Azərbaycan Bəstəkarlar İttifaqının
maddi-texniki bazasının yaxşılaşdırılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin
sərəncamı
Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin
yaradıcılıq şəraitinin yaxşılaşdırılması
məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Bəstəkarlar İttifaqına zəruri
avadanlıqların alınması üçün Azərbaycan
Respublikasının 2009-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan 1 (bir)
milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu Sərəncamın 1-ci bəndində
göstərilən vəsaitin Azərbaycan Bəstəkarlar
İttifaqına ayrılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 21 aprel 2009-cu il.