“Azərbaycan teatrı 2009-2019-cu
illərdə” Dövlət Proqramı”nın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
Azərbaycan teatrının zəngin
bədii irsinin və yaradıcılıq
ənənələrinin qorunmasını, milli
mənəvi dəyərlərin təbliği və
dünya mədəniyyətinə
inteqrasiyasını təmin etmək,
milli teatr sənətinin davamlı
inkişafını dəstəkləmək məqsədi
ilə
qərara alıram:
1. “Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət
Proqramı” təsdiq edilsin (əlavə
olunur).
2. Bu Sərəncamın 1-ci bəndində
qeyd olunan Dövlət Proqramında
nəzərdə tutulmuş tədbirlərin
icrasının əlaqələndirilməsi
Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyinə
həvalə edilsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll
etsin.
4. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti.
Bakı şəhəri, 18 may 2009-cu il.