Azərbaycan Respublikası
Prezidentinin fərdi
təqaüdlərinin verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
“Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün
təsis edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 11 iyun
tarixli 715 nömrəli Fərmanına
uyğun olaraq
qərara alıram:
1. Azərbaycanda mədəniyyətin
inkişafında böyük xidmətləri
olan aşağıdakı şəxslərə
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdləri
verilsin:
Bəykişiyev Nazim Zöhrab oğlu
Dadaşov Fəxrəddin Əlisahib oğlu
Müslümov Möhlət Xanəli oğlu
Paşayev Ağaverdi Ağa Əli oğlu
Səfərov Müzəffər Allahverdi oğlu
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll
etsin.
3. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti.
Bakı şəhəri, 5 may 2009-cu il.