Azərbaycan xalqının zəngin tarixi-mədəni
irsinin qorunub saxlanılmasında, tədqiqi və
təbliğində Azərbaycan Milli Elmlər
Akademiyası Milli Azərbaycan Tarixi
Muzeyinin xüsusi xidmətləri vardır.
Azərbaycan Milli Elmlər Akademiyası Milli
Azərbaycan Tarixi Muzeyinin maddi-texniki
bazasını möhkəmləndirmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyasının
Milli Azərbaycan Tarixi Muzeyində mühafizə
olunan mövcud eksponatların restavrasiyası
və yenilərinin alınması üçün Azərbaycan
Respublikasının 2008-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Milli Elmlər Akademiyasına bir milyon manat
məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci bəndində
göstərilən vəsaitin Azərbaycan Milli Elmlər
Akademiyasına ayrılmasını təmin etsin.
3. Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyəti ayrılmış vəsaitin Milli
Azərbaycan Tarixi Muzeyi tərəfindən təqdim
olunmuş plana əsasən aidiyyəti üzrə
istifadəsinə nəzarəti təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin. 5. Bu
sərəncam imzalandığı gündən qüvvəyə minir.