfiri ölkəsində kitab, kitab nəşri və kitabxanalar haqqında məlumat vermiş, hər iki ölkənin Milli Kitabxanaları arasındakı əlaqələri genişləndirməyin məqsədəmüvafiq olduğunu qeyd etmişdir.
Milli Kitabxananın direktoru Kərim Tahirov da öz növbəsində qonaqların kitabxanaya gəlişindən məmnunluğunu bildirmiş, səfərin Azərbaycan və İsrail Milli Kitabxanaları arasındakı əlaqələrin genişlənməsinə təkan verəcəyini söyləmişdir. O, Azərbaycanda keçirilən Beynəxalq Kitab Sərgisindən söhbət açaraq, İsrail kitabxanaçılarını 2015-ci ildə keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına dəvət etmişdir.
Səfir və nümayəndə heyəti kitabxana ilə tanış olmuş, Xatirə kitabına öz ürək sözlərini qeyd etmişlər.

Avqust ayının 22-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinin inkişafı və kitabxana xidmətlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının (2015-2020-ci illlər) Layihəsi müzakirə olunmuşdur.
Müzakirədə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Kəmalə Əliyarova, C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, Xətai rayon MKS-nin direktoru Oruc Quliyev, Yasamal rayon MKS-nin direktoru Vəfa Quliyeva, Səbail rayon MKS-nin direktor müavini Rəhilə Əliyeva, Milli Kitabxananın direktor müavini Mələkxanım Hacıyeva, elmi katib Əminə Cəfərova, Oxuculara xidmət şöbəsinin müdiri Ədibə İsmayılova, Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı nın nəticələri haqqında qısaca danışılmışdır. Daha sonra Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinin inkişafı və kitabxana xidmətlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının (2015-2020-ci illlər) Layihəsi ətrafında müzakirələr aparılmış, layıhəyə təklif və iradlar bildirilmişdir. Layihəyə Məcburi nüsxə sistemi haqqında Qanunun yazılması, Kitabxana işi haqqında Qanuna dəyişiklik və əlavələrin edilməsi, ölkədaxili və xarici ölkələrə kitab göndərilməsi üçün kitabxanalara 50 % güzəştin tətbiq edilməsi, kitabxanalara kitab alınması üçün ƏDV-nin ləğv edilməsi, kitabxanaların kitabla təchizatı sistemini qaydaya salmaq üçün Milli Kitabxananın nəzdində yeni nəşlər evinin yaradılması, region kitabxanalarının avtomatlaşdırılması infrastrukturunun yaradılması, Milli Kitabxana üçün əlavə binanın tikilməsi, Respublika Kitabxana Şurasının yaradılması, rayon kitabxanalarına monitorinqlərin təşkili, kitabxanalar üçün texniki savadlı kadrların yetişdirilməsi, Azərbaycanı təbliğ etmək məqsədilə beynəlxalq sərgilərə, ayrı-ayrı cəmiyyət və institutlara kitab göndərmək üçün Azərbaycanı tanıdaq (şərti ad) fondunun yaradılması, Kitab Palatası üçün ayrıca binanın tikilməsi, Kitabxana Kollektorunun işinin təkmilləşdirilərək yeni əsaslar üzərində qurulması, kitab evi, kitab mərkəzinin yaradılması, yeni kitabxana binalarının tikilməsi, TV-də kitab, kitabxana ilə bağlı verilişin açılması və s. təkliflər irəli sürülmüş və müzakirələr aparılmışdır.

