"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  H.Ə.Əliyev


Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

 

Azərbaycan Respublikası Prezıdentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 saylı fərmanına uyğun olaraq qərara ahram:

Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"nın tələblərinə əsasən yaşı 25-dək olan "Muğam-2005" və "Muğam-2007" müsabiqələrinin aşağıdakı laureatlarının adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

 

Arabova Rəvanə Söhrab qızı - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi

Əhmədov İlkin Qənbər oğlu - "Azərneftyağ"   neft  emalı zavodunun mədəniyyət evinin solisti

İbrahimov Elməddin Bəhmən oğlu - Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdi

Mirzəliyev Abgül Ərzulla oğlu - Azərbaycan Milli Konservatoriyası  nəzdində  Musiqi Kollecinin tələbəsi

Muradova Güllü Rauf qızı - Azərbaycan Milli Konservatoriyası   nəzdində Musiqi Kollecinin tələbəsi

Niftalıyev Babək Muğan oğlu - Azərbaycan Dövlət Muğam Teatrının solisti

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 mart 2008-ci il

 

Azərbaycan.- 2008.- 6 mart.- S. 2.

 
National Library of Azerbaijan © All Rights Reserved