Azərbaycan
Respublikasında kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması, elmi-mədəni sərvətlərdən
hərtərəfli istifadə imkanlarının
genişləndirilməsi, cəmiyyətin informasiya
təminatının artırılması, eləcə də Azərbaycan
kitabxanalarının dünya informasiya məkanına
daxil olmasının təmin edilməsi məqsədi ilə
qərara alıram:
1.
"Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət Proqramı"
təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll
etsin.