[1] [2] [3]

18 avqust 2014-cü il tarixində Milli Kitabxananın direktoru Kərim Tahirov Kolombiyanın Azərbaycandakı səlahiyyətli nümayəndəsi, səfirliyin müvəqqəti işlər vəkili cənab Assad Xose Gater Penanı qəbul etmişdir. Görüş zamanı Azərbaycan-Kolombiya mədəni əlaqələrindən, beynəlxalq əməkdaşlıqdan söhbət açılmışdır. Söhbət əsnasında hər iki tərəf Azərbaycan Milli Kitabxanası ilə Kolombiya Milli Kitabxanası arasında əlaqələrin daha da genişləndirilməsi, kitab mübadiləsinin artırılması və kitabxanalararası qarşılıqlı əməkdaşlıq Memorandumunun hazırlanması haqqında müzakirələr aparmışdır.
Müvəqqəti işlər vəkili Kolombiyanın məşhur yazıçısı Qabrıel Markezin ingilis dilinə tərcümə olunmuş bir sıra kitabını kitabxanaya təqdim etmişdir.
Milli Kitabxananın direktoru isə qonağa Azərbaycan Milli Kitabxanası. Fotoalbom və Azərbaycan xalçaları kitablarını hədiyyə etmişdir.

[1] [2] [3] [4] [5]

1 avqust 2014-cü il tarixində Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxana rəhbərlərinin iştirakı ilə 1 avqust Azərbaycan dili və əlifbası günü münasibəti ilə tədbir keçirildi.

Tədbiri Milli Kitabxananın direktoru K. Tahirov açaraq, bu günun əhəmiyyətindən geniş bəhs etdi. O, tariximizin qızıl səhifələrini yazmış ümummilli liderimiz Heyder Əliyevin Azərbaycan dilinin inkişafı uğrunda göstərdiyi xidmətlərini, məhz Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində hələ Sovet dövründə Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirildiyini qeyd etdi. Müstəqillik qazandıqdan sonra ümummilli liderin səyi nəticəsində Azərbaycan dilinə ana dili statusu verilmişdir. Ümummilli liderin 9 avqust 2001-ci il tarixli Fərmani ilə avqustun 1-i ölkəmizdə Azərbaycan dili və Azərbaycan əlifbası günü kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixində Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addımdır.

Tədbirin sonunda 1 avqust - Azərbaycan dili və əlifbası günüdür adlı geniş kitab sərgisi iştirakçıların marağına səbəb olmuşdur. Sərgidə 100-ə yaxın kitab və dövrü mətbuat materialları əks olunmuşdur. Sərgi bir həftə davam edəcəkdir.

[1] [2] [3] [4]

19 iyun 2014-cü il tarixində Milli Kitabxanada Əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun Kitabxanaşünaslığın tarixi və metodologiyası kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq giriş sözü söyləmişdir. Sonra söz Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə verilmişdir. O Abuzər Xələfovun Azərbaycanda kitabxana işində böyük xidmətlərindən danışmışdır. Sonra o, Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin adından Fəxri mədəniyyət işçisi medalını Abuzər Xələfova təqdim etdi.

Abuzər müəllim öz çıxışında cənab nazirə, bütün kitabxana ictimaiyyətinə onun zəhmətinə verilən qiymətə görə təşəkkürünü bildirdi.

Avropa nəşriyyatı Abuzər Xələfovu ən yaxşı tədqiqat əsərinə görə Qızıl medalla təltif etdi.

BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan professor Abuzər Xələfov haqqında geniş məruzə ilə çıxış edərək onun yaradıcılığından ətraflı danışmışdır.

Çıxışçılar : professor Əyyub Əzizov, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Kitabxanaçılıq və informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov, dosent, fəlsəfə doktoru Rasim Süleymanov, F. Köçərli adına Respublika Dövlət Uşaq Kitabxanasının ditrektoru, magistr Salahlı Rəqsanə.

Sonda tədbir iştirakçılar Abuzər Xələfovun əsərlərindən ibarət geniş sərgi ilə tanış oldular. .

[1] [2] [3] [4] [5]

Azərbaycan Milli Kitabxanası ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirir. Növbəti belə tədbir Sumqayıt Dövlət Universiteti ilə birgə 13 iyun 2014-cü il tarixində saat 1100- da Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları tələbələrin gözündə adlı sərgi-konfransdır.

