|
İslam Konfransı Təşkilatına üzv
dövlətlərin mədəniyyət
nazirlərinin
VI konfransının iştirakçılarına
Hörmətli konfrans
iştirakçıları!
Sizi – İslam Konfransı
Təşkilatına üzv dövlətlərin
mədəniyyət nazirlərinin VI
konfransının iştirakçılarını
səmimi qəlbdən salamlayır,
konfransınızın işinə uğurlar,
hamınıza cansağlığı,
ölkələrinizə əmin-amanlıq
arzulayıram.
2009-cu il üçün Bakının İslam mədəniyyətinin paytaxtı elan
edilməsi müxtəlif
sivilizasiyaların qovşağında
yerləşən ölkəmizin zəngin tarixi
və mədəniyyətinə verilən yüksək
qiymətdir.Bu il ərzində
gerçəkləşən tədbirlər İslam
Konfransı Təşkilatı çərçivəsində
mədəni əlaqələrimizin inkişafına
layiqli töhfələr vermiş, bir
daha Azərbaycanın böyük İslam
mədəniyyətinin formalaşmasında
tutduğu mövqeyə diqqəti cəlb
etmişdir.
Respublikamızda hökm sürən tolerantlıq mühitini biz böyük
tarixi nailiyyətimiz kimi
dəyərləndirir, bu ənənələri
davam etdirərək müxtəlif dinlər,
mədəniyyətlər arasında
konstruktiv dialoqun qurulması
prosesinə daim diqqət yetiririk.
Əminəm ki, sizin konfransınız da
müxtəlif sivilizasiyaların ortaq
mənəvi-mədəni dəyərlərə
əsaslanan səmərəli əməkdaşlıq
səylərinə köməyini
əsirgəməyəcəkdir.
Azərbaycan özünün maddi və qeyri-maddi mədəni irsinin
qorunması və təbliğinə dair
beynəlxalq miqyaslı bir çox
layihələri həyata keçirir. Lakin
iyirmi ildən artıq davam edən
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi nəticəsində
erməni silahlı birləşmələri
tərəfindən işğala məruz qalmış
torpaqlarımızdakı İslam
mədəniyyətinə aid bütün
nümunələr, o cümlədən dini
məbədlər, məscidlər və abidələr
dağıdılmışdır. Məruz qaldığımız
bu təcavüzlə bağlı olaraq daim
İslam Konfransı Təşkilatına üzv
dövlətlər tərəfindən
Azərbaycanın haqq mövqeyinin
dəstəklənməsi ölkəmizdə həmişə
təqdirlə qarşılanmışdır.
İnanıram ki, konfransınızda İslam dünyası mədəniyyətinin
aktual məsələlərinə dair ətraflı
müzakirələr aparılacaq,
ölkələrimiz və xalqlarımız
arasında qarşılıqlı mədəni
əməkdaşlığın yeni inkişaf
yolları müəyyən ediləcəkdir.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2009-cu
il. |