2009-cu il fevralın 26-da Havana
şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi və Kuba
Respublikasının Turizm Nazirliyi
arasında turizm sahəsində
əməkdaşlıq haqqında Saziş”in
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
1. 2009-cu il fevralın 26-da
Havana şəhərində imzalanmış
“Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi
və Kuba Respublikasının Turizm
Nazirliyi arasında turizm
sahəsində əməkdaşlıq haqqında
Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın
1-ci bəndində göstərilən Sazişin
həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın
1-ci bəndində göstərilən Sazişin
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların
yerinə yetirilməsi barədə Kuba
Respublikası tərəfini xəbərdar
etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti.
Bakı şəhəri, 24 iyun 2009-cu il.