|
Mirzə Fətəli Axundzadənin 200
illik yubileyinin keçirilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2012-ci ildə böyük Azərbaycan
mütəfəkkiri, milli
dramaturgiyamızın banisi,
görkəmli ictimai xadim və
maarifçi Mirzə Fətəli
Axundzadənin anadan olmasının
200 illiyi tamam olur.
Bütün həyatı boyu doğma
vətəninin və xalqının tərəqqisi
yolunda yorulmadan çalışaraq
yeni dövrün irəli sürdüyü mühüm
elmi, mədəni və ictimai-siyasi
məsələlərə daim fəal münasibət
ifadə edən və zamanın qabaqcıl
ideyalarından bəhrələnməyə
çağıran yaradıcılığı ilə
Azərbaycan mədəniyyətinin
inkişafı tarixində parlaq səhifə
açan Mirzə Fətəli Axundzadənin
200 illik yubileyinin təntənəli
surətdə keçirilməsini təmin
etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi,
Azərbaycan Respublikasının
Təhsil Nazirliyi və Azərbaycan
Milli Elmlər Akademiyası ilə
birlikdə, Azərbaycan Yazıçılar
Birliyinin təkliflərini nəzərə
almaqla, Mirzə Fətəli
Axundzadənin 200 illik
yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb
həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 13 aprel 2010-cu
il. |