|
Tarix və
mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan
Respublikasının 2007-ci il 19 oktyabr
tarixli 454-III QD nömrəli
Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2007-ci il 19
oktyabr tarixli 454-IIIQD nömrəli Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. abidə qoruqlarının nümunəvi
əsasnaməsini təsdiq etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.4. öz səlahiyyətləri daxilində “Tarix və
mədəniyyət abidələrinin qorunması haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər
məsələləri həll etsin.
2. “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 13
iyun tarixli 725 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, ¹ 6, maddə 386; 2002-ci
il, ¹ 1, maddə 14; 2006-cı il, ¹ 9, maddə
743, ¹ 11, maddə 943) 2-ci bəndinin:
2.1. ikinci abzasında “Qanununun” sözündən
sonra “22-ci maddəsinin birinci hissəsində
nəzərdə tutulmuş ”müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti," sözləri,
“24-cü” sözlərindən əvvəl “22-ci maddəsinin
ikinci hissəsində,” sözləri əlavə edilsin;
2.2. dördüncü abzasından “22-ci maddəsinin
birinci və ikinci hissələrində,” sözləri
çıxarılsın.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 noyabr 2007-ci il.
Xalq qəzeti.- 2007.- 27 noyabr.- S. 1. |