 |
|
|
| |
|


Dövri mətbuat zalı
Dövri mətbuat zalında 67 oxucu yeri vardır. Zalda 4 illik jurnal
və 5 illik qəzetlər saxlanılır. Zala 152 adda qəzet, 47 adda
jurnal
Azərbaycan
və rus dillərində alınır. Dövri mətbuat zalından kimliyindən
asılı olmayaraq hər cür oxucu qrupları istifadə edir.
|
|
Tələbə gənclərə
xidmət zalı

Tələbə gənclərə xidmət zalı bir dəfəyə 280 oxucu qəbul edə bilir. Buraya ədəbiyyat əsas
etibarilə
kitab fondlarının
mühafizəsi
şöbəsindən
alınır.
Oxucu qrupları, əsasən, universitet tələbələri, orta təhsilli
qulluqçular, fəhlələr, təqaüdçülər və s.- dən ibarətdir.
Ədəbiyyat oxuçular üçün 1 gün müddətində saxlanılır.
|
|
Köməkçi fond

Köməkçi fond bölməsində
6367 nüsxə ədəbiyyat vardır. Bunlardan 2082 nüsxəsi Azərbaycan,
4285 nüsxəsi rus dilindədir.
Fondda əlifba və sistemli kataloq təşkil olunmuşdur.
Köməkçi fond
hər yay mövsümündə
yoxlanılır, köhnəlmiş kitablar fonda qaytarılır, yeniləri ilə
əvəz olunur. Burada ensiklopediyalar, lüğətlər, məlumat sorğu
kitabları, dərsliklər və s. ədəbiyyat növləri vardır. Bu
ədəbiyyat- fəlsəfə, tarix, ədəbiyyat, iqtisadiyyat, hüquq, tibb,
texnika və s. sahələri əhatə
edir.
Burada əsasən, ali məktəb tələbələrinə, gənclərə və digər oxucu
qruplarına xidmət edilir. |
|
Elmi
zallar
Humanitar elmlər zalı
Humanitar elmlər zalında 36 oxucu yeri vardır. Burada 2368 nüsxə
ədəbiyyat yerləşmişdir. Bunların 823 nüsxəsi
Azərbaycan, 1545 nüsxəsi rus dilindədir. Zalda əlifba və
sistemli kataloqları var. Hər il zalın fondu yeni kitablarla
zənginləşdirilir. Bu zal əsasən professorlara, elmlər
doktorlarına, elmi işçilərə, ixtisaslı qulluqçulara və s. xidmət
edir.Kitabların çoxu tələbnamələr vasitəsi ilə 30 dəqiqə ərzində
kitabsaxlayıcı fondundan gəlir. Oxucuların vaxt itkisinin
qarşısını almaq üçün sifarişlər 5 gün müddətində rəflərdə
saxlanılır. Bu zalda ensiklopediyalar və illiklər açıq rəfdə
yerləşdirilir.
|
|
Dəqiq və texniki elmlər zalı
Dəqiq və texniki elmlər zalında 22 oxucu yeri vardır.Bu zalda da
yardımçı ədəbiyyat fondu mövcuddur.
Fondda 2005 nüsxə
ədəbiyyat toplanmışdır. Bunların 332 nüsxəsi
Azərbaycan,
1673 nüsxəsi rus dilindədir. Əlifba və sistemli kataloqları var.
Açıq rəflərdə ensiklopediyalar və ətraf
mühütün mühafizəsinə dair kitablar toplanmışdır.
Bu zalda tibb
işçilərinə, texnika və dəqiq elmlər üzrə oxuculara xidmət
olunur.Kitabların əksəriyyəti
tələbnamələr
vasitəsi ilə 30 dəqiqə ərzində kitabsaxlayıcı fondundan alınır.
Oxucuların vaxt itkisini aradan qaldırmaq üçün sifarişlər 5 gün
müddətində rəflərdə saxlanılır.
Xarici
ədəbiyyat oxu zalı

Xarici ədəbiyyat oxu zalında 20 nəfərlik oxucu yeri vardır.
Burada müxtəlif dillərdə 2500 nüsxədən çox kitab saxlanılır.
Bundan əlavə, müxtəlif dillər üzrə qəzet və jurnallar mövcuddur.
Zalda bütün dillər üzrə kitabların əlifba və sistemli kataloqu
yerləşdirilmişdir. Eyni zamanda zalda dövri mətbuat üzrə
sistemli və əlifba kataloqu var. Xarici ədəbiyyat oxu zalında
Azərbaycan xarici mətbuatda, yardımçı fond üçün kitabların
əlifba və sistemli kataloqu var. Mütəmadi olaraq zalın yardımçı
fondu dilçilik üzrə yeni ədəviyyatla yeniləşdirilir. Bu zal elmi
işçilərə, ixtisasçı quluqçulara və tələbələrə qulluq edir.
Kitabların əksər hissəsi yardımçı fonddan, müəyyən hissəsi isə
tələbnamə vasitəsilə 20 dəqiqə müddətində kitabsaxlayıcı
fondundan gətirilir. Oxucuların vaxt itkisinin qarşısının
alınması üçün əsas fondan tələbnamə vasitəsilə gələn ədəbiyyat
onların arzusu ilə 1 həftə müddətində zalda saxlanılır.
Xarici ədəbiyyat oxu zalında ensiklopediyalar, çox işlənən
jurnal və qəzetlər saxlanılır. Bundan əlavə, dünyanın bir çox
ölkələrindən gələn yeni informasiya göstəriciləri sərgidə
saxlanılır və onlar haqqında oxuculara məlumat verilir.
|
|
İnformasiya xidməti zalı

İnformasiya
xidməti şöbəsinin
oxu zalında 8 oxucu yeri vardır. Onun geniş soraq və
biblioqrafik nəşrlər fondu oxuculara səmərəli xidmət göstərir.
Şöbənin fondu ensiklopediyalardan, məlumat biblioqrafik
göstəricilərdən,
salnamələrdən, lüğətlərdən, statistik göstəricilərdən və ixtisasa aid
dövri mətbuatdan ibarətdir. Şöbədə 11966 nüsxə ədəbiyyat vardır.
Bunların 564 nüsxəsi Azərbaycan dilində, 10640 nüsxəsi rus
dilində olan ədəbiyyatdır. Bundan başqa, 587 nüsxə
«Kitabxanaşünaslıq və biblioqrafiya»ya aid Azərbaycan, 165 nüsxə
rus dilində olan dövri mətbuatdır. Şöbənin fəaliyyəti oxuculara
kataloq və kartotekalardan biblioqrafik xidmət göstərmək, şöbəyə
daxil olan yazılı və şifahi arayışların verilməsini təmin
etməkdən ibarətdir.
|
|
Not nəşrləri zalı

Hazırda not nəşrləri zalı 16 oxucu yerindən ibarətdir.
(Vaxtilə şöbənin
«Not» və «Fonoteka»
zalları da var idi).
Oxucuların istifadəsində 29586 nüsxə səsyazmaları, 6442 nüsxə
Azərbaycan notları, 168929 nüsxə başqa dillərdə not əsərləri,
10500 nüsxə musiqi haqqında ədəbiyyat vardır (Azərbaycan və rus
dillərində).
Daim zənginləşən musiqi fondunda 1970 nüsxə Azərbaycan
bəstəkarlarının not əlyazmaları, habelə 2000 nüsxəyə yaxın
Azərbaycan dramaturqlarının səhnə əsərlərinin (pyeslərinin)
əlyazmaları da oxucunun istifadəsindədir.
1999-cu ildən nəşr olunan «Musiqi dünyası» jurnalında çap olunan
bütün məqalələr zalın əlifba və sistemli kataloqlarında öz
əksini tapır.
Zalda bütövlükdə musiqi fondunu əks etdirən ayrı-ayrılıqda not
nəşrlərinin, səsyazmalarının, musiqi kitablarının oxucu əlifba
və sistemli kataloqu, həmçinin musiqinin bəstəkarı, ifaçıları,
mətni və ifa olunan əsərlərin orkestiri, dirijoru, solistləri
haqqında suallara cavab verən kartotekalar mövcuddur.
Zalın əsas oxucu kontingenti Musiqi Akademiyasının, musiqi
texnikumlarının, məktəblərinin tələbələri, musiqişünaslar,
musiqi müəlimləri, bəstəkarlar, musiqi sahəsində çalışan elmi
işçilər, aspirantlar və digərləridir. Sifarişlər operativ
surətdə yerinə yetirilir.
|
|
Avtoreferatlar və
dissertasiyalar zalı
Kitab fondlarının mühafizəsi şöbəsinin tərkibində
avtoreferatlar və dissertasiyalar
bölməsi, vəzifəsi etibarilə ədəbiyyat qoruyub saxlamaqla
bərabər, eyni zamanda oxucuya xidmət göstərir.
Bu məqsədlə, bölmədə
12 nəfərlik kiçik oxu zalı və buradakı dissertasiya və
avtoreferatı özündə əks etdirən kataloq vardır. Bölmənin zalında
gün ərzində 40 nəfərdən çox oxucuya xidmət göstərilir.
|
|
Nadir
kitablar
bölməsi
Nadir kitablar
bölməsi
əsasən elm, xalq təsərrüfatı və mədəniyyətin bütün sahələrində
çalışan elmi içşi, mütəxəssislərə, eləcə də aspirantlara və
digər oxucu qruplarına xidmət göstərir. Zalda 20 nəfər oxucuya
xidmət göstərmək üçün yer vardır. Hər gün 10-a yaxın oxucuya
xidmət göstərilir, oxucuların illik sayı 1200 nəfərə yaxındır.
Ədəbiyyat inventar nömrəsi ilə düzülmüşdür.
1989-cu ildən «Qafqazşünaslıq» bölməsi yaradılmışdır. Bu
bölmədə 600-ə yaxın ədəbiyyat, əsasən Azərbaycanın tarixi,
coğrafiyası, etnoqrafiyası, mədəniyyəti, xarici siyasəti ilə
bağlı nəşrlər toplanmışdır.
|
|
Azərbaycan
ədəbiyyatının arxivi zalı

Arxivlik funksiyasını daşıyan şöbədə 4 oxucu yeri vardır. Fondda
77 min nüsxə ədəbiyyat qorunub saxlanılır. Bundan əlavə,
inqilabaqədərki (1875-ci ildən 1920-ci ilə qədər təxminən 39
adda) qəzetlər, həmçinin 1906-cı ildən bu günə qədər nəşr olunan
jurnallar (təxminən 410 adda), 852 qəzet və jurnalın
mikrofilmləri qorunub saxlanılır. Hər il şöbənin fondu yeni
ədəbiyyatlarla (jurnallarla) zənginləşdirilir. 2004-cü ildən
etibarən Azərbaycanda nəşr olunan rus dilli ədəbiyyat qorunub
saxlanması üçün
Çap məhsullarının qeydiyyatı və Milli biblioqrafiya (Kitab
Palatasından) şöbəyə verilir. Şöbənin fondu əlifba, sistemli,
xronoloji kataloqlarda öz əksini tapır.
Kitabxananın başqa şöbələrindən fərqli olaraq, bu şöbə
oxuculara xüsusi təliqə vasitəsilə xidmət edir. Şöbədə alim,
akademik, aspirant və elmi işçilər məşğul olurlar. Bu oxucular
XIX əsrin axırları, XX əsrin əvvəllərində çap olunan ədəbiyyatla
bərabər, müasir dövr əsərlərindən də istifadə edirlər. Ümumi
xidmətdən fərqli olaraq, oxucuya birbaşa xidmət göstərilir. |
|
Mikrofilm bölməsi
Mikrofilm bölməsi 2006-cı ildə yaradılmışdır. Bölməsinin
oxu zalına 5 ədəd «Excel-200» markalı mikrofilmləri oxumaq üçün
aparat verilmişdir. Oxucular eyni zamanda istədikləri
mikrofilmlərə baxa və surətini zalda olan surətçüxarma aparatı
vasitəsilə çıxara bilər.
Hazırda mikrofil bölməsi bütün oxucular üçün açıqdır.
Diyarşünaslıq elmi biblioqrafiya şöbəsinin oxu zalı
Diyarşünaslıq elmi biblioqrafiya şöbəsində oxuculara xidmət üçün
nəzərdə tutulan 12 nəfərlik oxu zalı fəaliyyət göstərir.
Oxucu sorğularına cavab əsasən şöbədə olan «Azərbaycanşünaslıq»
toplu kataloqu vasitəsilə həyata keçirilir. Bundan başqa oxucu
sorğuları yazılı arayışlar arxivi, diyarşünaslığa dair köməkçi
məlumat biblioqrafiya fondu, elmin bütün sahələrini geniş əks
etdirən diyarşünaslıq xarakterli biblioqrafik vəsaitlər fondu
vasitəsilə cavablandırılır.
Gün ərzində oxu zalında 10-15 oxucuya fərdi xidmət göstərilir.
Oxu zalı əssasən elmi işçilər, kitabxana işçiləri və geniş oxucu
kütləsi üçün nəzərdə tutulmuşdur.
|
|
Elektron informasiya xidməti
2000- ci ilin ortalarından başlayaraq kitabxanada qlobal
İNTERNET şəbəkəsi vasitəsilə xidmət göstərilir. Zalda 7 ədəd
kompüter dəsti oxucuların ixtiyarına verilərək aşağıdakı
xidmətlər təklif olunur:
-
Kompyüterdə müstəqil işləmək;
-
E-mail-in kitabxanaçı
tərəfindən açılması;
-
Skanerdən istifadə;
-
Mətnin yığılması;
-
İNTERNET və məlumat bankinda
axtarışın aparılması;
Zalda eyni zamanda
oxuculara informasiya texnologiyalarının tətbiqinə dair kitablarla xidmət
göstərilir.
|
|
|
|
|