|
"Kitabxana
işi haqqında" və "Muzeylər haqqında"
Azərbaycan Respublikasının qanunlarında
dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2007-ci il 16 iyun
tarixli 390-IIIQD nömrəli qanununun tətbiq
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
"Kitabxana
işi haqqında" və "Muzeylər haqqında"
Azərbaycan Respublikasının qanunlarında
dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2007-ci il 16 iyun tarixli
390-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, bir ay müddətində;
1.1.
qüvvədə olan qanunvericilik aktlarının "Kitabxana
işi haqqında" və "Muzeylər haqqında"
Azərbaycan Respublikasının qanunlarında
dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respüblikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin
və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.3.
öz səlahiyyətləri daxilində "Kitabxana işi
haqqında" və "Muzeylər haqqında" Azərbaycan
Respublikasının qanunlarında dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasmm
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Bu
Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham
Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı
şəhəri, 21 iyun 2007-ci il. |