Tədbir Sumqayıt Dövlət Universitetinin əsas binasında keçirilmişdir.

  22 may 2014-cü il tarixində Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsi, Milli Kitabxana və Cəfər Cabbarlının Ev muzeyi birgə Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi C. Cabbarlının tərcüməsində dünya ədəbiyyatından nümunələrin toplandığı Cəfər Cabbarlının tərcümələri adlı kitabın təqdimat mərasimini keçirmişdir. Mərasimi Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açaraq Cəfər Cabbarlı yaradıcılığından ətraflı məlumat vermişdir. Sonra çıxış üçün söz filologiya elmləri doktoru Asif Rüstəmliyə verildi. O, C. Cabbarlının əsərlərindən, həyatından bəhs etdi.

Çıxışçılar: Qobustan jurnalının baş redaktoru, yazıçı Vaqif Əlixanlı, Cəfər Cabbarlının ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı, p. e. d. , professor Fikrət Rzayev, f. e. d. , professor Tahirə Məmməd.

Tədbirin sonunda iştirakçılar C. Cabbarlının həyat və yaradıcılığından bəhs edən Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəfər Cabbarlı adlı kitab sərgisi ilə tanış oldular.

Milli Kitabxananın direktoru Kərim Tahirov may ayının 14-dən 17-dək Türkmənistanın Aşqabad şəhərində türkmən xalqının böyük mütəfəkkiri Məhtumqulu Fəraqinin 290 illik yubileyi münasibətilə "Məhtumqulu Fəraqi. Ümumbəşəri mədəni dəyərlər" mövzusunda beynəlxalq elmi konfransda iştirak etmişdir.

Konfransda Azərbaycanı Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edirdi. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli də tədbirdə iştirak edirdilər.

Məhtumqulu Fəraqinin yaradıcılıq irsinin öyrənilməsi və təbliğində böyük xidmətlərinə görə Polad Bülbüloğlu və Firuzə Ağayeva "Məhtumqulu Fəraqi" medalı ilə təltif olunmuşlar.

[1] [2] [3]

May ayının 7-də DİN-in Polis Akademiyasının Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Heydər Əliyev və kitab mövzusunda konfrans təşkil edilmişdir.

İlk olaraq konfrans iştirakçıları və qonaqlar ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuş sonra isə Ümummilli liderin Milli Kitabxanaya hədiyyə etdiyi kitabların sərgisi ilə tanış olmuşlar. Konfransı Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə fəlsəfə doktoru Nazim Əliyev açmış və gənc nəslin, gələcək müdavimlərin bir şəxsiyyət, vətəndaş kimi formalaşmasında bugünki konfransın əhəmiyyətindən danışmışdır.

Sonra çıxışçılar Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, Millət vəkili, yazıçı-publisist Elmira Axundova, BDU-nun Kitabxanaşünaslıq və Nəşriyyat işləri kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov Ulu öndərin Azərbaycan elminin, mədəniyyətinin inkişafındakı xidmətlərindən danışmış, onun kitaba, kitabxanalara verdiyi böyük qiymətdən bəhs etmişlər.

İrəliləyən dəqiqələrdə Ulu Öndər haqqında film nümayiş etdirilmişdir. Sonda konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

[1] [2]

Aprel ayının 30-da Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə latış dilində çapdan olunmuş Kitabi-Dədə Qorqud dastanının təqdimatı keçirilmişdir. Tədbiri Milli Kitabxananın diretoru Kərim Tahirov açaraq , Kitabi-Dədə Qorqud dastanının Riqa şəhərində latış dilinə tərcümə olunduğunu bildirmişdir. Sonra söz Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva verilmişdir. Nazir müavini bu kitabın iki ölkə arasında mədəni əlaqələrin daha genişləndirilməsinə töhfə verəcəyini söyləmişdir. Çıxışçılar: professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli, Latviya Respublikasının ölkəmizdəki səfiri Xardiys Baumanis, Latviya Respublikasının sabiq prezidenti Valdis Zatlers, dastanı latış dilinə tərcümə edən Uldis Berzinş.

[1] [2] [3]

Aprel ayının 30-da Milli Kitabxanada Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, ədəbiyyatşünas-alim Mir Cəlalın Seçilmiş əsərlərinin (5 cilddə) təqdimat mərasimi keçirilmişdir. Tədbiri Milli Kitabxanın direktoru Kərim Tahirov açaraq görkəmli ədəbin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyindən, yaradıcılığından qısaca olaraq bəhs etdi. Sonra söz Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə verildi. Cənab nazir görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayev haqqında danışdı. Çıxışçılar: Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin üzvü Nizami Cəfərov, BDU rektoru Abel Məhərrəmov, filologiya elmləri doktoru, professor Xalid Əlimir-

 zəyev, şərqşünas-alim, Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Tofiq Hacıyev, Milli Məclisin deputatı Aqil Abbas, professor Aqil Hacıyev, professor Təhsin Mütəllimov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, ədəbiyyatşünas alım Şirindil Alışanlı. Tədbirin sonunda iştirakçılar Mir Cəlal irsi Elektron məlumat bazası və ədibin yaradıcılığnı əks etdirən Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevadlı kitab sərgisi ilə tanış oldular.

[1] [2] [3] [4]

Aprel ayının 29-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Milli Kitabxanada Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçirilmişdir. Tədbirdə respublikanın aparıcı kitabxanalarının rəhbərləri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorları, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və b. iştirak edirdilər. Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyev cənablarınn və Zərifə xanım Əliyevanın qəbri üstünə əklil və gül dəstələri qoymuşlar.

Tədbir iştirakçıları kitabxanalarının fəaliyyətinə həsr olunmuş foto və kitab sərgilərinə baxış keçirmişlər.

 Tədbiri Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev açaraq, Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının Tədbirlər Planının həyata keçirilməsi haqqında qısaca danışdı. O, öz çıxışında Azərbaycanda mövcud olan kitabxana şəbəkəsinin vəhdətləşməsinin, kitabxanaların bir-biri ilə virtual əlaqə qurmalarının labüdlüyündən danışdı. Cənab nazir respublika kitabxanalarına ALİSA (Azərbaycanın avtomatlaşdırılmış kitabxana-informasiya sistemi) proqramının tətbiq ediləcəyini, proqramın serverinin Milli Kitabxanada yerləşəcəyini bildirdi. Müşavirədə iştirak edən Rusiya Milli Kitabxanasının direktoru Anton Lixomanov öz ölkəsinin bu sahədəki təcrübəsindən qısaca danışdı. Nəşriyyat, reklamış təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının Tədbirlər Planına müvafiq olaraq görülən işlər haqqında qısa məlumat verdi. Sonra Kənd Kitabxana-İnformasiya Mərkəzi pilot layihəsinin təqdimatı keçirildi. ULTRA şirkətinin Biznesin İnkişafı üzrə direktoru Məhəmməd Zülfüqarlı Vahid Kitabxana İdarəetmə Sistemi haqqında məlumat verdi. O, ALISAnın (Automated Library Information System of Azerbaijan) Ultra şirkəti tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi üçün hazırlanmış Azərbaycanın vahid kitabxana sistemi olduğunu, sistemin hazırlanmasında dünya təcrübəsinin və Milli Kitabxananın iş sisteminin öyrənildiyi, sistemin hazırlanmasında qabaqcıl texnologiyalardan istifadə olunduğunu qeyd etdi. Milli Kitabxanaın direktoru Kərim Tahirov çıxış edərək respublika kitabxanalarının vahid sistemdə birləşməyinin vacibliyindən, dünyanın bir şox ölkəsində milli sistemlərin tətbiq olunduğundan, ALİSA-nın standartlara uyğun olmasından, bu proqramın tətbiqində Milli Kitabxananın ödəsinə düşən işləri layiqincə yerinə yetirəcəyindən danışdı. Sabail MKS-nin direktoru Nüşabə Ələkbərova, Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev, Zərdab rayon MKS-nin şöbə müdiri Nisə Əliyeva MKS-lərdə Dövlət proqramı ilə əlaqədar görülən işlərdən danışdılar.

