|
Azərbaycan
Respublikasının Göygöl Milli Parkının
yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikasının xüsusi mühafizə olunan
təbiət əraziləri şəbəkəsinin
genişləndirilməsi, biomüxtəlifliyin qorunub
saxlanılması, təbii resursların səmərəli
istifadə edilməsi, ekoturizmin inkişaf
etdirilməsi və respublikanın təbii irsinin
geniş miqyasda təbliğ olunması məqsədi ilə
qərara alıram:
1. Göygöl dövlət
qoruğunun və Azərbaycan Respublikasının
Xanlar, Daşkəsən və Goranboy rayonları
inzibati ərazilərinin əlavə olunan xəritədə
göstərilmiş 12755 hektarlıq sahəsində
Azərbaycan Respublikasının Göygöl Milli
Parkı yaradılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll
etsin.
3. Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1
aprel 2008-ci il
Azərbaycan.- 2008.- 2
aprel.- S. 1. |