Azərbaycan Bəstəkarlar İttifaqının binasının
əsaslı təmiri haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Bəstəkarlar
İttifaqının binasının əsaslı təmir olunması
və maddi-texniki bazasının yaxşılaşdırılması
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Bəstəkarlar İttifaqının
binasının əsaslı təmir olunması üçün
Azərbaycan Respublikasının 2008-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan
2 milyon manat məbləğində vəsait ayrılsın.
2. “Azərbaycan Bəstəkarlar İttifaqı
üzvlərinin yaradıcılıq şəraitinin
yaxşılaşdırılması tədbirləri haqqında”
Azərbaycan Respublikası Prezidentinin 12
mart 2007-ci il tarixli 2025 nömrəli
sərəncamının icrası ilə bağlı Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu
sərəncamın 1-ci bəndində göstərilən vəsaitin
Azərbaycan Respublikasının Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsinə
ayrılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti