"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  H.Ə.Əliyev


Azərbaycan qadınlarının bir qrupuna

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

 

ŤAzərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqındať Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasında elm və mədəniyyət sahələrində böyük xidmətləri olan aşağıdakı qadınlara Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

İbrahimova Sevda Mirzə qızı
Məhərrəmova Rəhilə Cavad qızı

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 25 sentyabr 2008-ci il.

 

 
National Library of Azerbaijan © All Rights Reserved