"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  H.Ə.Əliyev


“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli 1993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

 

1.“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”təsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 4 avqust 2008-ci il.

 
National Library of Azerbaijan © All Rights Reserved