|
Səməd Vurğun adına Azərbaycan Dövlət
Rus Dram Teatrının əməkdaşlarına
fəxri adların verilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus
Dram Teatrının 85 illik yubileyi
münasibətilə Azərbaycan teatr sənətinin
inkişafındakı xidmətlərinə görə aşağıdakı
şəxslərə Azərbaycan Respublikasının fəxri
adları verilsin:
“Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi”
Tağızadə İranə Tofiq qızı
“Azərbaycan Respublikasının əməkdar artisti”
Atakişiyev Firdovsi Nurəddin oğlu
Osmanov Fuad Tacəddin oğlu
Sibileva Zinaida İvanovna
“Azərbaycan Respublikasının əməkdar
mədəniyyət işçisi”
Quseva Qalina Feoktistovna
Reznikova Valentina Musayevna
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 2 iyun 2008-ci il. |