[1] [2]

 Milli Kitabxnanın Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva aprel ayının 23-dən 27-dək Özbəkistanın Karşi şəhərində təşkil edilmiş Elm, təhsil, mədəniyyət və biznesdə internet və kitabxana-informasiya resursları 8-ci beynəlxalq konfransda iştirak etmişdir. Konfransa Almaniya, ABŞ, Rusiya, Qazaxıstan, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən 20-yə yaxın iştirakçı dəvət edilmişdir.

Konfransın ilk günü plenar iclas keçirilmişdir. Növbəti günlərdə konfrans öz işini 4 seksiyada davam etdirmiş. Adilə Abdullayeva Elm və texnikanın inkişafında kitabxana-informasiya fəaliyyətinin rolu və əhəmiyyəti adlanan 2-ci seksiyada iştirak etmişdir. O, , mövzusunda çıxış etmiş, Milli Kitabxananın fəaliyyətinə dair slayd təqdim etmiş, Azərbaycan Milli Kitabxanasının fəaliyyətinə dair sualları cavablandırmışdır.

25 aprel tarixində Çexiya Mədəniyyət Nazirliyinin nümayəndəsi və eləcə də elmi, mədəni və iqtisadi əməkdaşlıq üzrə Çexiya-Azərbaycan Komissiyasının üzvü Helena Provaznikova Çexiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Hacni Cenek ilə birlikdə Milli Kitabxanada olmuşdur.

Görüşdə Çexiya-Azərbaycan arasında mədəni əlaqələrdən söhbət getmiş, hər iki ölkənin Milli Kitabxanası arasında qarşılıqlı kitab mübadiləsinə, kadr hazırlığına, rəqəmsal kitabxanaların birgə yaradılmasına dair müzakirələr aparılmışdır.

Sonra qonaqlar kitabxana ilə tanış olmuş, ayrı-ayrı şöbələrin işi ilə daha yaxından maraqlanmışlar.

[1] [2] [3]

Azərbaycan Milli Kitabxanasında aprel ayının 24-də görkəmli şair, ictimai xadim, Dövlət Mükafatı laureatı Teymur Elçinin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir, Teymur Elçin. Biblioqrafiya kitabınn və Teymur Elçin -90 adlı elektron məlumat bazasının təqdimatı keçirildi. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamladı və görkəmli şair, ictimai xadim Teymur Əliyevin Azərbaycanın mədəni həyatında xüsusi rolu olduğunu nəzərə çatdırdı. Sonra iştirakçılar Teymur Elçinə həsr olunmuş qısa sənədli filmə tamaşa etdilər. Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev qısa olaraq Teymur Elçin haqqında ürək

 

sözlərini söyləyərək, əsas çıxış üçün sözü Zahid Xəlilə verdi. Geniş məruzə ilə çıxış edən ADPU-nun kafedra müdiri, professor Zahid Xəlil Teymur Elçin yaradıçılığından ətraflı bəhs edərək onun zəngin ədəbi irsindən maraqlı söhbət açdı. Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca Teymur Elçin haqqında səmimi xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Xalq yazıçısı Elçin uşaq psixologiyasını dərindən duyan, gözəl uşaq şeirlərinin müəllifi, Azərbaycan musiqisinin vurğunu, bir çox bəstəkarlarla xeyli mahnı işləmiş Teymur Elçini xoş təəssüratlarla yad etdi. Çıxışçılar yazıçı-publisist Flora Xəlilzadə, Xalq artisti, professor, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Teymur Elçin yaradıcılığının tədqiqatçısı Tənzilə Əliyeva, və b. çıxış edərək Teymur Elçin yaradıcılığından, onun əsərlərindən, tərcümələrindən, xatirələrindən danışdılar. Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Teymur Elçin -90 adlı elektron məlumat bazası və Teymur Elçinin şeirlərinə bəstələnmiş mahnılardan ibarət olan disk iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Tədbirin sonunda iştirakçılar şairin zəngin irsini özündə əks etdirən geniş kitab sərgisi ilə tanış oldular.

[1] [2] [3]

Aprel ayının 22-də Milli Kitabxanada "Maraqlı insanlarla görüş" klubunun ilk məşğələsi olaraq Azərbaycanın Xalq yazıçısı, detektiv ədəbi janrının mahir ustası Çingiz Abdullayevlə görüş keçirilib. Görüşdə Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın və Belarusun Azərbaycandakı səfirləri, Milli Kitabxananın əməkdaşları, oxucular, respublikanın aparıcı kitabxanalarından nümayəndələr iştirak ediblər. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamladı. O, Ç. Abdullayevin əsərlərinə dünyanın hər yerində böyük maraq göstərildiyini, onun kitablarının dünyanın 34 ölkəsində 29 dilə tərcümə olunaraq böyük tirajlarla çap olunduğunu diqqətə çatdırdı. K. Tahirov

Çingiz Abdullayevin Milli Kitabxananın Məsləhət Şurasının sədri olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin bölmə müdiri Çingiz Əlioğlu, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç, Miniatür Kitab muzeyinin direktoru Zərifə Salahova, yazıçının kitablarını Azərbaycan dilinə tərcümə edənlər Təbəssüm Muxtarova və Samirə Mir-Bəşirova çıxış edib Xalq yazıçısının yaradıcılığından, əsərlərinin bədii xüsusiyyətlərindən danışdılar. Səfir Nikolay Paskeviç Belarus Yazıçılar Birliyinin Ədəbiyyatda xidmətlərə görə medalını Çingiz Abdullayeva təqdim etdi. Görüşün sonunda Xalq yazıçımız Çingiz Abdullayev ona ünvanlanan sulları cavablandırdı.

[1] [2]

10 mart 2014-cü il tarixində Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Milli Teatr günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Milli Kitabxana tərəfindən 10 Mart- Milli Teatr günü adlı kitab sərgisi təşkil olunmuşdur. Sərgidə teatrın yaranması, tarixi, teatr xadimləri, görkəmli səhnə ustaları haqqında kitablar sərgilənmişdir. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

[1] [2]

21 fevral 2014-cü il tarixində Milli Kitabxanada Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar olaraq Xocalı soyqırımı: İnsanlığa qarşı cinayətadlı kitab sərgisinin açılışı olmuşdur.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq əvvəlcə Xocalı şəhidlərini 1 dəqiqəlik sükutla yad etmişdir. Sonra o, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalından, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdan ürək

yanğısı ilə danışmışdır. O, faciə baş verən gecə 1275 nəfər dinc sakinin girov götürüldüyünü, onların 150-sinin taleyinin indi də məlum olmadığını bildirmişdir. Bu faciənin Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu, bu soyqırım zamanı Azərbaycan xalqının yüzlərlə şəhid verdiyini söyləmişdir.

Sonra söz Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevə verilmişdir. O öz çıxışında Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirməsindən, soyqırım zamanı 613 nəfərin öldürüldüyünü, 1000 nəfər müxtəlif yaşlı dinc sakinin aldığı güllə yarasından əlil oldugunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdiyini söyləmişdir.

Söz Xocalı faciəsinin canlı şahidi Kamil Məmmədova verilmişdir. O sadalanan vəhşilikləri gözü ilə gördüyünü bildirmiş, bu faciəni yaşamağın dəhşətindən yanğı ilə danışmışdır. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.

