"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  H.Ə.Əliyev


Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin sərəncamı

 

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda mədəniyyət, səhiyyə və təhsilin inkişafında böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Bağırov Adil Kamil oğlu
Hüseynova Solmaz Hüseyn qızı
Xəlilov Fərhad Qurban oğlu
Kərimov Yəhya Şəfi oğlu
Mirzəyev Həsən İbrahim oğlu

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 13 aprel 2009-cu il.

 
National Library of Azerbaijan © All Rights Reserved