Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətini
təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi
haqqında əsasnamə” təsdiq edilsin (əlavə
olunur).
2. “Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Dənizkənarı Bulvar
İdarəsinin strukturu” təsdiq edilsin (əlavə
olunur).
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Dənizkənarı Bulvar
İdarəsinin aparatının işçilərinin say həddi
30 ştat vahidi müəyyən edilsin.
4. Müəyyən edilsin ki, Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
Dənizkənarı Bulvar İdarəsinin tabeliyində
olan qurumlar dövlət büdcəsinin vəsaiti
hesabına, həmçinin özünümaliyyələşdirmə
prinsipləri əsasında fəaliyyət göstərirlər.
5. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
5.1. qüvvədə olan normativ hüquqi aktların
bu fərmana uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Dənizkənarı Bulvar
İdarəsinin fəaliyyətinin təşkili və
saxlanılması ilə bağlı zəruri olan maliyyə
və maddi-texniki təchizat məsələləri ilə
bağlı müvafiq tədbirləri həyata keçirsin;
5.3. bu fərmandan irəli gələn digər
məsələləri həll etsin.
6. Bu fərman dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2008-ci il