Azərbaycan
Respublikasının Korçay Dövlət Təbiət
Qoruğunun yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikasının xüsusi mühafizə olunan
təbiət əraziləri şəbəkəsinin
genişləndirilməsi, səciyyəvi, nadir təbiət
komplekslərinin və obyektlərinin təbii
vəziyyətdə qorunub saxlanılması məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Goranboy
rayonu inzibati ərazisinin əlavə olunan
sxematik planda göstərilmiş 4833,6 hektarlıq
sahəsində Azərbaycan Respublikasının Korçay
Dövlət Təbiət Qoruğu yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2008-ci il