Azərbaycan Dövlət
Filarmoniyasının kamera və orqan
musiqisi zalı binasının
təmiri və bərpasıilə əlaqədar
tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
1896-1899-cu illərdə
yevangelik-lüteran kilsəsi kimi
inşa edilən, sonralar müxtəlif
mədəni tədbirlərin keçirilməsi
üçün istifadə olunan Azərbaycan
Dövlət Filarmoniyasının kamera
və orqan musiqisi zalının binası
Bakı şəhərinin gözəl memarlıq
abidələrindən biridir.
Azərbaycan Dövlət
Filarmoniyasının kamera və orqan
musiqisi zalı binasının
tarixi-memarlıq abidəsi və
mədəniyyət ocağı kimi
əhəmiyyətini nəzərə alaraq, onun
təmiri və bərpası məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının
2010-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Azərbaycan
Dövlət Filarmoniyasının kamera
və orqan musiqisi zalı binasının
təmiri və bərpası üçün 1,0 (bir)
milyon manat məbləğində vəsait
ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci bəndində nəzərdə tutulmuş
vəsaitin maliyyələşdirilməsini
müəyyən olunmuş qaydada həyata
keçirsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti