"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  H.Ə.Əliyev


Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin

Azərbaycan dilində nəşrinin maliyyələşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

 

“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 dekabr tarixli 2613 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində çapının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 (beş) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən vəsaitin Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 18 sentyabr 2008-ci il.

 

 
National Library of Azerbaijan © All Rights Reserved