|
“Kütləvi informasiya vasitələri
haqqında Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 8
fevral tarixli 277 nömrəli fərmanına
dəyişikliklər və əlavə edilməsi haqqında Azərbaycan
Respublikası
Prezidentinin Fərmanı
“Kütləvi informasiya vasitələri haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 8 fevral tarixli
277 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu,
2000-ci il, ¹ 2, maddə 92, 2003-cü il, ¹ 10,
maddə 585; 2004-cü il, ¹ 1, maddə 24) 2-ci
bəndinə aşağıdakı dəyişikliklər və əlavə
edilsin:
1.1. İkinci abzasda “və Azərbaycan
Respublikası Mətbuat və İnformasiya
Nazirliyinin” sözləri “Azərbaycan
Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin, Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin, Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan
Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin” sözləri ilə
əvəz edilsin.
1.2. Dördüncü abzas aşağıdakı redaksiyada
verilsin:
“həmin qanunun 19-cu maddəsinin onuncu
hissəsində nəzərdə tutulmuş ”müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini 1-ci
bənd üzrə Azərbaycan Mətbuat Şurası, 2-ci
bənd üzrə Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi öz səlahiyyətləri daxilində, 3-cü
və 4-cü bəndlər üzrə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir;".
1.3. Aşağıdakı məzmunda beşinci abzas əlavə
edilsin, beşinci abzas altıncı abzas hesab
edilsin:
“Həmin qanunun 52-ci maddəsinin üçüncü
hissəsində nəzərdə tutulmuş ”müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi həyata
keçirir;".
2. Bu fərman dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 7 may 2008-ci il
Xalq qəzeti.- 2008.-
9 may.- S. 2 |