Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası

QƏRAR

Protokol ¹ 2/1

 

Bakı şəhəri

3 avqust 2006-cı il


 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
ekspert komissiyalarının əsasnamələri, fəaliyyəti və tərkibləri haqqında


"Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin "Mədəniyyət haqqında" Qanununun tətbiq edilməsi barədə 16 aprel 1998-ci il tarixli fərmanına uyğun olaraq, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Respublikada muzey işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" 29 iyul 1994-cü il tarixli 281 nömrəli qərarının tələblərinə əsasən mədəniyyət sərvətlərinin qiyməti, mühafizə dərəcəsi və respublikadan çıxarılması imkanı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekspertiza yolu ilə müəyyən edilir.
Bununla əlaqədar olaraq Azərbaycan Dövlət İncəsənət, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeylərində, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin əşyaların tarixi, bədii və elmi dəyərinin müəyyənləşdirilməsi, xüsusi bədii ekspertiza keçirilməsi, mühafızə şəhadətnaməsinin verilməsi üzrə ekspert komissiyaları fəaliyyət göstərir.
Ekspert komissiyalarının fəaliyyətinin yenidən qurulması, mədəniyyət sərvətlərinin ekspertizasının keçirilməsi, tarixi, bədii, elmi dəyərinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasının ərazisindən çıxarılması üçün şəhadətnamə (icazə sənədi) verilməsi prosedurasının sadələşdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin kollegiyası
 


QƏRARA ALIR:

  1. Mədəniyyət sərvətlərinin ekspertizasının keçirilməsi, tarixi, bədii, elmi dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün şəhadətnamə (icazə sənədi) verilməsi üzrə ekspert komissiyalarının Əsasnamələri (1,2,3 və 4 nömrəli əlavələr) və tərkibləri təsdiq edilsin (la,2a,3a və 4a nömrəli əlavələr).

  2. Ekspert komissiyalarının sədrlərinə: (İ.İsrafılov, R.Tağıyeva, A.Bayramova, K.Tahirov) tapşırılsın ki, əsasnamələrin tələblərinin yerinə yetirilməsini təmin etsinlər, milli mədəniyyət əmlakı olan sərvətlərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması cəhdlərinin qarşısını qətiyyətlə alsınlar, mədəni dəyər kəsb etməyən müasir incəsənət nümunələrinin, suvenir və hədiyyə məmulatlarının sadələşdirilmiş qaydada vətəndaşlar tərəfindən ölkədən çıxanlmasına müvafıq şərait yaratsınlar.

  3. Qərarın icrasına nəzarət nazir müavini S.Məmmədəliyevaya tapşırılsın.

 

Kollegiyanm sədri,
Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm naziri
Ə.Qarayev
Kollegiyanın məsul katibi v.i.e. T.Əliyeva