|
Üzeyir Hacibəylinin 125 illik
yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
2010-cu ilin sentyabr ayında
dahi bəstəkar, müasir Azərbaycan
musiqi sənətinin banisi,
görkəmli musiqişünas alim,
publisist, dramaturq, pedaqoq və
ictimai xadim Üzeyir
Hacıbəylinin anadan olmasının
125 illiyi tamam olur.
Azərbaycan mədəniyyətinin
inkişafı naminə misilsiz
töhfələr verərək müstəsna
xidmətlər göstərmiş Üzeyir
Hacıbəylinin 125 illik
yubileyinin layiqincə
keçirilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
-
Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi və Azərbaycan
Milli Elmlər Akademiyası,
Azərbaycan Bəstəkarlar
İttifaqının təklifləri
nəzərə alınmaqla, Üzeyir
Hacıbəylinin 125 illik
yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb
həyata keçirsinlər.
-
Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 23 fevral 2010-cu
il. |
|