"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  H.Ə.Əliyev


Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Ağayeva Gülər İlham qızı - Azərbaycan Milli Konserva-
toriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdi,
Cəfərov Xamiz İlham oğlu - Bakı Xoreoqrafiya
Məktəbinin şagirdi,
Kərimli Akif Kərim oğlu - Bakı Xoreoqrafiya
Məktəbinin şagirdi,
Qəniyev Elvin Xoca - Türkiyənin Bilkənd Universiteti
nəzdində Adnan Sayqun adına Musiqi Məktəbinin şagirdi,
Məmmədova Şəfiqə Namiq qızı - Azərbaycan Milli Konser-
vatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdi,
Nağıyev Vaqif Vahid oğlu - Bülbül adına Orta İxtisas
Musiqi Məktəbinin şagirdi,
Sadıqzadə Zəminə Elxan qızı - Bakı Xoreoqrafiya
Məktəbinin şagirdi,
Zeynalov Rüstəm Samir oğlu - Bakı şəhər 4 saylı Uşaq
Musiqi Məktəbinin şagirdi.

İlham Əliyev,


Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 yanvar 2008-ci il

 

Azərbaycan.- 2008.- 9 yanvar.- S. 1.

 
National Library of Azerbaijan © All Rights Reserved