Tədbir iştirakçıları Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Xocalı soyqırımı adlı elektron məlumat bazası və Xocalı soyqırımı:İnsanlığa qarşı cinayət adlı sərgi ilə tanış olmuşlar.

[1] [2]

5 fevral 2014-cü il tarixində 2 fevral - Gənclər gününə həsr olunmuş Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və Azərbaycan Yazıçılar Birliyi birgə gənc ədiblərin iştirakı ilə Poeziya saatı adlı tədbir keçirmişdir.

Tədbirdə Gəncliyimiz sabahımızdır adlı geniş tərtibatda kitab sərgisi təşkil olunmuşdur.

31 yanvar 2014-cü il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi ilə əlaqədar olaraq yubiley tədbiri keçirilmişdir.

Tədbirdə Milli Kitabxana tərəfindən Məhəmməd Əmin Rəsulzadə-130 adlı kitab sərgisi təşkil olunmuşdur. Sərgidə ictimai xadimin müəllifi olduğu əsərlər, haqqında yazılmış kitab və dövri mətbuat materialları nümayiş olunmuşdur.

[1] [2]

M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə 17 yanvar 2014-cü il tarixində saat 1200-da Mədinə Qasımova və Oktay Qasımovun 20 Yanvar hadisələrindən bəhs edən, Azərbaycan və rus dillərində nəşr olunmuş Ağla, qərənfil, ağla. . . kitabının təqdimatını keçirtdi.

 20 Yanvar hadisələrində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir 20 Yanvar hadisələrindən bəhs edən Şəhidlik ölməzlikdir adlı sənədli filmin nümayişi ilə başladı. Sonra tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açdı.

Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, Reklamın təşkili və İnformasiya şöbəsinin müdiri Vaqif Quliyev öz çıxışında həmin hadisələri, o ağrılı günləri bir daha yada saldı və bu faciənin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd etdi və xüsusilə vurğuladı ki, Azərbaycanın vətənpər insanları hələ də tədqiqatlar aparır, yeni faktlar üzə çıxarırlar. Bu gün təqdimatına yığışdığımız kitab da bunlardan biridir.

20 Yanvar cəmiyyətinin sədr müavini Mustafa Əliyev hər il olduğu kimi bu il də 20 yanvar hadisələri ilə bağlı cəmiyyətin apardığı geniş təbliğat işindən bəhs etdi və bunun hər bir azərbaycanlının günahsız şəhidləri qarşısında borcu olduğunu qyed etdi.

Daha sonra çıxış edən kitabın müəllifi Oktay Qasımov bu kitabın ərsəyə gəlməsindən, üzləşdiyi çətinliklərdən, istintaq zamanı rastlaşdığı ağrılı həqiqətlərdən ürək yanğısı ilə danışdı.

Tədbirdə Milli Kitabxananın işçiləri Xuraman İsmayılova və Səyyarə Məmmədli tərəfindən 20 Yanvara həsr etdikləri şeirlər dinlənildi.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş 20 Yanvar qəhrəmanlıq salnaməsidir adlı geniş kitab sərgisi ilə tanış oldular.

 

Yanvarın 10-da Azərbaycan Milli Kitabxanasında türk dünyasının mədəni irsinin təbliği, türkdilli ölkələr arsında əməkdaşlığın gücləndiliməsi sahəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətləri olan Azərbaycanın tanınmış mədəniyyət, incəsənət və mətbuat xadimlərinə TÜRKSOY-un 20 illiyi yubiley medalının təqdim edilməsi mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında Azərbaycanın yüksək səviyyədə fəallığından geniş söhbət açmışdır.

Sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyevə, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova, Akademik Oprea və Balet Teatrının direktoru Akif Məlikova, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovaya, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimiyə, müğənnilərdən Azərinə, Azər Zeynalova, tədqiqatçı jurnalist Ramiz Əsgərə, və AzərTac-ın baş direktoru Aslan Aslanova TÜRKSOY-un 20 illiyi yubiley medalını təqdim etmişdir.