|
Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin
strukturunun təsdiq edilməsi və aparatının
işçilərinin say həddinin müəyyən edilməsi
barədə" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 16 may tarixli 574
nömrəli fərmanının tətbiqi ilə bağlı
Azərbaycan Respublikası Prezidentinin bəzi
fərmanlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında "İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin
Əsasnaməsinin, idarənin strukturunun təsdiq
edilməsi və aparatının işçilərinin say
həddinin müəyyən edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 16 may
tarixli 574 nömrəli fərmanının icrasını
təmin etmək məqsədi ilə qərara alıram:
1. "Reklam haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 24
noyabr tarixli 644 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, N 1, maddə 13; 2001-ci
il, N 10, maddə 640; 2002-ci il, N 8, maddə
487; 2005-ci il, N 2, maddə 69) 3-cü
bəndinin ikinci abzasında "həyata keçirir"
sözləri "və "İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsi həyata keçirirlər" sözləri ilə əvəz
edilsin.
2. "Mədəniyyət haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 16 aprel tarixli
698 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu,
1998-ci il, N 4, maddə 244; 2001-ci il, N
10, maddə 640; 2002-ci il, N 1, maddə 14;
2005-ci il, N 7, maddə 596; 2006-cı il, N 9,
maddə 743, N11, maddə 943) 2-ci bəndində
aşağıdakı dəyişikliklər edilsin:
2.1. doqquzuncu abzasda "Mətbuat və
İnformasiya Nazirliyi" sözləri "Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsi" sözləri ilə əvəz edilsin;
2.2. onuncu abzas aşağıdakı redaksiyada
verilsin:
"həmin qanunun 17-ci maddəsinin ikinci
hissəsində, 34-cü maddəsinin dördüncü
hissəsində, 39-cu maddəsinin birinci
hissəsinin ikinci cümləsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini, 14-cü
maddəsinin ikinci hissəsində, 19-cu
maddəsinin birinci cümləsində, 34-cü
maddəsinin üçüncü hissəsinin ikinci
cümləsində, 35-ci maddəsinin ikinci
hissəsinin ikinci cümləsində, üçüncü və
altıncı hissələrinin birinci cümlələrində,
36-cı maddəsinin ikinci hissəsinin üçüncü
cümləsində və üçüncü hissəsinin ikinci
cümləsində, 37-ci maddəsinin birinci və
dördüncü hissələrində, ikinci hissəsinin
birinci cümləsində, 38-ci maddəsinin ikinci
hissəsində və 48-ci maddəsinin birinci
hissəsində nəzərdə tutulmuş "müvafiq icra
hakimiyyəti orqanları"nın səlahiyyətlərini
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu
ərazisində Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata
keçirir.".
3. "Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 13
iyun tarixli 725 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, N 6, maddə 386; 2002-ci
il, N 1, maddə 14; 2006-cı il, N 9, maddə
743, N 11, maddə 943; Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 23
noyabr tarixli 667 nömrəli fərmanı) 2-ci
bəndinə aşağıdakı əlavə və dəyişiklik
edilsin:
3.1. üçüncü abzasda "Mədəniyyət və Turizm
Nazirliyi" sözlərindən sonra ", "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində
Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi" sözləri əlavə edilsin;
3.2. on birinci abzas aşağıdakı redaksiyada
verilsin:
"həmin qanunun 1-ci maddəsinin beşinci
hissəsində hər iki halda, 12-ci və 13-cü
maddələrinin birinci hissələrinin birinci
cümlələrində nəzərdə tutulmuş "müvafiq icra
hakimiyyəti orqanları"nın səlahiyyətlərini,
4-cü maddəsinin altıncı hissəsində, 5-ci və
12-ci maddələrinin ikinci hissələrində,
13-cü maddəsinin birinci və ikinci
hissələrinin ikinci cümlələrində, 14-cü
maddəsinin birinci və ikinci hissələrində,
15-ci maddəsinin ikinci hissəsinin birinci
və ikinci cümlələrində, 16-cı maddəsinin
birinci hissəsinin ikinci cümləsində, 17-ci
maddəsinin ikinci hissəsində, 18-ci
maddəsinin birinci hissəsinin birinci
cümləsində, 19-cu maddəsinin üçüncü
hissəsinin ikinci cümləsində, 20-ci
maddəsinin birinci və ikinci hissələrində,
21-ci maddəsinin ikinci və üçüncü
hissələrində, 23-cü maddəsində, 24-cü
maddəsinin ikinci hissəsində, 25-ci
maddəsinin birinci hissəsinin birinci və
ikinci cümlələrində və üçüncü hissəsinin
ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu
ərazisində Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata
keçirir.".
4. Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 3 noyabr tarixli 596 nömrəli
fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, N 11,
maddə 704; 2003-cü il, N 10, maddə 563;
2004-cü il, N 12, maddə 1005; 2005-ci il, N
2, maddə 69) ilə təsdiq edilmiş "Reklam
yayımına icazə (razılıq) verilməsi
Qaydaları"nın 2.4-cü bəndində "tərəfindən"
sözündən sonra ", "İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu ərazisində və qoruğa
daxil olan abidələrin üzərində isə reklam və
digər informasiya xarakterli lövhələr
Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi tərəfindən" sözləri əlavə
edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 28 fevral tarixli 200 nömrəli
fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, N 2,
maddə 75) ilə təsdiq edilmiş "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu haqqında
Əsasnamə"yə aşağıdakı əlavələr və
dəyişikliklər edilsin:
5.1. 5-ci bəndə aşağıdakı məzmunda ikinci
abzas əlavə edilsin:
"Qoruğun ərazisində yerləşən abidələr və
dövlət mülkiyyətində olan, o cümlədən dövlət
yaşayış fonduna daxil olan tikililər
idarənin balansındadır.";
5.2. 16-cı bənddən "Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin
razılığı," sözləri çıxarılsın;
5.3. 17-ci bəndin birinci abzası aşağıdakı
redaksiyada verilsin:
"Qoruğun ərazisində arxeoloji qazıntı işləri
aparmaq üçün icazə Azərbaycan Milli Elmlər
Akademiyasının rəyi nəzərə alınmaqla idarə
tərəfindən verilir və idarədə qeydə
alınır.";
5.4. 18-ci bənddə "razılığı" sözü "icazəsi"
sözü ilə əvəz edilsin;
5.5. 19-cu bənddə "rəyi əsasında"
sözlərindən sonra "İdarənin razılığı və
nəzarəti ilə" sözləri əlavə edilsin;
5.6. 20-ci bəndin ikinci cümləsində
"razılığı" sözündən sonra "idarənin icazəsi
və nəzarəti" sözləri əlavə edilsin.
6. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
6.1. qüvvədə olan qanunvericilik aktlarının
bu fərmana uyğunlaşdırılması barədə
təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının bu fərmana uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
6.3. bu fərmandan irəli gələn digər
məsələləri həll etsin.
7. Bu fərman dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2008-ci il
Azərbaycan.- 2008.- 2 fevral.- S. 2. |