|
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının Naxçıvan Muxtar
Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşlarına Azərbaycan
Respublikasının fəxri adlarının verilməsi
haqqında
Azərbaycan
Respublikasi Prezidentinin Sərəncamı
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının Naxçıvan
Muxtar Respublikası Həmkarlar İttifaqları
Şurasının yaranmasının 40 illiyi
münasibətilə, təhsil və mədəniyyət
sahələrində xidmətlərinə görə aşağıdakı
şəxslərə Azərbaycan Respublikasının fəxri
adları verilsin:
"Azərbaycan
Respublikasının əməkdar müəllimi"
Bektaşi Məmməd Heydər
oğlu
Əliyeva Gültac Bədəl
qızı
Hüseynova Aygün
Nadirşah qızı
Məramədov Nüsrəddin
Zöhrab oğlu
Tağıyev Mirzalı
Zeynalabdin oğlu
Tağıyeva Səkinə Şaban
qızı
"Azərbaycan
Respublikasının əməkdar mədəniyyət işçisi"
Əhmədova Gülxarə Manaf
qızı
Hüseynov Rövşən
Qurbanəli oğlu
Xudaverdiyev Rəşadət
Cabbar oğlu
Mehbalıyev Nəsrəddin
Firudin oğlu
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel
2008-ci il
Xalq qəzeti.- 2008.-
30 aprel.- S. 1. |