Azərbaycan
Respublikası Prezidentinin fərdi
təqaüdlərinin verilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
“Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdünün təsis edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 11 iyun tarixli 715 nömrəli
fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında mədəniyyət və
incəsənət sahələrində böyük xidmətləri olan
aşağıdakı şəxslərə Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdləri verilsin:
Axundov Ramiz Həbib oğlu
Baliyev Yuri Nikolayeviç
Dadaşov Rafael Məlik oğlu
Əhədzadə Elxan Yəhya oğlu
Əliyeva Mədinə Vaqif qızı
Kərim Məcnun Təbriz oğlu
Məmmədov Ramiz Heydər oğlu
Məmmədzadə Siyavuş İmran oğlu
Perlova İrina Aleksandrovna
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti