"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  H.Ə.Əliyev


Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı

 

1. Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:

Komissiyanın həmsədri

Yaqub Eyyubov -Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Natiq Əliyev -Azərbaycan Respublikasının sənaye və energetika naziri
Füzuli Ələkbərov -Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Xələf Xələfov -Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azər Bayramov -Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Niyazi Səfərov -Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
Bəhram Əliyev -Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Ədalət Vəliyev -Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
İsgəndər İsgəndərov -Azərbaycan Respublikası təhsil nazirinin müavini
Sənan Kərimov -Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
İltimas Məmmədov -Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini
İntiqam Babayev -Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Səfər Mehdiyev -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Elşad Nəsirov -Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Arif Məmmədov -Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru
Vadim Xubanov -Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin müavini
Arif Həşimov -Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
Tofiq Abdullayev -Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri
Ağadayı Ağayev -Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)

2. “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfi tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 aprel tarixli 400 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4 (II kitab), maddə 303) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3.  Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 11 iyun 2008-ci il.

 
National Library of Azerbaijan © All Rights Reserved