M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarına
“Azərbaycan Respublikasının əməkdar
mədəniyyət işçisi” fəxri adının verilməsi
haqqında Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsində xidmətlərinə
görə Mirzə Fətəli Axundov adına Azərbaycan
Milli Kitabxanasının aşağıdakı əməkdaşlarına
“Azərbaycan Respublikasının əməkdar
mədəniyyət işçisi” fəxri adı verilsin:
Əmrahova Yaşar Mustafa qızı
Hacıyeva Mələkxanım Məmməd qızı
Məmmədov Fazil Həsənbala oğlu
Məmmədova Tamilla Rəhim qızı
Tahirov Kərim Məhəmməd oğlu
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 17 noyabr 2008-ci il.